Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Urfan Soruşur Yazılma Tarixi:25.06.2014 12:26:51

Salam mənim 19 yaşım var kolleci bu il bitirəcəm möhlət hüququm iyulun 7 si bitir və mən türkiyədə universitetə qəbul olmuşam ama voyenkamant mənim sənədimi qəbuk etmir bu nə dərəcədə düzgündür?

Siz, orta-ixtisas təhsil müəssisəsini bitirdikdən sonra çağırışdan möhlət hüququnu itirərərk, iyul çağırışında ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.\nBildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
Nihat Soruşur Yazılma Tarixi:25.06.2014 11:08:32

salam. Men bu il universteti qurtarib herbi xidmete getmeli idim. Ama indi sehetimde problem yaranib mende disbaktorioz xesteliyi askar olunub, ama senetlerimde artiq nazirliye gonderilib deyirler. Men indi nece etmeliyem burda mualice olunmaliyam yoxsa artiq herbi xidmete gedib orda mualice olunmaliyam?

Sizin Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında tibbi şəhadətləndirilməniz üçün soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Ceyhun Soruşur Yazılma Tarixi:25.06.2014 10:52:59

Salam. Cagiriw vereqesi iyulun 4ne gelib. Men ayin 20sine kimi uzada bilerem ve nece? Huququm var?

Bildiririk ki, Siz, fərdi çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsində olmağınız tövsiyə olunur və qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Elxan Soruşur Yazılma Tarixi:25.06.2014 10:02:44

salam men 02.07.2014 tarixinde herbi xidmete cagrilmisam lakin menim gozumde zeiflik vardi ve buna gore duz 1il gecikmisem. Lakin sonra gozum zeif oldugu halda bele esger gede bileceyimi dediler . Menim gozume gore cemi 1 defe Zerife Eliyeva adina goz klinikasina gonderibler oda ilk baslarda . Amma diger analizler ucun 1 nece defe gonderibler yeni analizler kohnedir yenisin getir gozum ise 1ilde dahada zeiflediyini hiss edirem sualim odur ki menim gozumu niye cemi 1ce defe yoxlayiblar? ve menim boyum 171sm cekim ise 49 dur men herbi xidmete dusurem?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Eldar Soruşur Yazılma Tarixi:25.06.2014 07:23:19

Salam.Mən bu il kollecdə təhsilimi başa vurmuşam.Mən kollecdə rabitə(telekommunikasiya)bölməsində oxumuşam.Düşəcəyim hərbi hissənin rabitənin təşkili bölməsində xidmət etmək üçün nə etməliyəm.Sağolun!

Bildiririk ki, Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrin konmplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi proqram vasitəsi ilə bölünür.\nƏlavə olaraq qeyd edirik ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış digər silahlı birləşmələr arasında bölgüsü zamanı xüsusi hərbi ixtisaslar üzrə hazırlanmış mütəxəssislərdən istifadə olunması nəzərdə tutulmuşdur.
Ülvi Soruşur Yazılma Tarixi:25.06.2014 06:24:44

02.07.2014 tarixinə hərbi xidmətə çağırılmışam. Eyni zamanda magistraturaya qəbul olmuşam və qeydiyyat 10.07.2014 tarixinə kimidir. Qanunla iyulun 10na qədər çağiriş tarixi uzadıla bilərmi?

Bildiririk ki, Siz, fərdi çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsində olmağınız tövsiyə olunur və qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Sənan Soruşur Yazılma Tarixi:24.06.2014 19:38:25

Salam,hərbi komissarlıq tərəfindən çağırış vaxtı əgər ayın 3-nə yazılıbsa çağırışçı müyyən qədər bu vaxtı uzada bilərmi? mümkündürsə hansı vaxta qədər?

Bildiririk ki, Siz, fərdi çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsində olmağınız tövsiyə olunur və qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Vuqar Soruşur Yazılma Tarixi:24.06.2014 15:46:49

Salam. Bilmək istəyirəm ki - hərbi qulluğa yararsız olan yoldaşlar lazım olan xidmətin formasına girəndə, olarda nə yazılmalıdır hissə nömrəsinin əvəzində?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununda hərbi xidmətə yararsız hesab olunan şəxslərin hər hansı Qoşun növündə xidmətə daxil olması nəzərdə tutulmamışdır. Həmin şəxslərin hərbi biletlərində "hərbi xidmət keçməyib" qeydləri aparılır və ehtiyata keçirilməsinin səbəbləri göstərilir.
Elşad Soruşur Yazılma Tarixi:24.06.2014 14:26:19

Ali hərbi təhsili olmayan ali təhsilli çağırışçıların zabit kimi həqiqi hərbi xidmət etməsi Azərbaycan Respublikası Qanunvericiliyinə uyğundurmu? Əgər uyğundursa bu hansı qanunla müəyyən olunur? Zəhmət olmasa sualıma ətraflı cavab verərdiz.

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Cavid Soruşur Yazılma Tarixi:24.06.2014 12:15:07

DOSTUMUN ATASI ANASI ELILDI O HARA DUSE BILER?

Qedy etdiyiniz məsələ ilə bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununda heç bir müddəa nəzərdə tutulmamışdır.\nBildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinə (başqa övladı olmayan I qrup əlil olan ata yaxud ana) əsasən ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Cədvəldə sətir sayı :14897