Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
serxan Soruşur Yazılma Tarixi:08.07.2014 10:05:54

salam men 2014cu ilin mart ayinda Baki Seherinde yerlesen City Hospital klinkasinda herbi komisyadan kecmisem. Ve orda Herbi xidmete yararsizligim baresinde qerar qebl edilib. Lakin bu gune kimi helede yekun qerar helede rayonu seferberlik ve herbi xidmete cagris uzre dovlet xidmetine gonderilmeyib. bilmek olar bu sened niye bu qeder gecikir? adim Sərxan\nsoyadim İsmayilov\nata adi Əsgər\n dogum tarixi 15 iyul 1992\nanadan oldugum yer Ağcabədi rayon Yeni Qaradolaq kəndi\nqeydiyyatda oldugum yer ağcabədi rayon Yeni Qara dolaq kəndi

Məlum olmuşdur ki, Siz, Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 80-ci və 72-ci maddələrinin "c" bəndinin I qrafasına əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilmisiniz.\nSizin şəxsi işiniz Xidmətin Ağcabədi rayon şöbəsinə təqdim edildikdən sonra hərbi qeydiyyat sənədləri ilə təmin ediləcəksiniz.
togrul Soruşur Yazılma Tarixi:08.07.2014 08:26:30

daxili qosunlarda ttm oxuya bilerem?ve ne vaxt oxuya bilerem.ali tehsilliyem.

Qedy etdiyiniz məsələ ilə bağlı Daxili Qoşunların Baş İdarəsinə müraciət etməyiniz tövsiyə olunur.
ALXAS Soruşur Yazılma Tarixi:08.07.2014 08:14:21

Salam!Çagrişçinin bir gozü 30%, o biri gozü 50% gormə qabliyyətinə malikdirsə o hərbi xidmətə çagrila bilərmi?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyindən və funksiyalarının pozulma dərəcəsindən asılı olaraq aparılır.
Mircamal Soruşur Yazılma Tarixi:07.07.2014 18:21:22

Salam men silahli quvelerinin bas qozbitalinin pisxatriya sobesinden pisxi pozxuluqa gore herbi xitmetden azad olundum artiq usdunden bir il otub yeniden konulu olaraq herbi xidmede yolana bilerem ?

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatında olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür.\nƏlavə olaraq bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununda "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı"dır qərarı ilə vaxtından əvvəl həqiqi hərbi xidmətdən ehtiyata buraxılan vətəndaşlar təkrar həqiqi hərbi xidmətə çağırılması nəzərdə tutulmuşdur.
Nurlan Vəlizadə İkram 1993-06-06 Soruşur Yazılma Tarixi:07.07.2014 17:38:50

Salam mənim hara düşdüyüm barəsində saytda məlumat yoxdur.Necə bilə bilərəm ki mən iyul ayında hərbi xidmətə gedəcəm ya yox?2-ci siyahı nı vaxt çıxacaq?\nƏgər adım çıxmazsa könüllü gedə bilərəmmi ??\nXahiş edirəm ətraflı cavab yazın.

Siz, 15.07.2014-cü il tarixədək qeydiyyatda olduğunuz Səfərbərlik və HƏrbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsi tərəfindən təkrar şəhadətləndirildikdən və öyrənildikdən sonra barınizdə qanuna müvafiq qərar qəbul ediləcəkdir. Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barədə əlavə olaraq məlumatlandırılacaqsınız.
vusal Soruşur Yazılma Tarixi:07.07.2014 15:45:19

salam.men bu il herbi komissarliqdan kecmisem. iki defe hekim yoxlanisinda olmusam. ayagimin alti ucuncu derece duzdu. 20 gunden coxduki hekim yoxlanisinda olmusam amma helede cavab gelmiyib.sizden cavab gozleyirem.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
resid Soruşur Yazılma Tarixi:07.07.2014 14:35:33

Salam.Sizdən soruşmaq istəyirəmki bu il magistraturaya qəbul olmuşam və qeydiyyat zamanı məndən hansı hərbi hissədə qulluq edəcəm haqqında arayış istədilər.Bu arayışı hardan almalıyam?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
FAIQ Soruşur Yazılma Tarixi:07.07.2014 11:03:56

MEN KOLLEC QURTARMISAM ESGERLIYE GEDENEN SONRA DIPLOMU NOTARIAL QAYDADA TEQDIM ETSEM ESGERLIK MUDDETIM NE QEDER OLACAQ

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmətə keçirilirlər.
BABAYEV REHMAN Soruşur Yazılma Tarixi:07.07.2014 07:39:23

salam aleykum,men DAXILI QOSUNLARA BASH IDARESINE sened vermisem,herbi komissarliga sizin idareden teleqramma gelmelidir menim shexsi ishimin DQBI-ne getsin deye,onun herbi komissarliga ne vaxt geleceyi haqqinda melumat almaq almaq isterdim. Zehmet deyilse bir melumat vererdiniz mene

Bildiririk ki, Sizin şəxsi işinizin hazırlanaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına göndərilməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinə müvafiq göstəriş verilmişdir.
Resad Soruşur Yazılma Tarixi:07.07.2014 07:12:16

Salam bilmek isterdim naxcivana cagirilan herbi teyyareler ne vaxt gedir naxcivana?

Bildiririk ki, çağırıçıların Naxçıvan Muxtar Respublikasına daşınması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən qrafikə əsasən müəyyən olunur.
Cədvəldə sətir sayı :14897