Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Efqan Soruşur Yazılma Tarixi:02.06.2014 05:37:04

Salam eloykum. Men iyul ayında inşallah əsgərə gedirəm. Mənim sualım əsgərlikdə namaz qılmağın mümkünlüyü haqqında soruşmaq istəyirəm. Mən əsgərlikdə namazı tərgimək istəmirəm namazı necə dəvam etdirə bilərəm. Ən azından namaz qılmaq üçün 5-7 dəqiqə bəs edər.

Sizin müraciıtinizdə göstərdiyiniz məsələnin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmadığı üçün gələcəkdə müddətli həqiqi hərbi xidmət keçəcəyiniz hərbi hissə komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
elsen muradli Soruşur Yazılma Tarixi:01.06.2014 13:00:51

salam. men herbi xidmete cagirilmisam. hara dusduyumu hardan oyrene bilerem?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Azər Soruşur Yazılma Tarixi:31.05.2014 18:34:55

Salam.Men hal hazırda universitetde oxuyuram.Bilmək istəyirdim mən eyer universiteti 4 ile bitire bilmesem kəsirlərə görə men 1 il 6 ay əsgər getməliyəm.Yoxsa mənə möhlət verilirmi yenə?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər.\nBildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə, onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Eytibar Soruşur Yazılma Tarixi:31.05.2014 11:20:27

Mənim oğlumun hansi hərbihissəyəduşməsi barədə məlumat almaq istəyirəm . Oğlumun adı Turan ,soyadı Nağılı cağırıldlğı idarə Suraxanı rayonu

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Elbey Soruşur Yazılma Tarixi:30.05.2014 21:34:35

Salam men elbey ... men Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinde ise qebul olmaq isteyirem .. xahis edirem mene komek eleyin ..

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar özünüz barədə ətraflı məlumat verilməklə, ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.\nƏrizə ilə müraciət etdikdən sonra namizədliyinizə baxıla bilər.
Bextiyar Soruşur Yazılma Tarixi:30.05.2014 18:37:51

Salam, men hosbitalda xesteliyimle bagli yoxlanisdan kecdim, ama cavablar gelmedi, getdim qeydiyyatda oldugum herbi komisarliga ordan dedilerki ozumuz xeber vereciyik, bilmek isterdimki herbi xidmete yararli olub olmadigimi nevaxt bilecem? ozum cebrayil ray... herbi komisarliqda qeydiyyatdayam

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adın və təvəllüdünüz göstərilməlidir.
Elnur Qurbanov Soruşur Yazılma Tarixi:30.05.2014 11:33:20

Salam mən Qurbanov Elnur Tofiq oğlu. Təvəllüd 25.11.1991. 2014-cü il yanvar ayında hərbi xidmətə çağırılmışam. Yoxlanışdan keçəndə məlum olduki mədə və 12 barmaq bağırsaqda xora xəstəliyi var. Daha sonra komisarlıq məni Bakı şəhəri 5 nömrəli xəstaxanaya göndərdi, oradada xəstəlik təsdiq olundu. Daha sonra City Hospitalda yoxlanışdan keçdim. Orada həm çəkim aşağı oldu, həmdə xəstələliyimə görə göndərilmişdim. İndi mənə məlum olurki indiyə qədər çəkimə görə saxlanılmışam. Komisarlıqdan dedilərki xəstəlik təsdiq olunmayıb. Lakin mən özümdə Mərkəzi Neftçilər xəstəxanasında müainə olunarkən mədəmdə və 12 barmaq bağırsağımda xora xəstəliyi tapılmışdı. Mənə maraqlı olan, heç məni City Hospitalda mədəmi yoxlamamış, xəstəliyimi heç sayıblar. Sadəcə 2-dənə 3-dənə həkim yanına girib çıxdım. Mənə məlum olmadı. İndidə zəng edinlərki Ucar rayon hərbi komisarlığındanki, xəstəliyin təsdiq olunmayıb.

Məlum olmuşdur ki, Siz, 2014-cü ilin yanvar çağırışına hazırlıqla əlaqədar Xidmətin Ucar rayon şöbəsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhəti ilə əlaqədar Bakı şəhəri 5 saylı Şəhər Kliniki Xəstəxanasına müayinəyə göndərilmisiniz.\nMüayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən 6 (altı) ay müddətinə "Hərbi xidmətə müvəqqəti yararsızdır" hesab edilmisiniz.
Nicat Soruşur Yazılma Tarixi:29.05.2014 15:12:53

Salam. Suraxanı rayonu vaynkamatına uçotdayam. Bu gün yoxlanışa getdikdə ayaqımda problem olduqunu dedim. İdman etdikdə, qaçdıqda ayaqımın altında ağrılar olur. Ay bundan əvvəl ayaqımın rentkenini çəkdirib 2ci dərəcəli düz olduqu diaqnoz qoymuşdular. Amma bu gün vainkamatda həkimlər mənim heç bir problemimin olmadıqını soyləyib məni yoxlanışa göndərmirlər. Bir sözlə başdan edirlər. Mən bununla bağlı hara şikayət edə bilərəm?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adın və təvəllüdünüz göstərilməlidir.
Mezahir Soruşur Yazılma Tarixi:29.05.2014 11:32:42

salam.menim atam Muradov Əflatun Məzahir.o.08.06.1992 ci il 708 saylı birqadada doyuse baslıyıb .ve 1992 ci - il.08.08. ay da eve texris olub eve buraxilib!texris olunannan bu günə qədər veteran knişkası ala bilmir niyə?dəfələrlə sorğuya göndərilib və sorğudan gələn cavablar həqiqətən döyüşdüyünü təsdiq edib !amma veteran knişkası verilmir xahiş edirik fikirlərinizi bildirəsiz öncədən təşəkkürlər

Bildiririk ki, müracitiniz əsasinda konkret araşdırmanın aparılması üçün atanızın təvəllüdü və hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış ürə Dövlət Xidmətinin yerli idarəsinin ( şöbəsinin, bölməsinin) adını bildirməyiniz vacibdir.
İlkin Soruşur Yazılma Tarixi:29.05.2014 09:13:49

Men hansi herbi hisseye dusduyumu oyrenmek istiyirem.Amma melumatlari yaziram ancaq herbi hissenin nomresi gosterilir nece baxa bilerem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14890