Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ruslan Soruşur Yazılma Tarixi:05.05.2014 13:57:38

İyulda əsgər gedirem. ne vaxt ve harada hərbi həkim komissiyasından kecəcəm? Xatai propiskayam.

Bildiririk ki, Siz, fərdi çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduöunuz idarə, şöbə və ya bölməsində olmalısınız və oyul çağırışı zamanı ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb edilərək, barənizdə qanunvericiliyə müvafiq qərar qəbul ediləcəkdir.
fuad Soruşur Yazılma Tarixi:05.05.2014 09:54:26

salam men oyrenmek istiyirem ki universiteti bitirdikden sonra zabit kimi qulluq etmek ucun 1 il esgerlikde olmalisan yoxsa 40 gunden sonra TTM-de kurs kecmelisen

Bildiririk ki, yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabir hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Kənan Soruşur Yazılma Tarixi:04.05.2014 11:18:07

Salam. Mən bu il iyun ay;nda dövlət imtahanı verib universiteti bitirirəm. Əgər dövlət imtahanı uğursuz olsa, əsgərliyə orta təhsilli kimi 1 il 6 aylıq çağırılıram mı? və May ayında bizi rayon üzrə səfərbərlik idarəsinə çağırılma səbəbi nədir. Hara düşdüyümüz nə vaxt bilinir?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 (bir) il müddətli həqiqi hərbi xidmət keçirlər.\nBildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə, onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.\nÇağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərsiniz.
Aynur Soruşur Yazılma Tarixi:04.05.2014 07:33:39

Mən Baki Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm.8 ildir tarix müəlliməsi işləyirəm.Sualim odur ki,Səfərbərlik və Hərbi xidmətə çağiriş üzrə dövlət xidmətinin mərkəzi aparatina işə qəbul olunabilərəm?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbul olunmaq üçün ərizə ilə müraciət etmiş vətəndaşlar test müsabiqəsi və müsahibə mərhələlərində iştirak etdikdən sonra, həmin mərhələlərdə göstərdikləri nəticələrə əsasən xidmətə (işə) qəbul edilə bilərlər.
Tural Soruşur Yazılma Tarixi:02.05.2014 14:18:14

men universitetde oxuyuram ama nikadr leytinant getmek isteyirem, ne etmeliyem bunun ucun??

Bildiririk ki, yalnız Azərbaycan Respublikası MÜdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Samir Soruşur Yazılma Tarixi:02.05.2014 11:36:03

Salam. Men herbi xidmetde 17 ay 10 gun olmusam. Lakin sonrada hebs olunaraq 6 ay ceza cekme muessesinde olmusam. Herbi hisse komandanligi baremde 15.11.2013 cu il tarixde sexsi heyyetin siyahisindan cixaris haqqda emr vermisdir. Ozum 21.04.2012-10.09.2013 cagris illerinde cebhe xettinde n sayli herbi hissede olmusam. Lakin butun bunlardan sonra ne herbi bilet ala bilirem, ne de ki, onu evez eden muveqqeti sened. \nBilmek isteyirem, men herbi bilet verilmelidir? Onceden tesekkurlerimi bildirirem!

Bildiririk ki, Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan mərhum etməyə məhkum edilmiş şəxslər, onlar cəzanı çəkib qurtardıqları gündən 3 il keçdikdə məhkumluğu olmayan hesab edilirlər.\n"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.5-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada hərbi xidmət müddəti başa çatmamış və müddətli həqiqi hərbi xidmət dövründə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş müddətli həqiqi hərbi xidmət qulluqçuları (ağır və ya xüsusilə ağır cinayətlər istisna olmaqla) məhkumluöu ödənildikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırışın son yaş həddinə çatmamışlarsa və onlar hərbi xidmətə yararlı hesab olunurlarsa, müddətli həqiqi hərbi xidmətin çəkilməmiş hissəsini küçmək üçünn hərbi xidmətə çağırılırlar.\nBu səbəbdən də Siz, məhkumluğunuzun ödənilməsi üçün verilmiş möhlət hüququ başa çatdıqdan sonra müddətli həqiqi hərbi xidmətə cəlb ediləcəksiniz və barənizdə qanunvericiliyə müvafiq olaraq qərar qəbul ediləcəkdir.
Vaqif Soruşur Yazılma Tarixi:02.05.2014 08:55:33

Salam,mene deyilen melumata gore esger getmek ucun,esgerlikden elave hemin herbi xidmetlerinde oxumaq olar hem de ki,ozum sece bilirem hansisa herbi orqana ozum CV yazaraq hemin herbi orqanindan menimle elaqe saxlayirlar bu duzgun melumatdi?

Sizin, ünvanladığınız suala dəqiqi və dolğun cavab verilməsi üçün istəyiniz barədə ətraflı məlumatın verilməsi xahiş olunur.
Orxan Soruşur Yazılma Tarixi:01.05.2014 09:06:51

Men 17 yawim var gozlerim bir az zeifdir esger getmek isdeyirem nece edim ki mende esgerliye gedim ?(

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyindən və funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır.\nSiz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Azer Soruşur Yazılma Tarixi:01.05.2014 07:23:35

Salam. D kateqoriyasi verilibse 3ilden bir yene cagirisha ve yoxlanisha cagirirlar?

"Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız" sayılan vətəndaşların təkrar şəhadətləndirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Quliyev Talib Soruşur Yazılma Tarixi:30.04.2014 16:36:53

Salam Olarmiki Meni gelen atpirafka Salardiz Birde 12 ay gozlmeyimde Keskiler de Uwaq vaxti kesmisem isteyirem de eskerliyim Gecikim Isteyirem vaxtinda gedim menim yasimdakilar cixib gedir Amma men Qalmisam...

Bildiririk ki, 05.03.2014-cü il tarixdə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən "Yüngül ifadə olunmuşnevrosteniya, səthi özünükəsmələrlə" diaqnoza əsasən şəhadətləndirilmisiniz. Azərbaycan Respublikası nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 17 "d" maddəsi ilə "12 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız" hesab edilmisiniz.
Cədvəldə sətir sayı :14890