Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Könül Məmmədova Soruşur Yazılma Tarixi:14.04.2014 10:14:49

Salam. Mən atıcılıq kursları ilə maraqlanırdım. Onlara necə yazılmaq olar? Şərtlər nədir? Harada keçirilir. Təşəkkür edirəm.

Sizin sualınıza cavab olaraq bildiririk ki, vətəndaşlar arasında vətənpərvərlik işlərinin təbliği və onlarda hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətində idmanın hərbi-tətbiqi növləri üzrə bir sıra hazırlıq kursları, həmçinin qeyd etdiyiniz kurslar yeni formatda təşkil olunur. Kursun başlanması, keçirilməsi və qəbul qaydaları haqqında ətraflı məlumatları "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları 99 ünvanında yerləşən İcra Orqanından əldə edə bilərsiniz.
Emin Memmedli Soruşur Yazılma Tarixi:14.04.2014 09:23:03

Salam mən Daxili Qoşunlarda xidmət etmişəm.42 yaşım var öz xahişimlə 2012-ci ildə SQ-ehtiyata buraxılmşam.Qarabağ veteranıyam hal-hazırda təqaüd alıram.Əgər mənə AR SHXÇDX-də xidmət etmək nəsib olarsa mən təqaüdümü alarammı?\nXidmətə bərpa olunduqdan sonra xidmət illərinə görə və məharət dərəcəsinə görə faiz nece veriləcək? kirayə pulu verilirmi? gələcəkdə daimi yaşayış mənzili ilə təmin olunması məsələsi nece həll olunacaq?Xidmətə bərpa olunduqdan sonra ilk müqavilə neçə ildi?

Nəzərinizə çatdırırıq ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
kamran Soruşur Yazılma Tarixi:14.04.2014 08:31:27

yevlax rayonu salahlı kent sakini bayramlı kamran fexri oglu15.04.1996 hansı herbi hisseye dusduyumu bilmek isterdim

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümünə daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Seyidov İlqar Soruşur Yazılma Tarixi:13.04.2014 22:08:45

salam.əvəlcədən teşekkür edirəm\nAyağımln altı düzdur. 2 ci dərəcəlidir \nMən 4 kurs tələbəsiyəm 2 aya qurtarıram özümde tək övladam aparmaya bilərlərmi? Eks teqdirdə ozum konüllu gede bileremmi? Tək ovlad kimi guzəşt varmı? ön cebheye yoxsa arxa cəbhəyə düsmək ehtimalım var sizce?cavabınızı səbrsizliklə gözləyirəm

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.\nQeyd etdiyiniz məsələ ilə bağlı qanunvericilikdə heç bir müddəa nəzərdə tutulmamışdır.
samir Soruşur Yazılma Tarixi:12.04.2014 16:30:41

quba rayon barli kend sakini abdulov samir hezretqulu oglu 24.04.1996 hansi herbi hisseye dusduyumu bilmek isterdim

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümünə daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Kerim Soruşur Yazılma Tarixi:11.04.2014 19:42:47

Salam Menim Cagriwda Adim Var idi axtarirdim tapirdi indi ise tapmir nedendir o yermi deiweceyler yoxsa ne ?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Ramil Soruşur Yazılma Tarixi:11.04.2014 16:16:10

salam men ali tehsilli kimi Azerbaycan ordusunda Leytenat rutbesiynen xidmet ede bilerem. birdeki men Leytenat kimi xidmete baslamaq ucun men hansi normativleri vermeliyem. ozum Azerbaycan Texniki Universitetinin Radiotexnika ve Rabite fakultesinin xususilesdirilmis radiorabite ixtisasinda tehsil aliram. oz ixtisasima gore esgerlikde vezife verecekler mene???

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin ehtiyat zabit hazırlığı kusunda təhsil alması nəzərdə tutulmuşdur.
elcin Soruşur Yazılma Tarixi:11.04.2014 13:38:41

salam bilmek isdeyirem ki 14 b maddesi ne demekdi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 14-cü maddəsinin "b" bəndinə "Üzvi ruhi pozuntular: mülayim müşayiət olunan hallar, eləcədə xoş gedişli psixotik hallar" aiddir.
Namiq Soruşur Yazılma Tarixi:11.04.2014 12:17:40

Salam.Men Ağazadə Namiq Nadir oğlu,1996.01.29 tevellüdem.Lenkeran şəhərində qeydiyatdayam.30.01.2014 tarixində müdafiə nazirliyi tərəfindən yaradılmış Bakı şəhərində tibbi komisiyadan keçmişəm.O vaxtdan heç bir məlumat ala bilmirəm.Voyenkomatda deyirlər ki sənədlərin gəlməyib.Herbi xidmete gedib-getməyəcəyim barədə heç nə öyrənə bilmirəm.Ali məktəbə sənəd verəcəyimə görə bu məlumat mənim üçün çox vacibdir.Sizdən artıq dərəcədə xahiş edirəm ki bunu araşdırıb mənə dəqiq məlumat verəsiniz.Əvvəlcədən təşəkkür edirəm.

Müayinə nəticəsində müvafiq olaraq Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən qərar qəbul ediləcəkdir.\nSizin şəxsi işiniz Lənkəran rayon şöbəsinə təqdim edildikdən sonra hərbi xidmətə yararlı olub olmamağınız barədə məlumat ala bilərsiniz.
emin Soruşur Yazılma Tarixi:10.04.2014 23:57:42

Men DSX duwmuwem aprelde getmeliydim amma qaldim iyul-iyun ayina cunki heele imtahanim qalib men esger geden gene dsx da olacam yaxsa teze yer belli olacaq??

Çağırışçılar Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış digər silahlı birləşmələr arasında xüsusi kompyuter proqramı vasitəsilə bölünürlər.
Cədvəldə sətir sayı :14890