Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ibrahim Soruşur Yazılma Tarixi:05.07.2014 11:45:41

salam.menim tibbi analiz neticesinde qanimda problem askarlandi.11c akti yazildi.konullu herbi xidmete muraciet ede bileremmi ve nece ?

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatında olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür.
Fərrux Soruşur Yazılma Tarixi:05.07.2014 11:15:29

Hər vaxtınız xeyir, mən keçən ay burada sizə magistratura və hərbi xidmətlə əlaqədar sual vermişdim, 3 il öncə sağlamlıq problemlərimlə əlaqədar 3 illik möhlət hüququ almışdım.(hərbi biletdə 15 iyul 2014-də təkrar müayinədən keçsin yazılıb) mən iyun ayında səfərbərlik üzrə rayon bölməsinə müraciət etdim, Mirqasımov adına respublika xəstənəxanasında mənə yararlılığım haqqında məlumat verildi, (iyunun 13-ü) sadəcə səfərbərlik üzrə rayon bölməsinin əməkdaşı gedib həmin sənədləri iyulun 3-ü götürüb, mən bu günlərdə rayonda həkim komissiyasından keçdim (2 həkim yalnız çərşənbə günü olacaq, Bakıdan təyinatla gəlib işləyənlərdir, hər gün olmurlar). Məni maraqlandıran 2 sual var:\n1)Cərşənbə günü 2 həkimdən (okulist və otolorinqoloq qalıb, mənim gözlə burun boğaz qulaqla heç bir problemim yoxdur)keçib sağlam \nqeyd olunduğum təqdirdə səfərbərlik üzrə rayon bölməsi sənədlərimi 10-15 iyul tarixləri arasında Bakıya göndərəciklərini bildirirlər və əgər yer qalıbsa hər-hansı hərbi hissəyə göndəriləcəyəm. Yer qalmayıbsa Oktyabra saxlamalı olacaqlar. Bu nə dərəcədə düzgündür? Mən özüm iyunda müraciət etdim ki, oktyabra qalmayım.\nMən magistr təhsilimi hərbi xidməti başa vurduqdan sonra rahat şəkildə almaq istəyirəm. yəni iyulda xidmətə gedib iyulda qayıdıram və sentyabrda təhsilimə başlayıram. Lakin Oktyabra qalsam, mənim hərbi xidmətdən (magistraturaya görə) 2 illik möhlət almaq haqqım var, çünki növbəti ilin oktyabrında qayıtdığım təqdirdə maqistraturanın 2-3 həftəsini itirmiş olacağam, o zaman da universitetdən mənə növbəti il gəlib təhsilimi davam etdirmək təklif olunacaq və beləliklə mən 1 il itirmiş olacağam.\nDigər bir sualım Magistr təhsilini başa vurmuş gənclərin hərbi xidmət müddəti ilə əlaqədardır. Poliklinikana qan analizi verdiyim zaman mənə bildirdilər ki, maqistr təhsilini başa vurmuş gənclər, bakalavrlar kimi 1 il deyil, cəmi 6 ay hərbi xidmət keçirlər. Bu doğrudurmu?

Siz, 15.07.2014-cü il tarixədək qeydiyyatda olduğunuz Səfərbərlik və HƏrbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsi tərəfindən təkrar şəhadətləndirildikdən və öyrənildikdən sonra barınizdə qanuna müvafiq qərar qəbul ediləcəkdir. Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barədə əlavə olaraq məlumatlandırılacaqsınız.
ilkin Soruşur Yazılma Tarixi:05.07.2014 08:29:49

YAQUBOV QEDIR ILHAM OGLU 1996 27 MART GORANBOY HARA DUWUB BIMEK OLAR?

Çağırışçı haqda məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümünə daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğu idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Emil Soruşur Yazılma Tarixi:05.07.2014 06:54:44

işlə baglı müraciyət etmişəm cavabı neçə günə gələcək.

Bildiririk ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir.
Səid Soruşur Yazılma Tarixi:05.07.2014 04:16:57

Bərdə 051 saylı hərbi hissə ilə necə əlaqə saxlamaq olar?\nOnların əlaqə nömrələri sizdə varmı?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
RAUF MUELLIM Soruşur Yazılma Tarixi:04.07.2014 18:44:17

Salam.Hər birinizə işlərinizdə uğurlar arzulayıram. \nSualım belədir: Bu ay ucun SHXCDX-də müsabiqə-imtahan ayın neçəsi üçün nəzərdə tutulub?\nƏvvəldəcən minnətdarlığımı bildirirəm.\nHörmətlə Rauf müəllim.

Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduöundan onların Xidmətin Aparatına testə (müsabiqəyə) dəvət olunmaları növbəli qaydada həyata keçirilir.\nTest mesabiqəsinə dəvət ediləcək namizədlərə əvvəlcədən məlumat verilir.
Elçin Soruşur Yazılma Tarixi:04.07.2014 12:37:25

100 hərbi hissə harada yerləşir və bölünmə yerləri haradır

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Muslum Soruşur Yazılma Tarixi:04.07.2014 12:04:41

elektron xidmet yerinde qardasimin tam melumatlarini yaziriq hara dusduyu gelmir.deyir bele cagiriwci tapilmadi...niyeki?

Çağırışçı haqda məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümünə daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğu idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
emiraslan Soruşur Yazılma Tarixi:04.07.2014 08:33:31

menim boyreyimde problem var bilmek isteyirem men herbi xidmete gedecem? bu atprafka getmeliyem hec bir xeber yoxdu,

Xəstəliklərin dərəcəsindən, yayılmasından, yaratdığı fəsadlardan, orqanların funksiyaların pozulmasından və davamlılığından asılı olaraq çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən şəhadətləndirilirlər.\nSiz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır..
xəzər Soruşur Yazılma Tarixi:04.07.2014 08:25:58

salam. mən tibbi yoxlanışdan keçmək üçün bakıya göndərilmişəm. (yenidən tibbi yoxlanışdan keçmək üçün getməliyəm) bilmək istəyirəm mən həqiqi hərbi xidmət keçən şəxslərin sırasın daxil edilirəmmi? adımı həqiqi hərbi xidmət keçənlərin sırasında axtarsam da adım çıxmadı.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Cədvəldə sətir sayı :14890