Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Taleh Soruşur Yazılma Tarixi:03.07.2014 20:53:51

999 herbi hisse harda yerlesir ve bolunme yerleri haradir

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Nüsret Soruşur Yazılma Tarixi:03.07.2014 16:20:25

salam.qardasim DSX dusub.ilk günü Qobustana forma geyindirməye apardilar ordan sonra hara getdi,apardilar melumatimiz olmadi.xais edirem cavablandirin rahat olaq bilək hardadi.Əsgərin adi İsgəndərli Cavid Səxavət oglu.

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
lacin Soruşur Yazılma Tarixi:03.07.2014 14:20:47

mn ne demekdir

Müdafiə Nazirliyi
Elvin Soruşur Yazılma Tarixi:03.07.2014 12:39:40

Salam.men DSX-ye dusmusem.ali tehsilliyem ve leytinant kimi getmey istiyirem.bilmey istiyiremki DSX -ye leytinant kimi gedende herbi xidmetin muddeti ne qeder olur.?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Resad Soruşur Yazılma Tarixi:03.07.2014 11:54:41

Salam.seferberlik xidmetinde ise nece qebul olmaq olar?

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar özünüz barədə ətraflı məlumat verilməklə, ərizə ilə müraciət etdikdən sonra namizədliyinizə baxıla bilər.
Xəzər Soruşur Yazılma Tarixi:03.07.2014 11:30:31

Yoxlanıç üçün bakıya tibbi yoxlanışa göndərilmişəm. Yenidən yoxlanışa göndərəcəklər. Bilmək istəyirəm ki, yoxlanışa göndərilənlər həqiqi hərbi xidmət keçəcək şəxslərin siyahısına daxil edilirmi? Həqiqi hərbi xidmət keçəcək şəxslərin sırasında adım çıxmır.

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün soyadınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduöunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
İlkin Soruşur Yazılma Tarixi:03.07.2014 06:44:45

salam men 051 nomreli herbi hisseye dusmusen orda dusduyum gun bolunecem hara boluneceyim haqda melumat rayon herbi komisarliqinan elde ede bilerem?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Vuqar Soruşur Yazılma Tarixi:03.07.2014 02:06:29

Salam menimqardasim 2 gundur lenkeranda millidedi \nbilmey istiyirdimki axira qeder orda qalacaq yoxsa deysilecek?

Qeyd etdiyiniz məsələ ilə bağlı qardaşınızın xidmət etdiyi hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur.
ulvi Soruşur Yazılma Tarixi:02.07.2014 23:16:21

Men bilmek isteyirdim ki, herbi xidmeti bitirdikden sonra yasadigim yerde qeydiyyata durarken dovlet rusumu odemeliyemmi. Eger odemeliyemse ne qeder odemeliyem?

Bildiririk ki, mövcud qanunvericilikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Ximdətinin yerli idarə, şöbə və ya bölmələrində yaşayış yeri üzrə hərbi qeydiyyata götürülməsizamanı hərbi xidmətdən ehtiyata buraxılmış şəxslər tərəfindən hər hansl rüsumun ödənilməsi nəzərdə tutulmamışdır.\nEynu zamanda nəzərinizə çatdırırıq ki, hərbi uçot qaydalarını pozan hərbi vəzifəlilər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354-cü maddısinə əsasən inzibati məsuliyyətə cəlb olunurlar.
Qiyas Soruşur Yazılma Tarixi:02.07.2014 19:12:39

men hara düsdüyümü bilmək isteyirem

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümünə daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Cədvəldə sətir sayı :14897