Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
BABEK Soruşur Yazılma Tarixi:01.07.2014 22:38:48

salaM ALeykum men daxili qowunlara duwmuwem /baki qeydiyatiyam.helelik bakida olacam .orgenmek istiyiremki hansi rayonlarda daxili qowunlarin herbi hiseleri var?

Qeyd etdiyiniz məsələ ilə bağlı Daxili Qoşunların Baş İdarəsinə müraciət etməyiniz tövsiyə olunur.
Tural Soruşur Yazılma Tarixi:01.07.2014 21:22:30

salam.mən Həsənov Tural Mehman oglu.Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatdayam,Ali təhsilliyəm.təəssuflər olsun ki xəstə oldugum ucun hərbi xidmətə sulh dövru ucun yararsiz,muharibə dövru uçun məhdud yararlıyam.Hətta City hospitalda da təkrar tibbi komisiyadan kecmişəm.xəstə oldugum təsdiqlənib.Təkrar tibbi komisiyadan keçdiyim artiq 6-ci aydir,amma hələ də hərbi biletimi almamişam.SHXÇDX-nin Saatli rayon şöbəsinə muraciət etdiyim zaman hərbi biletlərdən hələ bir xəbər yoxdur cavabi ilə rastlaşıram.Bildiyiniz kimi hərbi bilet olmadan istər dövlət muəssisəsində,istər özəl muəssisədə çalışmaq mumkun deyil.Sizlərdən Azərbaycan Respublikasının bir vətəndaşı olaraq hərbi biletimin tez bir zamanda mənə verilməsi uçun köməklik etməyinizi və ya gecikmə səbəbini izah etməyinizi xahiş edirəm.

Siz, hərbi qeydiyyat sənədləri ilə təmin edilməniz üçün Xidmətin Saatlı rayon şöbəsinə müraciət edə bilərsiniz.
Elvin Soruşur Yazılma Tarixi:01.07.2014 19:46:00

salam,men DSX ye dusmusem .ali tehsilliyem ve leytinant kimi getmey istiyirem ,zehmet olmasa deye bilersiz DSXde leytinant kimi gedende herbi xidmetin meddeti ne qeder olur?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Tahir Soruşur Yazılma Tarixi:01.07.2014 16:45:32

999 Nomreli H/H harda yerlesir

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Kənan Soruşur Yazılma Tarixi:01.07.2014 15:33:32

Menim qardaşım 212 nömreli herbi hisseye düşüb MN yazılıb bilmek olar harada yerleşir?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Elcan Soruşur Yazılma Tarixi:01.07.2014 15:29:24

salam məndə bu çağırış getməli idim və mənə deyildi ki 2 ci nizamnaməynən gedəcəm 2 ci nizamnamə nə vaxt çağırılır və bu nə ol şeydi?onu da deyimki GORANBOY vayınkamatı çağırıb

Siz, 15.07.2014-cü il tarixinədək qeydiyyatda olduöunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsi tərəfindən şəhadətləndirildikdən və öyrənildikdən sonra barənizdə qanuna müvafiq qərar ediləcəkdir. Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barədə əlavə olaraq məlumatlandırılacaqsınız.
Rafig Soruşur Yazılma Tarixi:01.07.2014 14:23:38

men 4cü kurs telebeyem iyulun 3də hərbi hisssəyə çaqrılmışam ama iyulun 5də diplom mudafiəsidi.NƏ ETMƏLİ???

Bildiririk ki, fərdi çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduöunuz idarə, şöbə və ya bölməsində olmağınız tövsiyə olunur və qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
bahadur Soruşur Yazılma Tarixi:01.07.2014 13:35:21

Ailədə atası dünyasını deyişmiş tək övladın cebhe bölgəsinə və ya uzaq məsafələrə göndermek olar? Məsafə mahdudiyyəyi var?

Qeyd etdiyiniz məsələ ilə bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununda heç bir müddəa nəzərdə tutulmamışdır.\nBildiririk ki, Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür.\nƏlavə olaraq qeyd edirik ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinə (başqa övladı olmayan I qrup əlil olan ata yaxud ana) əsasən ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Sadiq Soruşur Yazılma Tarixi:01.07.2014 13:12:03

600 nömrəli hərbi hissə hansı regionda yerləşir?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Xeyal Soruşur Yazılma Tarixi:01.07.2014 12:50:49

Salam. 3 azyaşlı uşağı olan hərbi xidmətə çağırırlar?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.2-ci maddəsinə əsasən, 3 və daha çox uşağı olan çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilir.
Cədvəldə sətir sayı :14890