Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Fuad Soruşur Yazılma Tarixi:03.06.2014 13:29:21

Yazıb sizdən xahiş edirəm ki,şəhidlərimiz bölməsində Ağdam rayonundan olan Hacıyev Vaqif Qubad oğlu yazısı səhv verilmişdir.Xahiş edirəm səhvinizi düzəldin və əslndə olmalıdır-Nağıyev Vaqif Qubad oğlu. Doğum tarixi-12.03.1973 \nƏvvəlcədən təşəkkürlər

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsində "Şəhid" kimi qeydiyyatda keçən Nağıyev Vaqif Qubad oğlu barədə verdiyiniz məlumatlar dəqiqləşdirildikdən sonra Xidmətin saytında yerləşdirilmişdir.
kubra Soruşur Yazılma Tarixi:03.06.2014 13:29:02

SALAM MƏNİM 19 YAŞIM VAR ÖZÜM HƏRBİDƏ OXUMAQ VƏ İŞLƏMƏK İSDİYİRƏM XAİŞ EDİRƏM MƏNƏ KÖMƏK EDƏSİZ

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:\n - Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla); habelə 19 yaşından 40 yaşınadək qadınlar;\n - Gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə - ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabit istisna olmaqla); habelə 19 yaşından 40 yaşınadək qadınlar;\nBu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz. \n
Tural Soruşur Yazılma Tarixi:03.06.2014 12:22:40

Men herbi ucota durmag istiyirem...1997 ci il tevelluduyem..bunun ucun hansi senedler lazimdi?

"Həbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 6.4-cü bəndinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:\n 1. doğumm haqqında arayış\n 2. ailə tərkibi haqqında arayış\n 3. Təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün)\n 4. Təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və iş yerindən arayış\n 5. Tərcümyi-hal\n 6. 6 ədəd şəkil 3x4 ölçüdə
Nizami Soruşur Yazılma Tarixi:03.06.2014 11:33:36

salam men 2009-cu il oktyabır ayında hərbi xidmətə getmisəm. 2011-ci ilin aprel ayında təxris olmusam. Yenidən müddətdən artıq hərbi xidmət qulluqcusu olmaq istəyirəm. Bunun ucun mənə hansi sənədlər lazımdır bilmək isəyirəm.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:\n - Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla);\n Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz haıda, hərbi xidmətə qayıtmaq üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Vuqar Soruşur Yazılma Tarixi:03.06.2014 10:34:02

mene caqiris vereqesi gelmiyib hele de, kime ve hara muraciyyet elemeliyem ?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Ramin Alizadeh Soruşur Yazılma Tarixi:02.06.2014 18:39:35

Salam,\nİlkin hərbi qeydiyyat və vəsiqə alınma haqqında məlumat təqdim etməyinizi xahiş edirəm. Hansı yaşına çatanda ilkin qeydiyyat olunur, harada, tələb olunan sənədlər və sayra.\nÇox Sağolun.

"Həbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 6.4-cü bəndinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:\n 1. doğumm haqqında arayış\n 2. ailə tərkibi haqqında arayış\n 3. Təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün)\n 4. Təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və iş yerindən arayış\n 5. Tərcümyi-hal\n 6. 6 ədəd şəkil 3x4 ölçüdə\nƏlavə olaraq bildiririk ki, həmin Qanunun 6.1-ci maddəsinə əsasən, hər il yanvar-mart ayları ərzində 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.
Nizami Soruşur Yazılma Tarixi:02.06.2014 17:47:38

salam men 2009-cu ilde herbi xidmetde olmusam 2011-ci ilde texris olunmusam.Yeniden herbi xidmete geri qayidmaq ucun mene hansi senedler lazimdir ve hara muraciet edim.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:\n - Müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla);\n Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz haıda, hərbi xidmətə qayıtmaq üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Müşfiq Soruşur Yazılma Tarixi:02.06.2014 17:20:32

Salam. mən ehtiyyatda olan zabitəm,işlə bağlı sizə yazılı və elektron varyantda müraciyyət etmişəm. Xahiş edirəm mənə bu barədə məlumat verə bilərsinizmi?

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazirliği İdarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir.\n
Əsgərli Ozal Soruşur Yazılma Tarixi:02.06.2014 10:38:09

Salam. Her iki gozumde (-3 faiz) zeiflik var. Herbi xidmete bu seraitde herbi xitmete yararsiz sayiliram? Onwceden tesekkurler . . .

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbişəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyindən və funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır.\nSiz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Royal Soruşur Yazılma Tarixi:02.06.2014 08:09:56

Men Memmedov Royal iyul ayinin 3 esger gedirem . hara dusduyumu bilmek isteyirem.mumkundur?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14890