Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
sebuhi Soruşur Yazılma Tarixi:20.07.2014 16:10:51

men bu cagiriwda getmeliyem ama getmirem kamisyayada apardilar tekrar herbi kamisarligin kamisyasina ne demekdi bu hemde ali tehsilliyem aparmirlar elime bir senet versinler mende iwimi bilim

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün soyadınız, adınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
nicat Soruşur Yazılma Tarixi:20.07.2014 11:55:13

men iyulun 1-i gelmisem xaricden herbi komisarliga getmisem ama meni deyirler gozle ola bilermi ki meni aldatsinlar oktyabra saxlasinlar bu ay getmeliyem ozleri cagirib

Bildiririk ki, Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür. Sizin barənizdə hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
Sənan Soruşur Yazılma Tarixi:20.07.2014 10:54:34

Mən Heydərli Sənan Eynulla oğlu mənim hələ hara düşdüyüm bəlli deyil mən oktyabra qalmaq istməirəm cavab verin

Bildiririk ki, Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür. Sizin barənizdə hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
xəyyam Soruşur Yazılma Tarixi:20.07.2014 10:27:49

2ci siyahi aciqlanacaq yoxsa qaldi oktyabiraa?

Bildiririk ki, Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür. Sizin barənizdə hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
alim Soruşur Yazılma Tarixi:20.07.2014 07:11:26

salam.menim derimde gobeley xesteliyi var vayonkomatdan saglam yaziblar derimi indi bilmemk istirem herbi hissede buna gore meni mualiceycun geri qaytaracaqlar ya yox? Onceden tewekur

Çağırışçılarda mikozlar (göbələk xəstəliyi) üzrə tibbi şəhadətləndirilmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən xəstəliyin yayılmasından, müalicəyə davamlılığından və residivlərin olub-olmamasından asılı olaraq aparılır.\n Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır..
Fazil Soruşur Yazılma Tarixi:19.07.2014 16:33:15

İki doğma qardaşlar bir ğündə xidmətə çağırılıb. Birğə xidmət edəcəklərini desələr də onları ayırdılar.Valideyn olaraq And içmə mərasimində hansının yanında olacağımı bilmirəm.Hansı məntiqə uyğun olaraq doğma qardaşları bir-birindən ayyırıblar?

Bildiririk ki, qardaşlar eyni vaxtda və eyni rayon çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə çağırılarsa, onlar bir qayda olaraq hərbi xidmət keçmək üçün bir hərbi hissəyə göndərilirlər.\nSizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçünm övladlarınızın soyadını, adını, atasının adını, təvəllüdlərini və qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Məmməd Soruşur Yazılma Tarixi:19.07.2014 13:36:53

Sizin qaynar xəttin nömrəsi neçədir?

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə (012) 493-06-52 nömrə vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Əziz Soruşur Yazılma Tarixi:19.07.2014 13:32:22

Mən sizə sual verdim ki, 9-cu sinifdən kollecə daxil olmuş şəxs, kolleci bitirdikdən sonra ali məktəbə daxil olubsa, ona möhlət verilirmi? Yenə təkrar edirəm 9-cu sinifdən qəbul olunub kollecə.Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu 21.1.3. orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara möhlət verilir. \nSiz sualı yəqin düzgün oxumamısınız, çünki mənə belə bir cavab vermisiniz:\n"Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə (bakalavr pilləsini bitirənədək) möhlət verilir."\nSiz mənə aydın cavab verin, 9-cu sinifdən kollecə daxil olmuş şəxsə, oranı bitirdikdən sonra, bakalavar oxumağa möhlət verilirmi? açıq deyin, başa düşüm.

Siz, oxuduöunuz təhsil müəssisəsini bitirdikdən sonra çağırışdan möhlət hüququnu ititrərək, ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.\nBildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara təhsilini bitirıənədək yalnız bir dəfə möhlət verilir.
Zeyneddin Soruşur Yazılma Tarixi:19.07.2014 09:06:05

iyul ayin 20-sine cagirilmis esgerlerin siyahisini hardan oyrene bilerem

Bildiririk ki, Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür. Sizin barənizdə hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
Arif Soruşur Yazılma Tarixi:19.07.2014 07:37:43

Salam zehmet olmasa 2ci bolgu haqda tam duzgun tarix yazasiniz bizlerde deqiq bileyki hacan cixacaq bizi bawa duwmeye caliwin indiden twk

Bildiririk ki, Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür. Sizin barənizdə hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
Cədvəldə sətir sayı :14897