Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
tural Soruşur Yazılma Tarixi:24.06.2014 11:26:35

salam mən bakı dövlət universitetinin məzunuyam. əsgərliyə gedəndə orduda qalamq istəyirəm.leytenant rütbəsi almaq üçün..bunun üçün neynəməliyəm. nə imtahanı verməliyəm

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Ibrahim Soruşur Yazılma Tarixi:24.06.2014 10:02:28

salam.menim xesteliyimle elaqedar olaraq (astma xesteliyi) Baki seheri agciyer xestelikleri institutuna gonderildim ve tibbi yoxlanisdan kecdim ve mene bu dianqnoz qoyuldu.DIAQNOZ: Bronxial astma hissevi nezaret edilen qeyri-stabil remissiya merhelesinde.Ve indi meni avqust ayinda herbi qosbitala gonderecekler.Indi oyrenmek isteyirem ki,herbi qosbitalda yeniden yoxlaniwdan kececeyemmi? ve yuxarida qeyd elediyim diaqnozun neticesi ne olacaq?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Pasha Soruşur Yazılma Tarixi:24.06.2014 09:17:10

salam.Olar ki men ayin 4-u yox 5-i gediM ? ;)

Bildiririk ki, Siz, fərdi çağırış vərəqəsində göstərilən taricdə qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsində olmağınız tövsiyə olunur və qanunvericiliyin tələblərinə uyöun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Matlab Soruşur Yazılma Tarixi:24.06.2014 06:01:28

Salam online hara dusduyune esgerlikde usaqlar baxir men baxa bilmirem neden Naxcivanin adi yoxdur bolmeler arasinda ?

Naxçıvan MR-da qeydiyyatda olan çağırış yaşlı vətəndaşlar həqiqi hərbi xidmət keçmək üçün Naxçıvan MR-nın ərazisində yerləşən hərbi hissələrə təyin olunurlar.
Yalcin Soruşur Yazılma Tarixi:23.06.2014 22:01:32

Salamlar. hara dusmeyimiz barede melumati bildim ayin 30-da bilinecek. Bes bilmek istyirem men herbi yola duseceyim gunu nece bile bilerem ki, ayin necesi gedecem. O barede melumat versez yaxsi olar. Birde men kollecde oxuyuram axrinci Dovlet imtahanim iyul ayinin 3-u du. yeqin ki mohlet vererler da ayin 3-de imtahani vermeyimize.

Bildiririk ki, Siz, fərdi çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsində olmağınız tövsiyə olunur və qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Elnur Soruşur Yazılma Tarixi:23.06.2014 20:25:07

salam zehmet olmasa deyerdizde hansi herbi hiseye duwmuwem Elnur Muqbilov Mirze oglu

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
isi Soruşur Yazılma Tarixi:23.06.2014 19:25:46

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları hansi sms nomresine sms gondermek olar???

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Niyazi Soruşur Yazılma Tarixi:23.06.2014 18:25:07

Göz İnstitutunun rəyinə əsasən hərbi xidmətdən möhlət hüququ almış şəxs hərbi bilet almaq üçün əlavə müayinəyə göndərilirmi yoxsa bu yeterli hesab olunmalidirmi?

Vətəndaşlara sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət verilməsinin və ya çağırışdan azad edilməsinin əsaslılığı yoxlanılması məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarə, şöbə və ya bölməsinin hərbi-həkim komissiyasının qərarlarına Xidmətin Mərkəzi Hərbi-Həkim Komissyası tərəfindən nəzarət qaydasında baxılır.
Elton Soruşur Yazılma Tarixi:23.06.2014 18:15:33

xahis edirem deyesiniz 40 yasdan sonra zabit kimi SQ-in terkibinde xidmet etmek olar?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən, hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər bağlaşma əsasında zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil ola bilərlər:\nQanunun 39-cu maddəsinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddi zabitlər üçün aşağıdakı kimi müəyyənləşdirilmişdir:\n- kiçik zabitlər üçün - 48 yaş;\n- baş zabitlər üçün:\n- mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş;\n- polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün - 53 yaş;\nSiz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Rəşad Soruşur Yazılma Tarixi:23.06.2014 18:09:10

meni iyulun 2 ne esger caxriblar gedebeyden 1996 06 01 anadan oldugum gun hara dusduyum baxa bilmirem burda onu nece bilmek olar siz komeklik eliyesiniz

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14897