Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Tural Soruşur Yazılma Tarixi:15.06.2014 22:27:43

Salam-Aleykum... Sualım bundan ibarətdir ki, Hərbidə Namaz qılmağa,oruc tutmağa məhdudiyyə kimi qanun pozuntularına yol verilirmi?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur.
azer Soruşur Yazılma Tarixi:15.06.2014 19:50:52

salam meni vankamata cagirdilar gozum seif cidi sag gozum 100 % sol gozum musbet 8faiz men bimek isteyirem esger gedecem ya yox

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyindən və funksiyalarının pozulma dərəcəsindən asılı olaraq aparılır.\nSiz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Elvin Soruşur Yazılma Tarixi:15.06.2014 18:49:13

Salam eleykum,Men iyulun 2 de herbi xidmete yola dusecem,Hansi herbi hisseye dusduyumu nece oyrene bilerem,Mudafiye nazirliyinin saytindaki ad,soyad,ata adi ve s. istelinen yere lazim olan sekilde yazdim,lakin bele cagirisci tapilmadi yazildi,Sebebini bilmey isderdim.

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.\n
Simran Soruşur Yazılma Tarixi:15.06.2014 17:36:39

salam. menim qardasim ain 1 gelir ve meni ayin 1 ne cagiriblar. 1 hefde gec getsem olar?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
tural Soruşur Yazılma Tarixi:15.06.2014 17:07:21

salam men Fikretli Tural Vuqar oglu 10.07.1996 ci ilde Beyleqan rayonunda anadan olmusam ve 15.07.2014 cu il tarixinde heqiqi herbi xitmete cagirilmisam .bilmek isteyirem ki hansi herbi hissede xitmet edecem ?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.\n
Roman Soruşur Yazılma Tarixi:15.06.2014 14:25:28

Salam,xaiw edirem sualimi cavablandirasiniz. Men 1993- cu il tevelludlu ve bu il universiteti bitirmiwem. Mene hal-hazirda iyul ayi ucun caqirish gelib,lakin men " xaricde tehsil dovlet proqrami " ile xarici olkelerin birinde magistratura pillesi uzre tehsil almaq istyrem,bunun ucun ise herbi xidmetden " mohlet vereqi" teleb olunur,bu mohlet huqunu nece ala bilerem? Ve qanunla bu mohlet verilmelidirmi? Cox sagolun!

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə möhlət verilir.
ilqar Soruşur Yazılma Tarixi:15.06.2014 09:10:02

Salam men Şuşa qeydiyyatindayam. Men bilmek isterdim hansi bolgelere düşmək ehtimalim daha coxdur? Ve bu DSX olmasi ehtimali ne qederdir?

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür.
Həsənli Elçin Vaqif Soruşur Yazılma Tarixi:14.06.2014 16:21:34

Ağstafa rayonundan herbi xidmətə getməliyəm, bilmək istəyirəm ki, hansı hərbi hissəyə düşmüşəm.

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.\n
Huseynli Zulfiyye Soruşur Yazılma Tarixi:14.06.2014 13:44:19

Salam zehmet olmasa sualimi cavablandirin.\nBezi internet portallarinda melumat var ki, bu il iyul ayindan ehtiyata buraxilmali olan eskerler oktuyabir ayina kimi artiq xidmetde qalacaqlar. Bu melumat ne derecede duzgundu? Heqiqeten elave xidmet olacaq?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş hərbi xidmət müddətlərini başa vurmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, hər il yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında ordu sıralarından tərxis olunurlar.
ilqar Soruşur Yazılma Tarixi:14.06.2014 12:25:16

salam , bedeninde tatoosu olanlar esgere aparilmir ?

Çağırışçıların mənəvi-psixoloji durumu norma daxilində olduğu halda, onlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Cədvəldə sətir sayı :14897