Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kamal Soruşur Yazılma Tarixi:16.05.2014 18:03:02

Sizə yazan universitetdən bu il məzun olacaq tələbə Quluzadə Kamaldır. Qrup yoldaşlarımdan bəzilərinə çağırış üçün müraciət olunsa da mənə hələ ki heç bir məlumat verilməyib. Sadəcə bilmək istərdim ki qeydiyyatda olduğum Lənkəran rayonuna gedib özüm müayinədən keçə bilərəm ya yox? \nTəşəkkürlər.

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
ibrahim Soruşur Yazılma Tarixi:16.05.2014 05:14:40

Salam Aleykum, Men aprel ayinda esger getmeli idim ders ile bagli iyul ayina saxladilar menim sayitda hansi herbi hisseye dusduyum bilinir, Cagiris Vereqesini aldim Iyul 1 ne bilmek isteyirem getdiyim herbi hisse deyi$ilecek?

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır. Siz təkrar şəhadətləndirildikdən sonra qanuna müvafiq qərar qəbul ediləcəkdir. Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
Kənan Soruşur Yazılma Tarixi:15.05.2014 20:53:41

Salam.Bu il universiteti bitirirəm. Məni bu ay tibbi yoxlanışa çağırıblar. Yoxlamadan sonra çox güman ki, 1 iyul çağırış günü təyin olacaq. 30 iyun tarixində hara düşəcəyim bəlli olunacaq mi?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Elçin Soruşur Yazılma Tarixi:15.05.2014 19:41:17

Salam. Mənim ayağımda yastı dabanlıq var. Həkim rentgenindən keçmişəm.Olçməyə əsasən bir ayağıma 22 digərinə isə 27 mm olduğunu bildirdilər. Mən yeriyəndə və ayaq üstə durduqda ayaqlarım ağrıyır. Mən bilmək istərdim ki bu halda hərbi xidmətə yararlı sayılırammı?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən II dərəcə yastıayaqlıqda: boylama içəri tağım bucağı 141-155 dərəcə, tağın hündürlüyü 24-17 mm olan çağırışçılar "Hərbi xidmətə yararlıdır. A-3" hesab edilirlər.
Şahlar Soruşur Yazılma Tarixi:15.05.2014 07:48:28

Salam. bir dəfə yazdım amma cavab gəlmədi. Mən işə qəbul olmaq istəyirəm. mənə izah edərdiz zəhmət olmasa hara və ya kimə müraciət etməliyəm.

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazirliği İdarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edildiyiniz təqdirdə Siz ixtisasınız üzrə Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət\netməyə şərtsiz hazır olmalısınız.
Cavid Soruşur Yazılma Tarixi:14.05.2014 16:25:47

salam men iyulda esger gedecem..mene ne vaxt cagiris gelecek?ve birdeki herbi komisiyadan ne vaxt kececeyik?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Elçin Soruşur Yazılma Tarixi:14.05.2014 15:57:35

Salam.Mən Azərbyacan Turizm İnstitutunun 4cü kurs tələbəsiyəm.Mən orduda zabit kimi qalmaq istəyirəm.Bunun üçün hara müraciət edə bilərəm və nə vaxt müraciət edim.Təşəkkürlər

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Fariz Soruşur Yazılma Tarixi:14.05.2014 07:17:39

Salam, men bilmek isdiyiremki herb biletde yazilib qulluq etmeyib siravi ve 2 ci esger bu ne demekdir zehmet olmasa deyerdiz

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən "dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı" hesab edilərək ehtiyata keçirilən (qulluq etməyən) vətəndaşlar hərbi vəzifəli sayılırlar və hərbi biletlə təmin olunurlar.\nBu kateqoriyadan olan hərbi vəzifəlilər müharibə dövrü üçün hərbi xidmətə məhdud yararlı hesab olunduqları üçün sıravi əsgər kimi səfərbərlik üzrə çağırışa cəlb oluna bilərlər.
YAŞAR Soruşur Yazılma Tarixi:13.05.2014 12:22:54

Salam.Mənim oğlum 11-ci sinifi qurtarıb Astara pedaqoji texnikoma qəbul olunub əyani oxuyur.08.05.1996-ci ildə anadan olub,bilmək istəyirəm ki,oğlum hərbi xidmətə getməlidir ya yox?.Əvvəlcədən təşşəkürümü bildirirəm.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.3-cü maddəsinə əsasən orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış (9 illik təhsil bazasından) 22 yaşınadək çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.\nSizin oğlunuz 2014-cü ilin iyul çağırışında qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcək.
ismet Soruşur Yazılma Tarixi:13.05.2014 12:03:09

salam men iyul ayinda esger gedirem hara dusduyumu bilmey isteyirem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14890