Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
rauf Soruşur Yazılma Tarixi:05.11.2013 07:26:40

salam menim 32 yashim var1981 tevelludem men herbi xidmete qayitmaq isteyirem men komek edin men ne edim

Bildiririk ki, Siz ehtiyatda olan zabit olduğunuz halda Azərbaycan Respublikası Silahlı Qüvvələrində təkrar həqiqi hərbi xidmətə qəbul olunmağınız üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
BAHADIR Soruşur Yazılma Tarixi:04.11.2013 20:51:17

oktyabr ayindan herbi xidmete cagirilanlarin and icmesi ayin necesidir?

Qeyd etdiyiniz məsələ ilə bağlı əsgərin xidmət etdiyi hərbi hissəyə müraciət etməyiniz tövsiyə olunur.
İbrahim Soruşur Yazılma Tarixi:04.11.2013 07:30:07

Salam mən 1996-cı ildənəm aprel ayında hərbi xidmətə gedəcəm təxminən mən hara düşə bilərəm boyum 174 ???

Bildiririk ki, çağırışçılar Silahlı Qüvvələr və qanunvericiliyə uyğunn olaraq yaradılmış digər silahlı birləşmələr arasında xüsusi kompyuter proqramı vasitəsilə bölünürlər.Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündən əldə edə biləcəklər.
telman Soruşur Yazılma Tarixi:02.11.2013 16:14:18

mesheti turklerini niye oktyabr ayinda aparmadilar esgere

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə ÇAğırış üzrə DÖvlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
vuqar Soruşur Yazılma Tarixi:01.11.2013 14:22:31

Man harbi tahsil alib harbida islamak isdayiram.bu mumkundur.ali tahsilliyam.

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. Belə ki, adınızın "Gizir hazırlığı kursu"nda oxumaq üçün seçilmiş namizədlərin siyahısına daxil edilməsi məqsədilə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz məqsədəmüvafiqdir.
Nəbiyev Ceyhun Edil oğlu Soruşur Yazılma Tarixi:01.11.2013 08:58:56

Salam!\nMən Səfərbərlik Xidmətinə işə qəbul ilə əlaqədar iki həftə bundan əvvəl tibbi muayinədən keçmişəm.Bilmək istərdim tibbi muayinədən sonra işə qəbulun növbəti mərhələsi hansıdır.\n Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm.

Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı namizədliyinizə baxılır və nəticə barədə əlavə məlumat veriləcəkdir.
ali Soruşur Yazılma Tarixi:31.10.2013 02:44:58

SALAM MENIM 20YASIM VAR,HERBI XIDMETE YARARSIZ OLDUGUM UCUN 3 ILDEN BIR MUAYINE TEYIN OLUNUB,YENI CIXAN QANUNA GORE HER IL MUAYINE KECMELIYEM?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin 6.2 maddəsinin tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" sayılmış və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşlar 35 yaşa çatana qədər 3 ildən bir çəcburi şəhadətləndirilmə keçirlər.
Vaqif Soruşur Yazılma Tarixi:30.10.2013 21:11:44

Men orta tehsilliyem herbi xidmetimi basa vurmusam qeydiyyatda oldugum rayon Herbi xidmete cagiris idaresinde islemek isterdim xais edirem bu barede mene lazimi melumatlari veresiniz

Nəzərinizə çatdırırıq ki, təhsiliniz Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
kamil Soruşur Yazılma Tarixi:30.10.2013 20:14:14

salam herbi xidmete yararsizliq haqqinda deyisikliyi etrafli basa salardizda.Mene 2012 ci ilde 3 illik mohlet huququ verilib meni indi gelen ilden cagiracaqlar yoxsa 2015 de?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin 6.2 maddəsinin tələblərinə əsasən "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" sayılmış və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşlar 35 yaşa çatana qədər 3 ildən bir çəcburi şəhadətləndirilmə keçirlər.
nurlan Soruşur Yazılma Tarixi:28.10.2013 22:03:31

salam men 1995ci ildenem boyum 180di aprelde herbi xidmete gedirem esasen hara duwe bilerem

Bildiririk ki, çağırışçılar Silahlı Qüvvələr və qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələr arasında xüsusi kompyuter proqramı vasitəsilə bölünürlər.\nÇağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi xidmət" bölümündə əldə edə bilərsiz.
Cədvəldə sətir sayı :13966