Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
nicad Soruşur Yazılma Tarixi:15.10.2013 17:50:38

DSX.Milli Qvardiya.FHN burada herbi qulluq etmek ucun boy ne qeder olmalidir? onceden tesekkurler

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında" Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla bölünür.
cavad Soruşur Yazılma Tarixi:15.10.2013 16:20:31

bilmek isderem hara dusduyumu

Özünüz haqda məlumatları dəqiq,azərbaycan dilində Xidmətin saytının "Hərbi xidmət" bölümünün müvafiq xanalarına daxil edərək cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.\n
Aqşin Soruşur Yazılma Tarixi:14.10.2013 23:06:47

İyul prizivində adım çıxmadı və Cəlilabad şəhər hərbi komisarlığından dedilər ki, oktyabr da adınız çıxacaq.Yenə də çıxmayıb.Oktyabrda yenidən ikinci siyahı çıxacaqmı?\n\nAqşin Hüseyni Kamil oğlu, Cəlilabad şəhəri, 21.08.1991

Siz, 2013-cü ilin oktyabr çağırışı zamanı vaxtında tibbi şəhadətləndirilməyə gəlmədiyinizə görə, adınız müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə təyin olunacaq çağırışçıların adlı siyahına daxil edilməmişdir. Bildiririk ki, 2014-cü ilin yanvar çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə göndərilməniz barədə qanuna müvafiq qərar qəbul ediləcəkdir.
NADIR Soruşur Yazılma Tarixi:14.10.2013 21:04:34

MEN HACAN GEDECEM

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
Ramiz Abdullayev Nəcəf oğlu Soruşur Yazılma Tarixi:14.10.2013 19:10:37

Salam,mən Abdullayev Ramiz Nəcəf oğlu Sumqayit səhərində anadan olmusam Sumqayit səhərində qeydiyyatda olmusam və 9-cu sinifdə Sumqayit səhərində Hərbi Kommsiarliqdan hərbi qeydiyyatdan kecmisəm.18 yasim tamam olanda yasayis yerimi deyisdim Siyəzən səhərinə kecdim qeydiyyatimi ora kecirdilər səxsiyyət vəsiqəmi ordan aldim amma herbi komissarliqimi dəyismədim ve 10.10.2011-ci ildə Sumqayit hərbi komissarliqindan heqiqi herbi xidmetə cagirildim və 01.04.2013-ci ildə xidmətimi basa vurdum və Sumqayit səhərində ehtiyyatda durdum indi mən Siyəzən Herbi komsiiarliqina kecməliyəm ?Daim yasayis yerim Sumqayitdi sadece rayon qeydiyyatina kecmisem.

Hərbi vəzifəlilər yaşayış yerini 3 aydan cox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata durmalıdır.\n Hərbi vəzifəlilər yaşayış yerini dəyişərkən 10 gün müddətinə hərbi qeydiyyatda olduqları Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölmələrinə məlumat verməlidirlər.
Elxan Soruşur Yazılma Tarixi:14.10.2013 18:42:20

Mingecevir politexnik institunun 3-cu kurs telebesiyem.Men herbi xidmete leytenant kimi getmek isteyirem.bu haqda mene melumat vere bilersiz?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərdən Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kurusunda təhsil alması nəzərdə tutulmuşdur.
Nurlan Soruşur Yazılma Tarixi:14.10.2013 14:07:45

Men Agazada Nurlan Azerbaycan Resbulikasina herbi getmk isteyirem hara muraycet etmeliyem

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz idarə, şöbə və bölməyə müraciət etməyiniz tövsiyə olunur.
məmmədov Emin Soruşur Yazılma Tarixi:14.10.2013 13:38:16

sizdən bir xahis hal hazirda beyləqan korpus komandiri ayaz həsənovdur?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
aide Soruşur Yazılma Tarixi:14.10.2013 10:07:20

dayim oglu əsgərə gedib amma hara dusduyunu bilmirik herbi xidmət bolməsində yaziriq ammma gəlmir biz narax

Çağırışçı haqda məlumatları dəqiq,azərbaycan dilində Xidmətin saytının "Hərbi xidmət" bölümünün müvafiq xanalarına daxil edərək cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğu idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.\n
Sərxan Soruşur Yazılma Tarixi:14.10.2013 06:32:05

Silahli Quvvələrin Təlim və Tədris Mərkəzində leytenant hərbi rutbəsinə yiyələnmişəm.Mənim Səfərbərlik və Hərbi Xidmətə Çağriş Uzrə Dövlət Xidmətində işləmək imkanim var və necə muraciət edim?

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazirliği İdarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir.\n Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edildiyiniz təqdirdə Siz ixtisasınız üzrə Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalısınız.
Cədvəldə sətir sayı :13951