Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Zakir Soruşur Yazılma Tarixi:19.06.2014 17:48:39

Salam menim bir oglum herbi xidmetdedir boyuk oglumsa ali tehsili bitirib iyul ayinda cagirlib xidmete bilmek isterdim iyul ayindaki cagirlan oglum o birinin xidmet etdiyi herbi hisseye duse bilermi?

Bildiririk ki, qardaşlar eyni vaxtda və eyni çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə çağırılırlarsa, onlar bir qayda olaraq hərbi xidmət keçmək üçün bir hərbi hissəyə göndərilirlər.\nNəzərə alsaq ki, oğölunuz artıq meddətli həqiqi hərbi xidmət qulluqçusudur, ona görə də Sizin böyük oğlunuzu həmin hərbi hissəyə göndərilməyi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Vusal Soruşur Yazılma Tarixi:19.06.2014 15:14:09

Salam. Men Rusiyada Tehsil aliram, mene iyunun 30 qeder mohlet verilib, amma diplomu iyulun 15-30 kimi vereceqler.yani Azerbaycana avqust ayi gelecem. neyse bir spravka getirmeliyem? xais edirem melumat veresiz. tesekkur eliyirem.

Siz, ali təhsil müəssisəsini bitirdikdən sonra çağırışdan möhlət hüququnu itirərək, iyul çağırışında ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.\nQeydiyyatd aolduöunuz yerli idarə, şöbə və ya bölmə tərəfindən iyul çağırışına cəlb edilməniz barədə verilmiş müvafiq sənədi ali təhsil müəssisəsinə təqdim edməlisiniz.
Ceyhun202 Soruşur Yazılma Tarixi:19.06.2014 12:10:27

Salam Mən Rusiya Federasiyasında təsil alıram bu il bitirmişəm hal hazırda diplomu gözlüyürəm və diplom təsdiq olunduğu üçün vaxt aparır deyə diplomu iyulun ortalırnda əlimə alacam və təsdiq etməy üçün müvafiq orqanlara təqdim etdiyim üçün iyul çağırışına çatdıra bilmirəm mən ola biler ki iyuldan sonda avqustun 1 -2 si ya iyulun sonunda xidmətə çağrılım ?

Bildiririk ki, Siz qeydiyyatda olduğunuz yerli idarə, şöbə və bölmə tərəfindən iyul çağırışına cəlb edilməniz barədə verilmiş müvafiq sənədi ali təhsil müəssisəsinə təqdim etməlisiniz və yul çağırışında ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
TEHRAN Soruşur Yazılma Tarixi:19.06.2014 11:20:44

salam elektron xidmetde hansi herbi hisseye dusmeyi ne vaxt yazacaq?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
gulcin Soruşur Yazılma Tarixi:19.06.2014 08:06:01

oglum iyul 23 de anadan olub cagiris ucun tibbi qeydiyyatdan kecdi lakin iyul ayinda esker aparilmayacaq urek problemi oldugu ucun.onun mualicesi ucun xarici pasport almaliyam 4 varaq lazimdir.herbi komissarliq onu bize vermelidir ya yox.

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün oğlunuz soyadını, adını, atasının adını, təvəllüdünü və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
elin Soruşur Yazılma Tarixi:19.06.2014 07:45:18

cagiriscilar teyin olunduqlari yeri niye bele gec bilmelidirler.?.bunun daha tez olan varianti yoxdur?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
SEYMUR Soruşur Yazılma Tarixi:19.06.2014 06:40:52

men hansi herbi hisseye dusmusem nece bilerem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Qabil Soruşur Yazılma Tarixi:19.06.2014 04:55:39

Salam. Mənim evladimin ayagında kəsgin rematizma var. Artıq rematiqastride cevrilib. Azərbaycanda müalicə edə bilmədilər. Türkiyədə müalicə etdirdim. Türkiyədə həkimlərin yazdıgı cədvələ əsasən 21 yaşa kimi hər 10 ay (iyul avqust istisna olmaqla) müalicə olunur. 21 yaşından sonra hematrikastrid ürəyə təsirini itirdikdən sonra mwayinedilir və müalicə dayandirilir. Həmin müddətə 21 yaşa qədər evladima hərbi xidmətdən möhlət almaq olarmı?????

Övladınız qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Seyyab Soruşur Yazılma Tarixi:19.06.2014 04:31:52

Mənim evladim ayaginda əyrilik var və ömürlük III qrup əlildir. Dövlət ona əlil kimi təqaüd (pensiya) verir. Belə oln halda hər 3 ildən bir Hərbi Komissarlıga getməliyəm?? Onsusda bu ayaq bitişəsi deyil. Mənim hər 3 ildən bir getməyim mütləqdir??? Və hansi qanunla tənzimlənir ???

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
Yalcin Soruşur Yazılma Tarixi:18.06.2014 21:37:01

Salam men kollecde (Texnikumda)(9-illik) bazadan qebul oldugum ucun menim herbiye getmeyimi tedris ilimi bitirdiyim vaxta qeder uzadilmisdi, hal-hazirda iyul ayinda herbi xidmete yola dusecem. Menim sualim ondan ibaretdi ki, menim Kollecde iyul ayinin 3 de sonuncu Dovlet imtahanim var bilmek isteyirem menim getdiyim gun texmini ayin necesine duser ? Birde bilmek isteyirem iyun ayinin 30 da elektron seifede bilmek mumkun olacag ?

Bildiririk ki, Siz, fərdi çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduöunuz idarə, şöbə və ya bölməsində olmağınız tövsiyə olunur.\nƏlavə olaraq qeyd edirik ki, çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14890