Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elşad Soruşur Yazılma Tarixi:10.06.2014 11:56:33

SALAM MƏNİM GÖZLƏRİMİN GÖRMƏ QABİLİYYƏTİ SOL GÖZ -3 SAĞ GÖZ -7 DİR BELE OLDUGU HALDA MEN HERBİ XİDMETE YARARLI SAYILIRAM?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 34-cü maddəsinin I qrafasının tələblərinə əsasən hər hansı gözün meridianlardan birinə 6,0 DPTR-dən artıq və 8,0 DPTR-ə qədər yaxın görməsi olan çağırışçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Emil Kazimov Soruşur Yazılma Tarixi:10.06.2014 09:48:21

Salam, valideynlərdən biri (atası) vəfat etmiş, digər valideyni isə (anası) şəkərli diabet və onkoloji xəstə olan, bacısı və qardaşı olmayan çağırışçının hərbi xidmətə çağırışla və xidmətlə bağlı olaraq nə kimi hüquqları vardır? O cümlədən bu tipli çağırışçılar yaşadığı yerə yaxın hərbi hissədə xidmət edə bilərmi? Bu tipli çağırışçılar ön xətdə yəni düşmənlə bilavasitə təmas şəraitində xidmətdən azaddırlarmı? \nBundan əlavə hərbi həkim komissiyasının rəyi ilə razı olmadıqda çağırışçının nə kimi hüquqları var?

Qeyd etdiyiniz məsələ ilə bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində heç bir müddəa nəzərdə tutulmamışdır.\nƏlavə olaraq bildiririk ki, həmin Qanunun 14.3-cü maddəsinə əsasən rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi Hərbi Həkim Komissiyasına və ya məhkəməy müraciət etmək hüququ vardır.
Elcan Soruşur Yazılma Tarixi:10.06.2014 09:46:40

salam men 3 iyul 2014 cagiriscisiyam.ali tehsilliyem.menim dovlet imtahanim iyul ayinin 4-dur.men ne sened teqdim etmeliyem bu barede.ve birde zehmet olmasa bu sualimi da cavablandirardiz men herbi xidmette leytinant kimi xidmet etmek isteyirem yeni ali tehsillilerin bu imkani var men bunun ucun ne etmeliyem? onceden tesekkur edirem

Oxuduğunuz təhsil müəssisəsindən dövlət imtahanının keçiriləcəyi tarix göstərilməklə müvafiq arayışı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etməlisiniz.\nBildiririk ki, yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Ceyhun Soruşur Yazılma Tarixi:10.06.2014 08:52:50

salam mənim cağiriş vərəqəmdə ayin necəsi getməyim yazilmayib sadəcə 07-2014 yazilib..neçəsi getməliyəm?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Şahin Soruşur Yazılma Tarixi:10.06.2014 07:25:32

Mənim oğlum İsmayılov Vüqar Şahın oğlu hərbi çağrışçıdır.Lakin görmə qabiliyyəti qüsurludur həkim -2 eynək taxmağı məsləhət görüb.Görmə qüsüru olan əsgərlərə hansı güzəştlər verilir?

Çağırışçların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyindən və funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır.\nSiz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəks, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Ramazan Soruşur Yazılma Tarixi:09.06.2014 16:55:26

salam, mende Hepatit B virusu var oyrenmek isteyirdim men herbi xidmete yararli sayiliram ya yox?

Xəstəliklərin dərəcəsindən, yayılmasından, yaratdığı fəsadlardan, orqanların funksiyalarının pozulmasından və davamlığından asılı olaraq çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən şəhadətləndirilirlər.
Qurbanli Nurlan Soruşur Yazılma Tarixi:09.06.2014 16:26:49

salam men Qurbanli Nurlan Tevveludum 26.02.1996 di di mene cagiris gelib ayin 02.07.2014 du bineqedi vayyeni kamantindan bilmey istiyirem hara dusmussem? xaiw zeng elyib diyersizde buda nomrem 051-539-20-68

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Azər Soruşur Yazılma Tarixi:09.06.2014 12:17:22

Salam bağışlayın bir daha narahat edirəm. Mən universitetle bağlı sual soruşmuşdum ki, eyer unıversiteti 4 ile bitire bilmesem kesirlerim olsa, mene 1 ilde möhlet verilir yoxsa nece?\nsiz yazmısınız təqvim hesabı iyle 1 il.Burda təqvim hesabı dediyiniz yeni 4 il onnan artıq ola bilmez?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə möhlət verilir.
tural Soruşur Yazılma Tarixi:09.06.2014 09:40:02

men herbide qalmaq istrem duwduyum yerden asiliq varmi qalib iwmelemek istrem bide 30 iyunnan tez orgenmek olmur hara duwduymuzu

Bildiririk ki, təyin olunduğunuz hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.06.2014-cü il tarixdən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərsiniz.\nQeyd etdiyiniz digər məsələ ilə bağlı xidmət keçəcəyiniz hərbi hissənin komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
aygun Soruşur Yazılma Tarixi:08.06.2014 06:55:28

cox xahis edirem suallma cavab yazaslz.menim bir ovladlm var.yoldaslmla ayrllmlslq.ozum xesteyem.kirayede yasaylram.basqa bir yerden gelirim yoxdur.bilmek isteyiremki menim ogluma mohlet huququ verile biler ve umumiyyetle kimlere mohlet huququ verilir?

Qeyd etdiyiniz məsələ ilə bağlı "Hərbi vəzifə və hərbi ximdət haqqında" Azərbaycan Respublikası Qanununda heç bir müddəa nəzərdə tutulmamışdır. Sizin oğlunuz mövcud qanunvericiliyə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqdır.\nBildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinə (başqa övladı olmayan I qrup əlil olan ata yaxud ana) əsasən ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Cədvəldə sətir sayı :14897