Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kenan Soruşur Yazılma Tarixi:30.04.2014 13:51:19

Salam.Men bu il pese mektebini bitirirem.Oktaybr ayinda 18yasim tamam olur.Turkiye universitetlerine sened vereceyem.Bilmek isterdim ki mene arayis teqdim etsem oxudugum haqda herbi xidmetden mohlet huququ verilir?

Sizin qəbul olduğunuz təhsil müəssisəsindən təhsilinizi başa vurma müddəti göstərilməklə verilən arayışı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinə təqdim edildikdə, Sizə çağırışdan möhlət veriləcəkdir.
ARAZ Soruşur Yazılma Tarixi:29.04.2014 18:59:23

Salam sizden xais edirem ki heddinnen artiq cox bineqedi rhk kecen ilde 2013-ci il oktyabr ayinda 2-nomreli xesde xanaya gondermisdiler amma mrne qoyunlan diaqnoza gore guya ruhi xesdelik diaqnozu qoyulubdu men bu diaqnoznan razilasmiram bu isin uzdune dusmeyinizi teleb edirem nolar men tezende kecmek isdeyirem tessekur edirem

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı və təvəllüdünüz göstərilməlidir.
Vusal Soruşur Yazılma Tarixi:29.04.2014 17:07:03

Salam asagida yazilan bu "MN" ne demekdi? "Nazirlik , xidmət və ya qoşun növü : MN"

Müdafiə Nazirliyi
Muradov Qismət Namik oğlu Soruşur Yazılma Tarixi:28.04.2014 13:11:21

Mən 2014-cü ilin çağırışısıyam.Bilmək istəyirəm ki,mən harda xidmət edəcəyəm

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatı şəxsi məlumatlarını daxil etməklə, 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Orxan isgenderov Soruşur Yazılma Tarixi:28.04.2014 05:40:37

salam 19 yasim var mektebi bitirmisem konulu herbi xidmete nece sekilde getmek olar

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Tale Soruşur Yazılma Tarixi:28.04.2014 04:26:07

Üzr istəyirəm əgər xəstəliyə görə hərbi xidmətə göndərilməyən və vaenni biletini almayan vətəndaş xarici pasport necə ala bilər.

Ümumvətəndaşlıq pasportun verilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətində olmadığı üçün aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.
Zərifə Soruşur Yazılma Tarixi:27.04.2014 15:45:43

Salam mən bilmək istərdim,nə kimi düzgündü menim oglumun ayin 30-u 18yaşı tamam olur. həmin günüdə hərbi xidmətə cagrıblar.cox sag olun.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 12.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşlar həqiqi hərbi xidmətə Azərbaycan Respublikasının Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.
Quliyev.Talib Soruşur Yazılma Tarixi:27.04.2014 12:43:04

Salam Qadasi Meni Indi Esker aparacaksiz Bu kesikler de Qadasi Uwaq vaxtinan kesimisem Allah haqi Deyirem Amma Esker getmek isteyirem Xahis edirem meni esker gonderin Hərbi-Həkim XAHIS EDIREM Meni Saglam Yazsin men esker isteyirem Qadam Birde Siz den Xahis Menim Tanisim MENIM SIRIMI BILEN INSAN Menen qabag size mesaj yazdi Xahis edirem onu bagislayin Onu Ince mene dedi SIZDEN UZUR Isteyirem Qadanizi Alim Meni Konul Getmek istesem Bes Gonderersiniz erze Yazsam men qadanizi Alim Sizdeen yene deyirem uzur isteyirem O Dostumun Yazdigi sozlere gore Allah xetrine Meni ESker gonderin ESKER GETMEK ISTEYIREM AXI MENI NIYE BASA DUSMURSUZ INDI 12 AY MEN GOZLEYIM ISTEYIREM GELEN ATPIRAFKA MENI GONDERIN nolar Allah rizasi ici Hərbi-Həkim xahis eidrem ki meni Saglam yazardi ki esker gedim Vallah Qollarimi Uwaq vaxtinda Kesimisem Uwaq vaxti Uwaqin Axli Ne olacak ki Men de Qanmami Seflik elemisem Indi BU Hereketime cox pesmanam bir de soz deyim qadaniz Alim Menim vecime deyilki Hara esker Aparacksi lap isteyir Serhete qoyun lap isteyirsiz Serhetden qiraga qoyun Serhet terefe qoysaz Yaxsi Olarki Gozum acilar her seyi orgenerem Yaxsi Qadaniz Alaram bir dene Menim Haqiim da Bir care Tapin nolar esker gonderin 12 ay gozleye bilmirem Ki menim yasimdakilar esker gedir Men esker getmirem Pisikirem Nolar meni de esker aparin Hara isteyirsiz gonderin cepe demirsiz hara isteyirsiz salin meni ora Nolar Qadanizi Alim meni esker aparin Birde Sizden Yene Xahis eidrem Ki mENIM DOstumu bagislayin Size Laqetsiz Sozler yazdi

Müraciətinizlə bağlı Sizə ətraflı cavab verilmişdir.
nuray Soruşur Yazılma Tarixi:26.04.2014 16:43:11

salam.men bilmek isterdim ishe qebul 2 merhele olub?musabiqe ve musahibe?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar test müsabiqəsi və müsahibə mərhələlərində iştirak edrilər.
Fuad Soruşur Yazılma Tarixi:26.04.2014 16:05:39

salam \nMən Universitet oxuduğum üçün mənə 2015 ci ilə qədər möhlət hüququ verilib universiteti bitirdikdən sonra magistr a qəbul ola bilərsəm yenə möhlət huququ verilirmi?yoxsa hərbi xidməti bitirdikdən sonra magistra davam etməliyəm

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
Cədvəldə sətir sayı :14890