Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Valeh Soruşur Yazılma Tarixi:04.08.2014 11:06:04

Salam sizdən snayper kursları haqqında məlumat almaq istəyirəm.Bunun üçün hansı sənədlər lazımdı və hara müraciət etməliyəm? 17 yaşım var vaynkomatdan keçmişəm bu kurslarda iştirak etmək istəyirəm. Kursun müddəti neçə aydır?Birdə dostumun 17 yaşı dekabrda olacaq oda bu kursda iştirak edə bilərmi. İndidən təşəkkürlər.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 17 yaşına çatmış vətəndaşlar və çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş təhsil müəssisəslərində işdən ayrılmaqla xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçə bilərlər.\nQeyd etdiyiniz xüsusi hərbi ixtisas üzrə hazırlıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin filiallarında təşkil edilir və bu ixtisas üzrə hazırlığa yalnız müəyyən edilmiş tələblərə cavab verən çağırışçılar cəlb edilir.\n"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, çağırışçılar - ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlar hesab edilir.\nKursların təşkil edilməsinə dair ətraflı məlumat əldə etmək üçün "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları 99 ünvanında yerləşən İcra Orqanına müraciət etməyiniz məqsədəuyğundur.
Asef Soruşur Yazılma Tarixi:04.08.2014 09:15:51

salam ailede 2 ovladiq men esgerlikden teze gelmiwem qardawim hele xidmetdedi, bir yerde esger olmuwuq men ali tehsilliyem eger seferberlik elan olunsa 1 evden 2 ogul gedir ?nezerinize catdirim ki sadece 2 ovlad var aildede, birde yeni secim etmek olur mu ki, qardawim donsun men gedim

Mövcud qanunvericiliyin tələblərinə əsasən, səfərbərlik elan olunduğu halda, bu barədə Azərbaycan Respublikası Prezidentinin qərarı dərhal kütləvi informasiya vasitələri ilə yayılır.\nBundan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən səfərbərtliyə cəlb olunacaq ehtiyatda olan hərbi vəzifəlilər (yaş həddi, sağlamlıq və ailə vəziyyəti nəzərə alınmaqla) məlumatlandırılacaqlar.\n
Seyidov Əli Soruşur Yazılma Tarixi:04.08.2014 08:06:44

Salam. \nMən, 18 yaşımı yanvar ayında tamamlamışam, 2014-cü ildə orta məktəbi bitirmişəm və hazırda Türkiyə Respublikasının Bahçeşehir universitetinə qəbul olmuşam və sentyabrda təhsilə başlayacağam. \nLakin, hərbi komissarlığımız mənə möhlət vermir. səbəb olaraq isə mənə "möhlətin sadəcə 1 dəfə verildiyini" dedilər. Halbuki, mənə 1 dəfə yox 1 "otpravka" möhlət verilib.\nCavabınız üçün təşəkkür edirəm.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəisnə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
kenan Soruşur Yazılma Tarixi:04.08.2014 06:55:58

salam men iyul ayinda esger getmeliydim sehhetimde prablem olduguna gore 3 ayliq qozbitala gondereceklerini dediler hele hec bir xeber yoxdu bilmek istiyirem nece olacaq

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Taleh Soruşur Yazılma Tarixi:03.08.2014 19:34:53

Salam eleykum menim qeynim Bayramov asebulfet soltan oglu 11.09.1989 tevelluddu ali tehsillidir 15.01.2014 ci il de herbi xidmete yolla duwub serhed qosunlari celabad herbi hisseye 6 aydan sonra mezuniyyete gelmeli idi amma gelmeyib buna sebeb nedu

Qeyd etdiyiniz məsələ ilə bağlı qaynınızın xidmət etdiyi hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Əzimov Rəsul Soruşur Yazılma Tarixi:03.08.2014 15:18:24

Mənim övladim Əzimov Samir Rəsul oglu \nürey həstəliyinə(kardiologi dispanser həstəsidir) baxmayaraq həqiqi hərbi xidmətə çagirilib.10 gün xidmət edir və kəskin ürək agrisi ilə san çasta yerləşdirilib.Uşaga baxan yoxdur.Biz hara və kimə müraciət etməliik.Hörmətlə Əzimov Rəsul

Siz, hərbi hissənin tibb məntəqəsinin rəhbərliyinə və ya övladınızın xidmət etdiyi hərbi hissə komandirinə müraciət edə bilərsiniz.
babek Soruşur Yazılma Tarixi:03.08.2014 14:08:44

AZERBAYCANDA ATISMADA NECE NEFER SEHID OLUB

Bildiririk ki, cəbhə bölgəsində baş vermiş son hadisələrdə neçə nəfər hərbi qulluqçumuzun "Şəhid" olması barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ətraflı və dəqiq məlumat verilmişdir.
Məhərrəm Soruşur Yazılma Tarixi:03.08.2014 13:04:17

Salam. 31 yaşım var 2003-cü ildə ordu sıralarından təxris olmuşam. Hal-hazırda 981 saylı hərbi hissədə mülki şəxs kimi, əmək müqviləsi bağlamaqla və müqavilənin şərtləri əsasında işləmək istəyirəm. Bu mümkündürmü? Və yaxud bunu mümkünləşdirmək üçün nə etməliyəm? \nDiqqətinizə görə sağ olun!!!

Bildiririk ki, mülki şəxs kimi 981 saulı hərbi hissədə işləmək istəyinizlə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.
Rauf Soruşur Yazılma Tarixi:03.08.2014 12:11:10

Salam 26 yasim var Daxili Qosunlarda muddetden artiq heqiqi herbi xidmetde qulluq etmek isteyirem amma esitdiyime gore yas muddeti 25e qederdi bu duzdur.xais edirem bir cavab vererdiz.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:\n- Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla)\nOdur ki, daxili qoşunlarda müddətdən artıq həqiqi hərbi ximdətə qəbul olmağınızla bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının DİN-nin Daxili Qoşunlarının Komandanlığına müraciət etməlisiniz.
Settar Soruşur Yazılma Tarixi:03.08.2014 09:31:15

Salam. Niye nazir balalari gedib on cebhede doyusmurler? Sebeb nedir? Biz kasibiq deye Cebhede doyusek, amma milyaner balallari ise ya evde gununu kecirsin, yada bakinin en xod geden ( yeni daydayli herbi hisselerinde )bizden artiqdilar o sexsler? Biz canimiz bahasina Cebhede kimin ucun vurusuruq? Elbetde birinci novbede oz ailemiz ucun, Veten Anadir, Bizde onun ovlatlar, da qonsulari yox!

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür.
Cədvəldə sətir sayı :14890