Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ramin Soruşur Yazılma Tarixi:14.07.2014 21:09:58

Salam , Menim herbi komisarligda adim cixmiyib , mene dediler seni 2ci atbirafqa apararaclar bu ne demekdir?

Bildiririk ki, Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür.\nSizin barənizdə hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
Arif Soruşur Yazılma Tarixi:14.07.2014 14:46:41

Sizin rəhbərlik haqda şikayət etmək istiyərəm.Xaiş edirəm deyin hara etsəm daha tez baxılar.

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatının inzibati binası Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30 ünvanında yerləşir.\nƏlavə olaraq bildiririk ki, hər ay Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi tərəfindən vətəndaşların qəbulu keçirilir. Ətraflı məlumatları www.seferberlik.gov.az saytından əldə edə bilərsiniz.
vusal Soruşur Yazılma Tarixi:14.07.2014 12:07:23

salam.men bu il herbi komissarliqdan kecmisem. iki defe hekim yoxlanisinda olmusam. ayagimin alti ucuncu derece duzdu.1aya evvel hekim yoxlanisinda olmusam amma helede cavab gelmiyib.adim Vusal soyadim Vahidov atamin adi Etibar tevellud 19.09.1992 Sumqayit

Məlum olmuşdur ki, Siz, şəxsi işiniz ilə birgə 11.06.2014-cü il tarixdə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına təqdim olunmusunuz.\nMüayinənin nəticəsinə müvafiq olaraq Sizin hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
Hesen Soruşur Yazılma Tarixi:14.07.2014 09:24:26

Salam. Bilmək istərdim ABŞ-da Kollecdə təhsil alanlara hərbi çağırışdan möhlət verilirmi? Bakalavr təhsili alan, sadəcə universitetdə yox kollecdə. (ABŞ-da kolleclər ali təhsil müəssəsi sayılır və bakalavr dərəcəsi üzrə təhsil vverilir)

Sizin oxuduğunuz təhsil müəssisəsindən təhsilinizi başa vurma müddəti göstərilməklə verilən arayışı qeydiyyatda olduöunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli darə, şöbə və ya bölməsinə təqdim etməyiniz təklif olunur.\nHəmin arayış təqdim edildikdə, Sizə çağırışdan möhlət veriləcəkdir. Əks halda qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Elchin Soruşur Yazılma Tarixi:14.07.2014 06:13:34

Salam.Men herbi xidmete yararsiz hesab edildiyimee gore 2013-cu ilin yanvar ayinda novbeti tibbi komissiyadan kecmishem hemin vaxt 34 yashim var idi.Indi ise 35 yashim tamam olur.Z.o deyerdiniz 35 yash tamam oluqdan sonra tibbi komissiyadan yene cagirilacagam?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.\nEyni zamanda nəzərinizə çatdırırıq ki, 35 yaşə tamam olmuş şəxslər yalnız öz istəyi olə təkrar tibbi müayinəyə cəlb oluna bilərlər.
Firəddin Bəşirzadə Soruşur Yazılma Tarixi:14.07.2014 04:53:14

Salam mən Firəddin Bəşirzadə Söhrab oğlu bizə deyiblər ki ayın 15 i sizə məlumat veriləcək mən qolumda ki cızığa görə xəstəxanaya göndərilmişdim və orda tam sağolam olduğumu dedilər. İndi mənim bu ayın 15hara düşdüyüm deyiləcək yoxsa gedib getmədiyim?

Bildiririk ki, Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür.\nSizin barənizdə hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
Emil Soruşur Yazılma Tarixi:12.07.2014 17:57:46

Salam. Men Avropada bakalavr derecesi uzre tehsil aliram. Bu il birinci kursu bitirmisem, 18 yasim var. Sualim belediki menim fakultemde bakalavr tehsili 5-6 il davam edirse, mene 5-6 il cagirisdan mohlet verilecekmi (22-23 yasima qeder)? ve umumiyyetle maksimal olaraq bakalavr tehsili ucun nece il, ve nece yasa qeder mohlet verile biler?

Sizin oxuduğunuz təhsil müəssisəsindən təhsilinizi başa vurma müddəti göstərilməklə verilən arayışı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinə təqdim edildikdə, Sizə çağırışdan möhlət veriləcəkdir.
senan Soruşur Yazılma Tarixi:12.07.2014 09:13:11

men herbi xidmetde hebs olunmusam texris olmagima 83 gun qalmis men yeniden ne qeder xidmet etmeliyem

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün soyadınız, adınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Nurlan Soruşur Yazılma Tarixi:12.07.2014 09:02:53

Salam meni niye herbi xirmete getmek ucun cagiris vereqesi gelmir. Xais edirem cavab bildiresiniz.

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Museyib Soruşur Yazılma Tarixi:12.07.2014 07:19:31

menim qardasim 10 yeni 2 gun qabag esgerliye yola saldiq ve men bu sayt haqqinda melumat aldim.SOYADINI ADINI ATASINI adini tevveludunu QEYDIYATDA OLDUNU RAYOUN DAXIL ETDIM. VE ONUN HAQQINDA HEC BIR MELUMAT OLMADIGINI GORDUM .XAIS EDIREM QERARI NE VAXT QEBUL ETSENIZ SAYTDA YERLESDIRIN

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün qardaşınızın soyadını, adını, atasının adını, təvəllüdünü və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Cədvəldə sətir sayı :14897