Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
aslanli nicat Soruşur Yazılma Tarixi:05.04.2014 05:29:41

aprelin 28 esger gedirem hara dusduyumu nece bilerem

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümünə daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Talib.Quliyev Soruşur Yazılma Tarixi:04.04.2014 20:39:51

Men Talib Quliyev Necef Oglu 06.12.1995 Doglumusam gence seheri den Amma Baki Seheri Bineqedi Rayonunda ucotdayam Xahis edirem Meni Esker Aparadiz Ozu De Qarabaga Xahis edirem Artiq Dereceden sizden..ve Menim cavabimi Agetime Gonderdiz X.treme.x@mail.ru Quliyev Talib Necef Oglu 06.12.1995

Siz qeydiyyatda olduğunuz idarə, şöbə və bölmənin çağırış komissiyası tərəfindən tam tibbi şəhadətləndirildikdən və öyrənildikdən sonra barənizdə qanunvericiliyə müvafiq olaraq qərar qəbul ediləcəkdir.
Faracov Soruşur Yazılma Tarixi:04.04.2014 19:44:01

MeN Ferecov Şamxal Qamxar oğlu (9 iyul 1995 Doğumluyam) 2013cü il oktiyabr ayinda Ağdam RHK da Sağlamliq komisiyasindan keçdim ve mene oktiyabrn 15ne Herbi xidmete YoLa düşmek üçün Çağiriş Vereqesi VerdiLer ve Men hemin tarixde herbi komisarliğa getdiyimde Siyahida adimin çixmadiğini dediler ve mene lazim olanda özlerinin zeng edeceylerini söylediler.... Neçe otbravkadi ki bir xeber yoxdu Ve Men Herbi xidmete ne zaman gedeceymi BiLmek isdeyirem..

Siz 2013-cü ilin oktyabr çağırışı zamanı hərbi-həkim komissiyasından keçərkən sol qolunuzda yanıqdan sonrakı çapıqları olduğu üçün əlavə tibbi müayinə olunmaq məqsədilə 01.10.2013-cü il tarixdə Ağdam Çərkəzi Rayon Xəstəxanasına göndərilmisiniz. Lakin sağlamlıq vəziyyətinin müayinə edilməsi aktını şöbəyə təqdim etmədiyiniz üçün barənizdə qərar qəbul edilməsi mümkün olmamışdır.\nSiz "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı"nı qısa müddət ərzində Xidmətin Ağdam rayon şöbəsinə təqdim etməlisiniz. Əks halda barənizdə qərar qəbul edlməsi üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir.
alizade nergiz Soruşur Yazılma Tarixi:04.04.2014 12:40:09

Salam.niye sehidlerimizin siyahisinda Yasamal rayonu yoxdu ?

Bildiririk ki, Yasamal rayon üzrə şəhidlərimiz barədə məlumatlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında Veteranlar və Şəhidlər bölümündə yerləşdirilmişdir.
uliyye Soruşur Yazılma Tarixi:04.04.2014 12:12:39

salam menim yoldasim 1987 22 fevralda yevlax seherinde dogulub biz onu 3 ilden bir saxliyirdiq ama indi bilmek isdeyirk hara dusur elektron bolmesinde cvb gelmir komek ederdizde zehmet olmasa

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün yoldaşınızın soyadını, adını, təvəllüdünü və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
Rzayev Namiq Soruşur Yazılma Tarixi:04.04.2014 12:03:02

Salam mən MN 212 saylı Hərbi hissəyə duşmuşəm aprelin 1 getdim Abşeron rayon Hərbi komisarlıgına dediler get özumuz zeng vuracayıq hələdə xəbər yoxdu bilmək istəyirəm nə vaxt gedəcəm.

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Quliyev Talib Soruşur Yazılma Tarixi:03.04.2014 17:31:03

Men Quliyev Talib Necef Oglu 06.12.1995 ci ilde anadan olmusam Ve Men 2014 Yanvari Esker Getmeliyem Appar Menim adim Eskerliye adim Hallamir Xahis edirem Nezere Alardiz Men esker gederdim 06.12.1995 Quliyev Talib Necef Oglu Genceseheri . PR.Baki Seh.Bineqededi Rayonu Prapiskatayam ...Nezere Alin

Siz qeydiyyatda olduğunuz idarə, şöbə və bölmənin çağırış komissiyası tərəfindən tam tibbi şəhadətləndirildikdən və öyrənildikdən sonra barənizdə qanunvericiliyə müvafiq olaraq qərar qəbul ediləcəkdir.
Logman Soruşur Yazılma Tarixi:03.04.2014 16:14:26

Kechen ilin mezunuyam.ali mektebe sened qebolunda TQDKherbi komisarliqdan mohlet huququ haqinda arayiw isteyir.herbi komisarliqdan bildirdilerki arayiwi komisya esasinda vereceyik.Lakin 18yawi olmayanlari komisyaya boraxa bilmerik.yeni arayiw vermedi.18yawim iyol ayinda tamamlanajaq.men bu haqda ne eleyim.?harasa murciet eleyim yoxsa bu haqda qerar qebol olunacaq?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.\nSiz qeydiyyatda olduöunuz idarə, şöbə və ya bölmənin çağırış komissiyası tərəfindən tibbi şəhadətləndirildikdən sonra barənizdə qanunvericiliyə müvafiq olaraq qərar qəbul ediləcəkdir.
Babazade Tural Soruşur Yazılma Tarixi:03.04.2014 11:40:23

aprelin 28 xidmete gedirem.bilmek isteyirem hara duwmuwem

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümünə daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Anar Soruşur Yazılma Tarixi:03.04.2014 09:11:55

Salam. vetendash 2007-2012 illerde RF-de universitet oxuyub ve 2012-ci il RF vetendashligi alibsa ve bu haqda Azerbeycan sefirliyine melumat verib. ve hal hazirda hemin universitetde aspirantura derecesinde tehsil alir. onu h/h xidmete chagirmaq olarmi?

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığınan xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Cədvəldə sətir sayı :14890