Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Cavid Soruşur Yazılma Tarixi:05.06.2014 17:16:07

SALAM MEN IYULUN 2I ESGER GEDIREM..ISTIYIREM XUSUSI TEYINATLI QUVVELERDE XIDMET EDIM.AMA IDMANDAN DERECEM YOXDU..MENI XUSUSI TEYINATLIYA GOTURERLER GORESEN?EVVELCEDEN TESEKKURLER

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür.
Emil Soruşur Yazılma Tarixi:05.06.2014 16:35:28

Salam,mən bilmək istəyirəm ki,əgər məni 03.07ş2014-cü ildə çağırıblarsa,mən 1 həftə gec gedə bilərəmm mi?Əvvəlcədən təşəkkür edirəm

Bildiririk ki, fərdi çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduöunuz idarə, şöbə və ya bölmədə olmağınız tövsiyə olunur.
Esqin Soruşur Yazılma Tarixi:05.06.2014 14:25:42

Salam Men hara duwduyumu orgenmek isdeyirem nece orgene bilerem Huseyinov Huseyin Evez oglu 1996 ci ilde anadan olmuwam cagiriw vereqemde bu tarixe yazilib 03_07_2014 Men indi hansi terefe ve hara duwduyumu bilmek isdeyirem.

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Amid Əliyev Soruşur Yazılma Tarixi:05.06.2014 12:50:43

Salam. Bilmək istəyirəm ki, Sizin xidmətin vasitəsilə Xətai rayonunda sürücülük vəsiqəsinin alınmasını reallaşdırmaq olar? əgər olarsa, ünvanı və əlaqə vasitələrini qeyd edərdiniz.

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 54 ünvanında yerləşən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin Xətai rayon filialına müraciət edə bilərsiniz.
Mirelem Soruşur Yazılma Tarixi:05.06.2014 12:28:57

mene iyulun 12si cagris gelib men nece oyrene bilerem hara dusmusem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Vusal Mikayilov Soruşur Yazılma Tarixi:05.06.2014 08:52:03

Salam.Men iyul ayinin 2sine herbi xitmete cagirilmisam. Men cebhe bolgesine getmek isteyirem konullu olaraq. Bunun ucun ne etmeliyem?

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür.
huseyn Soruşur Yazılma Tarixi:05.06.2014 08:23:10

men nebizade huseyn rizvan oglu 04.07.1995 tevelludluyem.03.07.2014tarixinde herbi qulluga cagrilmiwam.yevlax seher hezi aslanov 83 de prapskadayam.harda xidmet edeceyimi oyrenmek isteyerdim

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Malik Soruşur Yazılma Tarixi:05.06.2014 06:39:18

Salam. mən ali təhsilimi bu il başa vururam. 1-ci kursda ali məktəbdə oxumağım haqda arayışı qeydiyyatda olduğum çağırış məntəqəsinə təqdim etmişəm. Amma hərbi xidmət öncəsi baxışdan keçərkən mənə bildirildi ki, mən ali məktəbdə oxumağım haqda olan arayışı təqdim etməmişəm və buna görə 1 il 6 ay xidmət etməli olduğum deyildi. Bu nə dərəcədə düzgündü və mən neynəməliyəm?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər.\nBildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə, onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Orxan Soruşur Yazılma Tarixi:05.06.2014 03:57:19

Salam,\n\nMən bilmək istərdimki, hal hazırda xarici ölkədə oxuyan tələbəyə Azərbaycana qayıdıb hərbi baxışdan keçmək vacibdirmi. Təhsillə bağlı Azərbaycana qayıtmaq mümkün olmadığından nə etmək lazımdır? İkinci sualım təhsilini davam etdirən tələbələrə təhsilini başa vurana qədər möhlət verilirmi?

Xarici ölkədə təhsil alan tələbə ali təhsil müəssisəsini bitirdikdən sonra çağırışdan möhlət hüququnu itirərək, ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb olunaraq barəsində hər hansı qərar qəbul edildikdən sonra əlavə olaraq məlumatlandırılacaqdır.\nBildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləssində (bakalavriat); tibb təhsil üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara təhsilini bitirənədək yalnız bir dəfə möhlər verilir.
Elcin Soruşur Yazılma Tarixi:04.06.2014 20:19:18

salam men iyulun 3-u cagiriwima gore esger gedirem menim atam veteran-dir bunun neyese komekliyi var ya yox bilmek isdediyim budur

Qeyd etdiyiniz məsələ ilə bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununda heç bir müddəa nəzərdə tutulmamışdır. Siz mövcud qanunvericiliyə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb ediləcəksiniz.
Cədvəldə sətir sayı :14897