Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Təranə x Soruşur Yazılma Tarixi:01.07.2014 06:07:10

Salam. \nZəhmət olmasa, deyə biləriniz, Klapanda açıq ürək əməliyyatı keçirdən oglan(aortal klapana protez goyulub); hərbi xidmətdə gulluq edə bilər?

Çağırışçı, qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağı haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Tofiq Soruşur Yazılma Tarixi:01.07.2014 05:59:15

oqlum eyani shobede 4 cu kursda oxuyur. kesiri var. diplomu 2015 de alacaq. qanunla 1il herbi caqirishdan saxlanmaq huququ varmi, diplom alana kimi?

Qeyd etdiyiniz məsələ ilə bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununda heç bir müddəa nəzərdə tutulmamışdır. \nSizin oğlunuz, ali təhsil müəssisəsini bitirdikdən sonra çağırışdan möhlət hüququnu itirərək, ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəkdir. Qeydiyyatda olduğu yerli idarə, şöbə və bölmə tərəfindən iyul çağırışına cəlb edilməsi barədə verilmiş müvafiq sənədi ali təhsil müəssisəsinə təqdim etməlidir.
ilkin Soruşur Yazılma Tarixi:01.07.2014 05:45:18

TTM adli herbi hisse haqqinda melumat bilmek isdeyirem

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
emin Soruşur Yazılma Tarixi:01.07.2014 04:51:02

salam. Men ayin 5 de esgerliye getmeliyem. Ama menim sehetimde problem yaranib, mualiceye ehtiyacim var. Burda men ozum qalib mualice olunub novbeti cagrislarda getmeliyem yoxsa gedib herbi qospitalda mualice olunmaliyam?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır..
Fuad Soruşur Yazılma Tarixi:30.06.2014 23:06:58

Salam.Bilmek olar 999 sayli herbi hisse hardadir

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
vüqar Soruşur Yazılma Tarixi:30.06.2014 21:53:05

Salam men mudafiye nazirliyi nezninde 100 nomreli herbi casta duwmuwen. Maraqlana bilmirem haradi deye zehmet olmasa harda yerlewir deye melumat vererdiz.

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
ekber Soruşur Yazılma Tarixi:30.06.2014 21:21:51

azerbaycan vetendasini yad olkede doymek isgence vermek necur duzdu

Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsaəsn dövlət, irqindən, milliyətindən, dilindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. İnsan və vətəndaş hüquqlarını və görmə məhdudlaşdırmaq qadağandır.\nKonstitusiyanın 26-cı maddəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
Rizvan Nurəddinov Soruşur Yazılma Tarixi:30.06.2014 20:41:45

Salam,mene ayın 7-ne çağırış verilib.Ve ağciyer xestelikləri inistituna göndəriş almışdım.Yoxlandıqdan sonra mənə xəstəxanadan dedilər ki,cavabları vayankumat özü götürəcək.Sonra qayıdıb Şəkiyə getdim.Və bir neçə gün qabağa Şəkidən dedilər ki,sənin nəticələrin gəlməyib.Xəstəxanadan nəticələri bu gün götürmüşüm.Heç bir xəstəlik yoxdur.Bu gün çağırışçıların düşdüyü yerlərdə mənim düşdüyüm yer yoxdur.Sualım budur ki,mən iyulda əsgərliyə gedə biləcəm?belə olduqda magistr təhsilimi bir il əlavə gecikdirmiş oluram(oktyabra qalanda).Xaiş edirəm cavab yazın çox vacibdir.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı və təvəllüdünüz göstərilməlidir.
Kamil Soruşur Yazılma Tarixi:30.06.2014 19:45:29

Salam men esgerliye yararsizam ali mektebi bu il bitirdim mene herbi bileti ne vaxt verecekler? Umumiyetle yararsizlara herbi bilet verilirmi?

Bildiririk ki, müraciətiniz əsasında konkret araşdırmanın aparılması üçün soyadınızı, atanızın adını, təvəllüdünüzü və hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə DÖvlət Xidmətinin yerli idarəsinin (şöbəsinin, bölməsinin) adını bildirməyiniz vacibdir.
Samil Yunusov Soruşur Yazılma Tarixi:30.06.2014 19:42:43

950 sayli herbi hisse haqqinda mellumat verin

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14890