Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Emil Soruşur Yazılma Tarixi:05.07.2014 06:54:44

işlə baglı müraciyət etmişəm cavabı neçə günə gələcək.

Bildiririk ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir.
Səid Soruşur Yazılma Tarixi:05.07.2014 04:16:57

Bərdə 051 saylı hərbi hissə ilə necə əlaqə saxlamaq olar?\nOnların əlaqə nömrələri sizdə varmı?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
RAUF MUELLIM Soruşur Yazılma Tarixi:04.07.2014 18:44:17

Salam.Hər birinizə işlərinizdə uğurlar arzulayıram. \nSualım belədir: Bu ay ucun SHXCDX-də müsabiqə-imtahan ayın neçəsi üçün nəzərdə tutulub?\nƏvvəldəcən minnətdarlığımı bildirirəm.\nHörmətlə Rauf müəllim.

Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduöundan onların Xidmətin Aparatına testə (müsabiqəyə) dəvət olunmaları növbəli qaydada həyata keçirilir.\nTest mesabiqəsinə dəvət ediləcək namizədlərə əvvəlcədən məlumat verilir.
Elçin Soruşur Yazılma Tarixi:04.07.2014 12:37:25

100 hərbi hissə harada yerləşir və bölünmə yerləri haradır

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Muslum Soruşur Yazılma Tarixi:04.07.2014 12:04:41

elektron xidmet yerinde qardasimin tam melumatlarini yaziriq hara dusduyu gelmir.deyir bele cagiriwci tapilmadi...niyeki?

Çağırışçı haqda məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümünə daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğu idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
emiraslan Soruşur Yazılma Tarixi:04.07.2014 08:33:31

menim boyreyimde problem var bilmek isteyirem men herbi xidmete gedecem? bu atprafka getmeliyem hec bir xeber yoxdu,

Xəstəliklərin dərəcəsindən, yayılmasından, yaratdığı fəsadlardan, orqanların funksiyaların pozulmasından və davamlılığından asılı olaraq çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən şəhadətləndirilirlər.\nSiz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır..
xəzər Soruşur Yazılma Tarixi:04.07.2014 08:25:58

salam. mən tibbi yoxlanışdan keçmək üçün bakıya göndərilmişəm. (yenidən tibbi yoxlanışdan keçmək üçün getməliyəm) bilmək istəyirəm mən həqiqi hərbi xidmət keçən şəxslərin sırasın daxil edilirəmmi? adımı həqiqi hərbi xidmət keçənlərin sırasında axtarsam da adım çıxmadı.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
ElmanYusubov Soruşur Yazılma Tarixi:04.07.2014 07:39:50

Salam men DSX-de herbi qulluqda olmuwam.1-ile yaxindir ki,herbiden texis olunmuwam. Sizden oyrenmek isteyerdim men DSX-de caliwa bileremmi,bileremse bunun ucun ne etmeliyem.tewekkur.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.\nSiz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, zabit kimi hərbi xidmətə qayıtmaq üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Komandanlığına müraciət edə bilərsiniz.
Vüsal Soruşur Yazılma Tarixi:03.07.2014 22:18:46

Salam. Müraciətimlə bağlı oxşar suallara dolğun cavab vermək üçün ad, soyad, ata adı və s. qeyd etmeyin vacib olduğunu qeyd etmisiz. Sualım belədir: - Yoxlamadan keçmək üçün Mirqasımov adına xəstəxanaya göndərildim və komisiya məni yararlı hesab etdi. Lakin axtarışda özüm haqda heç bir məlumat tapa bilmirəm. məlumatlarım Əliyev Vüsal Rizvan oğlu və Ucar rayonunda qeydiyyatdayam. Xahiş edirəm mövzuyla bağlı aydın cavab verəsiz. Nə vaxt bəlli olacaq harda və hansı tarixdə xidmət edəcəyim ?

Siz, 15.07.2014-cü il tarixədək qeydiyyatda olduğunuz Səfərbərlik və HƏrbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi tərəfindən şəhadətləndirildikdən və öyrənildikdən sonra barınizdə qanuna müvafiq qərar qəbul ediləcəkdir. Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barədə əlavə olaraq məlumatlandırılacaqsınız.
Taleh Soruşur Yazılma Tarixi:03.07.2014 20:59:06

men kollecde oxumusam men 1 illik qulluq edecem yoxsa 1 il 6 ay

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il müddətli həqiqi hərbi xidmət keçirlər. Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomuun notarial qaydada təsdiq edilmiş kserosurətini və ya təhsil haqqında arayışı xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə, onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Cədvəldə sətir sayı :14897