Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
MUELLIM-80 Soruşur Yazılma Tarixi:07.07.2014 06:39:05

SALAM. SHXCDX-NƏ İŞƏ QƏBUL ÜÇÜN BU AY KEÇİRİLƏCƏK MÜSABİQƏNİN TARİXİNİ KİMDƏN ÖYRƏNƏ BİLƏRƏM?

Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduöundan onların Xidmətin Aparatına testə (müsabiqəyə) dəvət olunmaları növbəli qaydada həyata keçirilir.\nTest mesabiqəsinə dəvət ediləcək namizədlərə əvvəlcədən məlumat verilir.
tural Soruşur Yazılma Tarixi:07.07.2014 05:37:21

salam,mən Həsənov Tural Mehhman oglu.Saatli rayonu Qara Nuru kəndində 1990-ci il 20 sentyabrda anadan olmuşam,ali təhsilliyəm.25.02.2014-cu ildə City Hospitalda təkrar tibbi komisiyadan kecmişəm. Səfərbərlik və Hərbi Xidmətə Çağırış uzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinə dəfələrlə muraciət etmişəm.City Hospitalda kecirilən təkrar tibbi komisiyanin nəticələri gəlmiyib deyirlər.nəticələr necə gəlmiyib ki,mənimlə təkrar tibbi komisiyadan geçən yoldaşlardan bir neçəsi hərbi xidmətə yararli olaraq hərbi xidmətə yollandilar.Amma hərbi xidmətə sulh dövru uçun yararsız,muharibə dövru uçun məhdud yararlı olan vətəndaşlarin sənədləri haqqinda bugunki gunə qədər hələ də bir məlumat yoxdur,Sizdən bir vətəndaş olaraq xahiş edirəm sənədimin harada olmasi haqqinda mənə köməklik edəsiniz.İlk öncədən sizə öz dərin təşəkkurumu və minnətdarlıgımı bildirirəm.

Siz, hərbi qeydiyyat sənədləri ilə təmin edilməniz üçün Xidmətin Saatlı rayon şöbəsinə müraciət edə bilərsiniz.
Mehemmed Soruşur Yazılma Tarixi:06.07.2014 19:18:23

Salam men Manafli Mehemmed Rasim oglu Beyleqan rayon sakiniyem mene iyul ayinin 20-sine cagiris vereqesi veribler amma bilinmir hele hara dusmusem mene komeklik edin bilim gorum hara dusmusem

Siz, "Sol əl pəncəsində cızmalarla yazı" diaqnozu ilə əlavə müayinə üçün 1 saylı Respublika Psixiatriya xəstəxanasına göndərilmisiniz. 15.07.2014-cü il tarixədək qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsi tərəfindən şəhadətləndirildikdən və öyrənildikdən sonra barənizdə qanuna müvafiq qərar qəbul ediləcəkdir. Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barədə əlavə olaraq məlumatlandırılacaqsınız.
Vuqar Soruşur Yazılma Tarixi:06.07.2014 17:15:41

salam. men ayin 7 de esgerliye getmeliyem ama indi menim sehhetimde problem yaranib. yeni ki bagiraqlarimda cat oldugu melum olub. men indi esgerliye gedib orda mualice olunmaliyam yoxsa novbeti cagrislara qalib burda ozum mualice olunub getmeliyem?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Movlud Ahmedov Soruşur Yazılma Tarixi:06.07.2014 13:52:50

Salam \nMən 3-cu kurs tələbəsiyəm.Fikrimdə varki universitetin bakalavr pilləsini oxuduqdan sonra magistraturanı Türkiyədə oxuyam.Bilmək istəyirəmki əgər mən gələn il Turkiyə ali məktəblərinə magistratura imtahanı versəm və qəbul olsam onda mən əsgər gedib gəlib magistrı oxumalıyam yoxsa magistr oxuyub sonrami əsgər getməliyəm?\nVə Azərbaycan hərbi qanunvericiliyində varmiki xaricdə magistraturaya qəbul olmuş şəxs əgər hərbi xidmətdə olmayıbsa təhsilini bitirdikdən sonra hərbi xidmətinə yollanmasına icazə varmi?Suallarımı cavablandırdığınız üçün əvvəlcədən təşəkkürlər

Siz, ali təhsil müəssisəsini bitirdikdən sonra çağırışdan möhlət hüququnu itirərək, ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.\nBildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
Efser Soruşur Yazılma Tarixi:06.07.2014 12:24:27

Salam men daxili qosunara dusmusem bilmey istirem esgeriye getdiyimiz vaxt da qayidaciq mes men iyul axri gedsem gelende necesi buraxacaqlar yene iyul axri buraxacaqlar?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali əhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər.
Vuqar Soruşur Yazılma Tarixi:06.07.2014 10:58:25

Salam.Men bilmek isterdim ki,bu quruma vakant yerler varmi?

Nəzərinizə çatdırırıq ki, verdiyiniz sualın cavabı xidməti məlumat xarakteri daşıdığı üçün açıqlanmır.
Eltəkin Soruşur Yazılma Tarixi:06.07.2014 10:42:10

Gəncə şəhəri nizami rayon hərbi çağırış məntəqəsindən 2014 Iyul ayinda hərbi hidmətə göndərilməli idim.adim Hüseynov Eltəkin Eldar oğlu.təvəllüd 26.05.1995 .pisixi xəstəliyim olduğu düşüncəsi ilə psixi dispanserə yolladilar.psixi dispanserdəndə Bakiya Maştağa 1saylı xüsusi ixtisaslaşdırılmış ruhi xəstəxanaya müayinəyə göndərdilər.2 gün orta muayinədə qaldim.2-3 həftədən sonra qeydiyatda olduğum Hərbi çağırış məntəqəsinə saglamlığım barəsində məlumat gəldi.mənə bu məlumatı bildirməli idilər ama heçnə demədilər.bunun səbəbi nədi? yenidən iyul ayının 10da çagırış məntəqəsinə gəlməyimi bildirdilər.yenə Bakiya Gondərəcəylərmiş. size sualim mənə nə üçün məlumat vermirlər? ama qanunnan verməlidilər.bu məsuliyyətsizlik üçün ölçü götürün.mənə bunlar barədə məlumat verilməliyini istəyirəm. və hər dəfə mən bakıya göndərilərkən maddi xərxləri kim cəkməlidi ? bəlkə mənim maddi vəziyyətim imkan vermir mənə Bakiya gedib gəlməyə? Dovlət bu xərcləri ödəyib özləri niyə aparıb gətirmirki?

Məlum olmuşdur ki, Siz, şəxsi işiniz ilə birgə 11.07.2014-cü il tarixdə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına təqdim olunmusunuz.\nMüayinənin nəticəsinə müvafiq olaraq Sizin hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
Emin Soruşur Yazılma Tarixi:06.07.2014 10:40:52

Salam..deyirdiler ki 2ci bolgu olacag.o ne vaxt bilinecey??

Siz, 15.07.2014-cü il tarixədək qeydiyyatda olduğunuz Səfərbərlik və HƏrbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsi tərəfindən təkrar şəhadətləndirildikdən və öyrənildikdən sonra barınizdə qanuna müvafiq qərar qəbul ediləcəkdir. Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barədə əlavə olaraq məlumatlandırılacaqsınız.
Rəşad Soruşur Yazılma Tarixi:06.07.2014 08:11:04

Salam aleykum.Mən sual vermişdimki meni bakıya gönderiliş verilmişdiki hekim yoxlanişınnan keçim iyunun 23 keçdim həkimlər yararlı oldugumu dediler ama menim burda adım cıxmır.Sizde cavabda demişdizki bu suala deqiq cavab verməkdən ötrü adımı soyadamı atamın adını təvəllüdümü və qeydiyyatda oldugum rayonu deyim.\nSoltanov Rəşad Rəşid \n1993.08.09\nqeydiyyatda oldugum yer Zaqatala rayonudur

Məlum olmuşdur ki, Siz, 2014-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Zaqatala rayon şöbəsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq 02.06.2014-cü il tarixdə Bakı şəhəri Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutuna müayinəyə göndərilmisiniz.\nMüayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən "Hərbi Xidmətə yararlıdır" hesab edilmisiniz.
Cədvəldə sətir sayı :14897