Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Xalid Soruşur Yazılma Tarixi:25.07.2014 10:50:41

Mən əsgərliyi iyul ayinda utarmışam, valideyinlərim Rusiyada yaşayırlar. Mən Rusiya Federasiyasına qede bilerem, yoxsa 3 ay müddətdə Azerbaycan Resp. qalmalıyam? \nP.S. Azerbaycan dili cox zeyif bilirem, neyse sefim oldusa baqışlayın.

Bildiririk ki, "Həebi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata keçirilən şəxslərin Respublikadan xaricə gedib qayıtmasına (hərbi qeydiyyatdan çıxma istisna olmaqla) hər hansı məhdudiyyət qoyulması nəzərdə tutulmamışdır.
Emin Soruşur Yazılma Tarixi:25.07.2014 06:55:00

salam. Men herbi xidmete chagrilmiwam BILESUVAR rayon seferberlik ve herbi xidmete chagriw wobesinden lakin herbi hisselerde yerler doldugu ucun novbeti chagriwa qalmiwam. Sualim ondan ibaretdir ki,men bu aylar erzinde süruculuk kurslarina yazilib qeydiyyatdan kecib suruculuk vesiqesi almagim mumkundu dovlet hesabina. Qeyd ozum ali tehsilliyem,magstram,inglisce,kamputeri bilirem,Singapurda Keppel wirketinin numayendisiyem. Xahiw sualimì cavablandirin

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tləblərinə əsasən 17 yaşına çatmış vətəndaşlar və çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş təhsil müəssisələrində işdən ayrılmaqla xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçə bilərlər.\nBununla əlaqədar, Nazirlər Kabinetinin müvafiq sərəncamlarına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığını təşkil edir və hal-hazırda müəyyən edilmiş təhsil müəssisələrinin komplektləşdirilməsi işi həyata keçirilir.\nSilahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə "B" və "C" kateqoriyalı nəqliyyat vasitələrinin sürücü ixtisası üzrə mütəxəssisi hazırlıq kurslarında təhsil almaq üçün qeydiyyatda olduöunuz Xidmətin Biləsuvar rayon şöbəsinə müraciət edə bilərsiniz.
Firqət Soruşur Yazılma Tarixi:25.07.2014 05:12:44

Men əsgər getmək üçün sizin elektron teklıf göndermişem.çağrış muddetinin qutarnasına 5gün qalıb.mənə cavab verilmir.bunu cavablandlrardız.

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Əlitaleh Soruşur Yazılma Tarixi:25.07.2014 05:06:57

Mən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışam.Həri xidmət illərimin əmək kitbçasına qeydiyyatı və təsdiqi kim tərəfindən aparılmalıdır? SHÇDX-nin Suraxanı idarəsinin 3-cü şöbə rəisinə şifahi müraciətimə mənfi cavab aldım.

Bildiririk ki, hərbi bilet həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən yeganə müddətsiz sənəddir və hərbi vəzifəlilərin hərbi xidmətə münasibətini təyin edir.\nMövcud qanunvericilikdə həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata keçirilən şəxslərin əmək kitabçalarında həqiqi hərbi xidmətkeçmə barədə qeydlərin aparılması nəzərdə tutulmamışdır.\nƏlavə olaraq bildiririk ki, əmək kitabçanıza əlavə etmək üçün Siz həqiqi hərbi xidməd keçmənizə dair arayışla təmin edilməniz barədə Xidmətin Suraxanı rayon idarəsinə müraciət edə bilərsiniz.
Esmer Soruşur Yazılma Tarixi:24.07.2014 18:35:33

Salam. Mənim qardaşım 2001-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyi bitirib. Elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2003-cü ildə 2-ci kursda oxuyarkən ailə vəziyyətimizlə əlaqədar olaraq öz ərizəsilə məktəbdən xaric olub. Xidmətini Qazaxda davam etdirib. Sonra Azərbaycan Texniki Universtetini bitirib. Qardaşım yenidən zabit kimi hərbi xidmətə qayıdmaq istəyir. Bu barədə ətraflı məlumat əldə etmək istərdim.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.\nZabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər.\nOdur ki, qardaşınız yuxarıda qeyd olunan tələblərə cavab verdiyi halda, zabit kimi hərbi xidmətə qayıtmaq üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət etməlidir.
Deyanet Soruşur Yazılma Tarixi:24.07.2014 17:28:49

Salam turkiye respublikasinda dokitiranturaya qebul olan telebe esgerliye getmelidi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.
Əziz` Soruşur Yazılma Tarixi:24.07.2014 15:41:38

salam men herbi xidmeti qurtarmisam 3 ildi bu gun meni vaenkumata caqiriblar.ne meseledi zehmet olmasa izah ederdiz

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
azer Soruşur Yazılma Tarixi:24.07.2014 13:49:52

salam bu gun artiq ayin 24 dur .ikinci siyahi ne vaxt cixacaq.bizde deerdimizi bilek ona gore hereket edeekde.

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Firəddin Soruşur Yazılma Tarixi:24.07.2014 11:18:13

Mənim adım 2cı bölgüdə cıxmadı. Yəni mən payız'a qaldım? .3cü bölgü var?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Firqət Soruşur Yazılma Tarixi:24.07.2014 09:37:18

Salam.bu ay yəni iyulda herbi xidmətə getməlı idim.amma adı çəkiyə görə aparmadılar.mən konullu yazsam gedə bilərəm?oktyabra qalmaq istəmirəm.Ali təhsilliyəm.mumkunsə cavablandırardız.təşəkür əvvəlcədən.

Bildiririk ki, 2014-cü ilin iyul çağırışının bölgüsü başa çatdığı üçün Siz, növbəti oktyabr çağırışına cəlb ediləcəksiniz.
Cədvəldə sətir sayı :14897