Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nəsirov Pünhan Soruşur Yazılma Tarixi:07.04.2014 19:23:14

Mən Nəsirov Pünhan Elşad oğlu 01/04/1995. ADDY peşə-litseyində oxuyuram 3-ci kurs tələbəsiyəm, Hərbi caqiriş gəlib 23/04/2014 il yalniz eşitdiyim məlumatlara görə bizi saxlayiblar iyul ayina bu düzdümü? əgər düzdürsə Mənim Universitetə sənəd verməyə vaxt verilir? Ali təhlsiə Gəbul imtahan iyuldadir. Tsklər cavablandirdiqiniz üçün...

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur. Siz qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmənin çağırış komissiyası tərəfindən tibbi şəhadətləndirildikdən və öyrənildikdən sonra barənizdə qanunvericiliyə müvafiq olaraq qərar qəbul ediləcəkdir.
araz Soruşur Yazılma Tarixi:07.04.2014 14:58:30

xəsdəliklər cədvəlinin 1-qrafasını 14b maddəsi nədəməkdi ve bu hansi xəsdəlik növüdü teşəkkür edirəm

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin I qrafasının 14-cü maddəsinin "b" bəndinə "Üzvi ruhi pozuntular: mülayim dərəcədə ifadə olunmuş astenik, affektiv, dissosiativ, koqnitiv, şəxsiyyət pozuntuları müşayiət olunan hallar, eləcədə xoş gedişli psixotik hallar" aiddir.
Nicat Soruşur Yazılma Tarixi:06.04.2014 20:59:19

Salam.Mən 1996- cı il iyulun 22 də anadan olmuşam. May ayının 11 də imtahan verəcəm.ixtisas seçimi avqust ayındadı. Mən 3 aylıq hərbi möhlət ala bilərəmmi?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
sabit Soruşur Yazılma Tarixi:06.04.2014 16:53:26

salam menim sol qolum 4 il bundan qabaq sinib ve eyri bitib.qolumda cerrahi izide var.normal qoldan ferqlenir birdeki qanimda pirsilyoz xesteliyi var az faizli mene deyirler ki seni esger aparmazlar bu halda mense bilmek isteyirem men herbi idmete yaraliyam ya yox

Xəstəliklərin dərəcəsindən, yayılmasından, yaratdığı fəsadlardan, orqanların funksiyalarının pozulmasından və davamlılığından asılı olaraq çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən şəhadətləndirilirlər.
CEMIL Soruşur Yazılma Tarixi:06.04.2014 13:36:35

Salam, men bilmek isteyirem ki, men herbi ucun yararsiz oldugum\nhalda konullu olaraq herbi xidmete gede bilere. Olumume imza atada bilerem.

Bildiririk ki, hərbi vəzifəlilər onlara verilmiş möhlət hüququ başa çatdıqda, növbəti təkrar tibbi müayinədən keçmək üçün hərbi biletdə qeyd olunan tarixdə qeydiyyatda olduqları idarə, şöbə və ya bölməyə şəxsən gəlməlidirlər.\nSiz qeydiyyatda olduöunuz idarə, şöbə və ya bölmənin çağırış komissiyası tərəfindən tam tibbi şəhadətləndirildikdən və öyrənildikdən sonra barənizdə qanunvericiliyə müvafiq olaraq qərar qəbul ediləcəkdir.
Rovshen Cebrayilov Soruşur Yazılma Tarixi:06.04.2014 08:43:30

Salam. Men 2 aprel 1987 ci ildə Şəki şəhərində anadan olmuşam, 2005 ci ildə ilk dəfə çağırış üçün Şəki hərbi komissarlığına çağırılmışam, həkim müayinəsi zamanı hərbi xidmətə yararsız olduğum üçün hərbi xidmətdən azad edilmişəm, 2008 ci ildə Şəki hərbi komisarlığında təkrar müayinədən keçmişəm, eyni nəticə ilə xidmətdən təkrarən azad edilmişəm. 2011 ci ildə Mirqasımov adina Respublika Klinik xəstəxanasında müayinədən keçmişəm, uşaq poliometinin əlamətlərinin qalıqları diaqnozu ilə hərbi xidmətə yararsız hesab olmuşam. 2014 ci ildə Komissarlığa komissiya üçün çağırılmışam, məni müayinə üçün təkrarən Mirqasımov adına Respublika klinik xəstəxanasına göndəriş almışam, işimlə əlaqəli Şəkidə xəstəxanada müayinə olmaq üçün göndəriş verilməsini xaiş etdim, bölmə rəisi razılaşmadı, Sizdən çox xaiş edirəm, mənim Şəkidə müayinədən keçməyimə köməklik edəsiniz.

Sizin nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasında tibbi şəhadətləndirilməniz üçün Şəki rayon şöbəsinə müvafiq göstəriş verilmişdir.\nMüayinənin nəticəsindən asılı olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə qərar qəbul ediləcəkdir.
Ruslan Soruşur Yazılma Tarixi:05.04.2014 17:56:04

Men Kelbecer rayon herbi komissarliginda qeydiyyatdayam ve hansi herbi hisseye dushduyumu bilmek isteyirem.Namazov Ruslan Rehim oglu,1995.08.05 Baki

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümünə daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
kamran Soruşur Yazılma Tarixi:05.04.2014 14:19:25

salam mene cagirs gelmiyib 19 yasim var bu ay gedmeliyem gedmey istirem amma adim cixmayib ne ede bilerem ????

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur. Siz qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmənin çağırış komissiyası tərəfindən tibbi şəhadətləndirildikdən və öyrənildikdən sonra barənizdə qanunvericiliyə müvafiq olaraq qərar qəbul ediləcəkdir.
Kenan Soruşur Yazılma Tarixi:05.04.2014 11:45:22

salam,magistratura pillesinde tehsil alan telebelerin xidmet muddeti nece aydir?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il müddətli həqiqi hərbi xidmət keçirlər.
seyidaga Soruşur Yazılma Tarixi:05.04.2014 09:01:07

herbi xidmete hara duwduyumu oyrenmek isteyirem.Birde ureyinde revmotizma, aritmia ve hipoksiya olan xestelerin herbi xidmete yararli olub olmadigini mueyyenlewdrmek, daha geniw etrafli melumat almaq isterdim.. minnetdaram

Xəstəliklərin dərəcəsindən, yayılmasından, yaratdığı fəsadlardan, orqanların funksiyalarının pozulmasından və davamlılığından asılı olaraq çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən şəhadətləndirilirlər.\nSiz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcəksiniz, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Cədvəldə sətir sayı :14890