Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nicat Soruşur Yazılma Tarixi:18.06.2014 19:44:54

Salam meni voinkamatdan sabuncu bolnissasina ayaqimin yastipence olmasina gore rentgen muainesine gondermiwdiler..Orada cavab 2ayaqin 2sindede yastipence diqnozu cixdi.. Men esgerliye yararliyammi? Yararliyamsa men cox qaca bilmirem.. tez bir vaxtda ayaqimda dehwetli aqrilar olur.. bununla bagli ne edim?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı və təvəllüdünüz göstərilməlidir.
roya Soruşur Yazılma Tarixi:18.06.2014 19:06:04

bilmek isdeyirem ki hansi herbi hisseye dusmusem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Rəmzi Soruşur Yazılma Tarixi:18.06.2014 14:25:39

Salam. Mən ali təhsilliyəm və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işləmək arzusundayam. Bunun üçün ərizə və anketlə müraciət edəcəyimi bilirəm. Ancaq mən qəbul olunsam neçə ay kurs keçəcəyimi və hansı rütbədə işləyəcəyimi bilmək istəyirəm

Barənizdə ətraflı məlumat olmadığı üçün sualınızın cavablandırılması mümkün olmamışdır.
Qurban Soruşur Yazılma Tarixi:18.06.2014 09:22:13

salam.mən bilmək istərdim ailəli və 1 övladı olan çağırışçılara hər hansı bir güzəştlər var ya yox.

Qeyd etdiyiniz məsələ ilə bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azəebaycan Respublikası Qanununda heç bir müddəa nəzərdə tutulmamışdır.\nBildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azəebaycan Respublikası Qanununun 19.1.2-ci maddəsinə əsasən, 3 və daha çox uşağı olan çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilir.
Sərdar Soruşur Yazılma Tarixi:18.06.2014 08:03:52

Mən Məsimzadə Sərdar Rasim oğlu 01-07-2014 hərbi xidmətə çağırılmışam.Mən ali təhsilliyəm və leytinant kimi xidmət etmək üçün müraciət etmişəm,bu haqda mənə nə vaxt cavab verəcəylə?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Könül Bayramova Soruşur Yazılma Tarixi:18.06.2014 07:38:07

Mənim 2 övladım var 1 oğlan bir qız. Tək oğlan uşağı olduğu hansı hallar üçün nəzərə alınır? Təşəkkür edirəm.

Qeyd etdiyiniz məsələ ilə bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununda heç bir müddəa nəzərdə tutulmamışdır. Sizin oğlunuz mövcud qanunvericiliyə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqdır.
Malik Soruşur Yazılma Tarixi:18.06.2014 07:36:35

Salam. Mən 2014-cü il iyulun 2-si həqiqi hərbi xidmətə çağırılmışam. Ali təhsilimi bu il başa vurub magistraturaya qəbul olmuşam. Belə bir vəziyyətdə isə tam bir paradoks yaranıb. Əvvəla mən magistraturaya qəbulumu təsdiqləmək üçün universiteti bitirmək haqqında olan arayışı sənəd qəbulu komissiyasına təqdim etməliyəm. Bu arayışın verilməsi isə iyulun 2-sindən sonraya nəzərdə tutulub. Mən isə iyulun 2-sində hərbi xidmətə çağırılmışam. Belə vəziyyətdə neynəməliyəm?

Bildiririk ki, Siz fərdi çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsində olmağınız tpvsiyə olunur və qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.\nƏalvə olaraq qeyd edirik ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
VUSAL Soruşur Yazılma Tarixi:18.06.2014 06:59:02

salam xahis edrem benim bu sualmi cavablandirasiz.Men 02.07.2014 tarixinde Gedebey Rayonun Seferberlik ve Herbi Xidmete caxris menteqesinden herbiye cagriw vereqesi verlib men hal-hazirda iwleyrem menim herbi xidmetde oldugum dovurde menim is yermin donuzdurulmasina gore Seferberlik ve Herbi xidmete caxris menteqesinden arayiw verilmelidimi?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsi tərəfindən iyul çağırışına cəlb edilməniz barədə verilmiş müvafiq sənədi iş yerinə təqdim etməlisiniz.\nƏlavə olaraq bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası \nqanununun 50.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlara mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq iş (təhsil) yerindən orta əmək haqqının ən azı üç misli məbləğində müavinət ödənilir.
Ramil Soruşur Yazılma Tarixi:18.06.2014 05:06:43

Salam. Konullu erize yazib herbiye getmek mumkundurmu??

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:\n - Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla);\n - Gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabit istisna olmaqla)\n - Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər.\n Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hərbi xidmət keçmək istəyiniz barədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.\n
Rovsen Soruşur Yazılma Tarixi:17.06.2014 20:19:40

men bilmek isteyiremki hara dusmusem..harda xidmet aparacam

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14890