Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
kamran Soruşur Yazılma Tarixi:20.05.2014 09:21:26

salam men hara dushduyum hacan bilinecey?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Pərviz Soruşur Yazılma Tarixi:19.05.2014 18:29:34

Ğözun sağ tərəfi 6,sol tərəfi isə 4 dərəcə görmə qabiliyyəti olan,Çağırışçı hərbi xidmətə yararlı hesab olunur? Təşəkkürlər.

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyindən və funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır.\n Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Kanan Soruşur Yazılma Tarixi:19.05.2014 16:09:26

Salam. Mən xəstəxanalardakı və komissarlıq tibbi komissiyasından keçdim. \nHər şey normaldı.bir tək Uzi II dərəcəli qaraciyər piylənməsi yazıb deyə, məni komissarlıq yenidən başqa dövlət xəstəxanasına qaraciyər yoxlanmasına göndərir. Mən hərbi xidmətə getmək istəyirəm. Bu kiçik problemə görə məni əsgərlikdən saxlayacaqlarmı? Bu yenidən başqa xəstəxanada yoxlamanın məqsədi və nəticəsi nədir?

Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı" Xidmətin rayon (şəhər) idarəsinə (şöbə və ya bölməsinə) təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Şöhrət Soruşur Yazılma Tarixi:19.05.2014 10:48:49

Salam.Mən universitet tələbəsiyəm və bu il məzun olacağam.Artıq hərbi xidmətə çağırış vəsiqəsini də almışam.Bir neçə sualım var:Əgər hərbi xidməti Zabit kimi 1 il 6 ay xidmət eləsəm sonra xaricə gedə bilərəm,yəni təhsilimi xaricdə davam etdirmək istəyirəm,bu zaman mənə hər hansı məhdudiyyət qoyulmayacaq ki? Və birdə zabit kimi xidmət etmək üçün mən nə zaman və necə müraciyət etməliyəm? Xahiş edirəm cavablandırardınız.Təşəkkür edirəm!

Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının 1994-cü il 14 iyun tarixli 813 nömrəli Qanununun 1-ci maddəsinin3-cü bəndinə əsasən vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti çəhdudlaşdırıla bilər: "vətəndaş müəyyənləşdirilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək".
Behbud Soruşur Yazılma Tarixi:19.05.2014 10:14:54

Salam mən bilmək isdəyirəmki işə qebul imtahanları nə vaxt olacaq?

Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə dəvət olunmaları növbəli qaydada həyata keçirilir.\nMüsabiqəyə dəvət olunmağınız barədə Sizə əlavə məlumat veriləcəkdir.
Zahir Soruşur Yazılma Tarixi:19.05.2014 07:47:19

Salam .Bilmək istəyirəm 18 yaşının tamam olmasına 3 ay qalmış oğlan valideyinlərinin himayəsi ilə xarici ölkəyə gedə bilərmi?\nƏvvəlcədən təşəkkürlər.

"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının 1994-cü il 14 iyul tarixli 813 nömrəli Qanununun 1-ci maddəsinin 3-cü bəndinə əsasən vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: "vətəndaş müəyyənləşdirilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək.
Elnur Soruşur Yazılma Tarixi:18.05.2014 20:47:41

Salam, hər vaxtınız xeyir. Mən Ali təhsilliyəm. Və keçən ilin çağırışçısıyam. Evvel çəkim aşağı olduğudan 6 ay möhlət aldım. Daha sonra yanvar ayında çağırışda mədəmdə xora xəstəliyi tapıldı. Və 1-ci 5 nömrəli xəstəxanada, və daha sonra City Hospital-da yoxlanılışdan keçdim. Ama məsələnin nə yerdə qaldığını bilmədim, bilmək istərdimki mədə və 12 barmaq bağırsağın xora xəstəliyi olan çağırışçı hərbi xidmətə yaralı hesab edilir? Əvvəlcədən öz dərin təşəkkürlərimi bildirirəm.

Müraciətinizlə bağlımüvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Eldəniz Soruşur Yazılma Tarixi:18.05.2014 20:46:20

salam Qarabağ müharibəsi şəhit ailəsi və əlilləri üçün verilən ev vəya maşın üçün hara və hansı sənədlərlə müraciət etmək lazım

Bildiririk ki, şəhid ailələrinə, əlillərə ev və ya avtomobil Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Bu səbəbdən əlavə məlumat əldə etməniz üçün aidiyyəti üzrə müraciət etməlisiniz.
erik mikayilov Soruşur Yazılma Tarixi:18.05.2014 13:47:56

meni bilmek isterdimki men hara dusecem iyul ayinda esker gedecem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
xaliq Soruşur Yazılma Tarixi:17.05.2014 12:02:39

men komissiyadan kecdim od kisemde das askar oldu ve anadangelme sag boyreyim kicikdi hekim meni muayineye gonderdi vayonkamat meni cagirib muayineye gonderecek ve men esger gedecem ya yox

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Cədvəldə sətir sayı :14890