Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Anar Salmanzade Nizami 1991-11-23 Soruşur Yazılma Tarixi:02.07.2014 19:01:16

Salam.Xahis edirem menim sualima cavab veresiniz.Men Sebayil rayon herbi cagiris bolme 2-de qeydiyatdayam.Ancaq ne oradan bir cavab ala bilmirem,ne de elekttron sehvede adim yoxdur.Bilmek isteyirem neye goredir?

Bildiririk ki, 03.07.2014-cü il tarixli göstərişə əsasən Sizin barənizdə yekun qərarın qəbul edilməsi üçün Xidmətin Hərbi-Həkim Komissiyasına təqdim olunacaqsınız.
Ceyhun Soruşur Yazılma Tarixi:02.07.2014 18:15:53

men ali tehsil bitirmişəm..leytinant kimi getmek istəyirəmdaxili qoşunlara duşmuşəm.... məlumat gəlibki daxili qoşunlardan leytinant kimi getmək olmur. nə etməliyəm,

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
aga Soruşur Yazılma Tarixi:02.07.2014 18:13:12

Salam, men 2011 iyulun 6i Gence şeher Nizami rayon herbi cagriliş menteqesinden herbi xidmete cagrilmişam Bakida N sayli herbi hissede qulluq etmişem.Xidmet etdiyim vaxtda herbi xidmeti bitirmeyime 3ay qalmiş xesteliye yoluxdum,bu xestelikle elaqedar meni herbiden bitirmeyime 3ay qalmiş azad etdilerr.Hal hazirda men aldigim mualiceler esasinda saglamam.Indi isteyirem ki qalan 3 ay xidmetimi davam edib yarali herbi bileti elde edim.Bununla bagli olaraq men Gence şeher Nizami rayon herbi cagiriş menteqesine muraciet etdim lakin orda meni qane edici cavablandirmadilar..Bir sozle soyuq yanaşildi mene.men bu haqda sizden melumat almaq isterdim?Qeyd edimki menimcun 3ay herbini cekib yararli herbi bilet almaq cox vacibdir.

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
ceyhun Soruşur Yazılma Tarixi:02.07.2014 17:47:55

men daxili qowunlara duwmuwem.... leytinant kimi getmek isteyirem...ama deyirler daxili qowunlardan leytinantliga getmey olmur... men nece ede bilerem..ozum ali tehsilliyem...herbide qalmaq isteyirem

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Orxan Soruşur Yazılma Tarixi:02.07.2014 17:11:47

Salam. Men D Q duwmuwem oyrenmek isteyirem gorum hara gedecem Bakiya yoxsa? Tecilidi xaiw cvb yazin

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
orxan Soruşur Yazılma Tarixi:02.07.2014 15:14:49

salam 212 sayli herbi hisse harada yerlesir?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
serxan Soruşur Yazılma Tarixi:02.07.2014 13:22:03

salam men 2014cu ilin mart ayinda Baki Seherinde yerlesen City Hospital klinkasinda herbi komisyadan kecmisem. Ve orda Herbi xidmete yararsizligim baresinde qerar qebl edilib. Lakin bu gune kimi helede yekun qerar helede rayonu seferberlik ve herbi xidmete cagris uzre dovlet xidmetine gonderilmeyib. bilmek olar b sened niye bu qeder gecikir? Hekim komisyasinin mesuliyyetsizliyi ile bagli men hara muraciet ede bilerem?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduöunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
Ceyhun Soruşur Yazılma Tarixi:02.07.2014 13:01:22

Salam mən Rusiya Federasiyasında təhsil almışam indi hal hazırda diplomu gözlüyürəm Azərbaycan Respublikasının vətəndaşıyam çağırış iyulun 30 kimi olduğu üçün dəqiq bilmirəm çatdıraram özümü ya yox amma sual verməy istəyirdim məni Avqust ayında hərbi xidmətə aparacaqlar ? məm oktabır çağırışına qalmaq ostəmitə deyə ona görə

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 3-dək çağırılırlar.
Elvin Soruşur Yazılma Tarixi:02.07.2014 11:58:15

adi cixmayanlar ucun ikinci defe bolgu olacag?

Bildiririk ki, 15.07.2014-cü il tarixədək iyul çağırışına cəlb olunan çağırışçılar qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsi tərəfindən şəhadətləndirildikdən və öyrənildikdən sonra barələrində qanuna müvafiq qərar qəbul ediləcəkdir. Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmaları barədə əlavə olaraq məlumat veriləcəkdir.
Edalet Soruşur Yazılma Tarixi:02.07.2014 09:01:23

salam.merkezi xestexana terefiden hekime gosterimesi meslehet biline ust cene ve disle elaqleli xestelik heri kom.. yoxlamdir yox yende merkezi xestexanada kagiz almaliyam

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduöunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
Cədvəldə sətir sayı :14897