Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Namiq Soruşur Yazılma Tarixi:09.07.2014 18:09:10

Salam.. iyul ayinin 26-si esger getmeliyem saytda duzgun xanalri dolduruam sef yazir onu deqiq nece deye bilersiz mene???

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür. Sizin barənizdə hər hansı qərar qəbul eidldikdə əlavə olaraq məlumatlandırılacaqsınız.
Üzeyir Soruşur Yazılma Tarixi:09.07.2014 16:59:53

Salam.\nBilmək istəyirəm bu ay neçə dəfə bölgü olacaq və hansı tarixlərdə?

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür.
elcan Soruşur Yazılma Tarixi:09.07.2014 10:13:15

salam menim dusduyum yer bilinmir ve deyirlerki 15 nen sora bilinecek bu ne olan seydi?2ci cagiris var?

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür. Sizin barənizdə hər hansı qərar qəbul eidldikdə əlavə olaraq məlumatlandırılacaqsınız.
Kenan Mirzeyevx Soruşur Yazılma Tarixi:09.07.2014 07:57:54

salam . siradan kenar herbi xidmete gedenlerle normal herbi xidmete gedenlerin herbi biletleri arasinda ferq olur?

Sıradankənar hərbi xidmətə yararlı və (və ya) müəyyən qoşun növündə hərbi xidmətə yararsz sayılmış hərbi qulluqçular həmin qoşun növündə arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilirlər.
Teymurzade Huseyn Soruşur Yazılma Tarixi:09.07.2014 05:45:06

Salam, men bilmek isdeyirem ki 999 nomreli herbi hisse harda yerlesir zehmet olmasa cavablandirasiniz.

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
mircamal Soruşur Yazılma Tarixi:09.07.2014 04:42:17

bu yaxinlarda heqiqi herbi xidmet kecmis esgerliri seferberlik ve herbi xidmete cagiris uzre dovlet xidmetine cagirirlar ...bu niye goredi

Bildiririk ki, "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən, ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar səfərbərlik elan edildikdə səfərbərlik üzrə hərbi xidmətə çağırılırlar.
behruz Soruşur Yazılma Tarixi:08.07.2014 20:15:51

men iyulda getmeliydim ama senedderde gecikme oldu qaldim oktyabra men nece eliye bilerem bu ay esger gedim?

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün soyadınız, adınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Nihad Soruşur Yazılma Tarixi:08.07.2014 19:54:33

Mən bilmək istəyirəmki mənim adım 1 ci siyahıda çıxmadı lakin məni yoxlanmaq üçün göndərdikləri yerdən yararlı yazmışdılar kamisarlıqdan isə adımın 2 ci siyahıda çıxacağını bildirdilər mən yararlı ola ola məni oktyabıra saxlaya bilərlərmi bu nə dərəcədə düzgündü ? mənim adımın 2 ci siyahıda olub olmamasın necə bilərəm ?Təşəkkür

Bildiririk ki, 15.07.2014-cü il tarixədək iyul çağırışına cəlb olunan çağırışçılar qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsi tərəfindən şəhadətləndirildikdən və öyrənildikdən sonra barələrində qanuna müvafiq qərar qəbul ediləcəkdir. Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmaları barədə əlavə olaraq məlumat veriləcəkdir.
Rəhim Soruşur Yazılma Tarixi:08.07.2014 17:38:24

men ali təhsilliyəm leytinant getməy istəyirəm zəhmət olmasa şərtləri izah edərdiz

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
elvin Soruşur Yazılma Tarixi:08.07.2014 15:58:04

men ali tehsilliyəm esgerliye leytinant kimi getmək istəyirəm həmçinin mən magistraturaya qəbul olmuşam əgər mən leytinant kimi getsəm magistratura ilə hər hansı bir problem olarmı?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Cədvəldə sətir sayı :14890