Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rovsen Soruşur Yazılma Tarixi:30.06.2014 14:11:17

Salam Eleykim Mən hara dusduyum barede axtaris verdim \nBele yazildi \n\nNazirlik , xidmət və ya qoşun növü : DSX\n\nİndi mən hara dusmusəm ve məni komisarlıgdan hara aparacaglar

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
sahin Soruşur Yazılma Tarixi:30.06.2014 13:30:47

051 hardadi?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Eyyub Hesenov Soruşur Yazılma Tarixi:30.06.2014 12:50:07

Nazirlik , xidmət və ya qoşun növü : MN Hərbi hissənin nömrəsi : 051 haradi bilmek olar?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Ülvi Cabbarov Soruşur Yazılma Tarixi:30.06.2014 12:06:09

salam.men bu il 4 cü kursu bitirdim. döş qədəsimdə deformasiya olduguma görə hərbi xidmətə yararsiz yazdilar. Amma deyiblər hospitala cagracaqlar. bilmək istəyirdim ki, mənim işimlə əlaqədər hərbiyə getməyim vacib oldugu ücün orada yenidən ərizə yazsam məni ya gələn cagrisa ya da 2 ildən yəni magstr təhsilin qurtarana kimi vaxt verəbilərlər.yararsiz(niqodnu) olmamam üçün.eyni zamanda Vertebra tibb mərkəzində deformasiyaya görə 1 ayliq müalicə almisam. xeyri olubdur. zəhmət olmasa sualima cavab yazardiz

Vətəndaşlara sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət verilməsinin və ya çağırışdan azad edilməsinin əsaslığını yoxlanılması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rayon idarə, şöbə və ya bölməsinin hərbi-həkim komissiyası qərarlarına Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən nəzarət qaydasında baxılır.\nSiz, təkrar şəhadətləndirildikdən və öyrənildikdən sonra barənizdə qanuna müvafiq qərar qəbul ediləcəkdir. Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barədə əlavə olaraq məlumatlandırılacaqsınız.
Ferid Memmedov Raqif oqlu 1992 01 02 Soruşur Yazılma Tarixi:30.06.2014 12:02:15

mene adimin qarsina yazilib Nazirlik Dsx sadece herbi hissenin nomresi yoxdu

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
iLHAM Soruşur Yazılma Tarixi:30.06.2014 11:54:59

Salam 051 sayli herbi hisse harda yerlesir?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Sabir Soruşur Yazılma Tarixi:30.06.2014 11:45:52

03.07.2014 tarixi üçün çağırışgəlib.ADİU-nin IV kurs tələbəsiyəm,1 neçə kəsrim var.Eşitdiyimə görə kəsri olan tələbələrə 6 ay kəsrləri bağlamaq üçün möhlət verilir.Xahiş edirəm bu barədə məlumat verərdiz.

Siz, ali təhsil müəssisəsini bitirdikdən sonra çağırışdan möhlət hüququnu itirərək, ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.\nQeydiyyatda olduğunuz yerli idarə, şöbə və bölmə tərəfindən iyul çağırışına cəlb edilməniz barədə verilmiş müvafiq sənədi ali təhsil müəssisəsinə təqdim etməlisiniz.\nBildiririk ki, fərdi çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsində olmağınız tövsiyə olunur.
eli Soruşur Yazılma Tarixi:30.06.2014 11:03:35

XDMX bu ne demekdir?

Xüsusi Dövlət Mühafizə Xidməti
Xeyal Soruşur Yazılma Tarixi:30.06.2014 11:00:04

Salam, herbi hissenin 109, qosun novu ise MN dir bilmek isteyirem hansi rayona dusmusem

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Rashid Soruşur Yazılma Tarixi:30.06.2014 10:20:23

DQ nə deməkdir

Daxili Qoşunlar
Cədvəldə sətir sayı :14897