Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Kazım Soruşur Yazılma Tarixi:22.05.2014 13:51:41

məndə çagırış iyul ayının 1indedi, bilmək istərdimki bu il telefonla qulluq etdiyim yeri öyrənə bilərəm? və bu hansi tarixdən etibarən bilinəcək

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Hüseyn Soruşur Yazılma Tarixi:22.05.2014 09:28:19

salam.men nebizade huseyn rizvan oqlu 1995.04.07 tevelludlu yevlax seher heziaslanov 83 de yasayiram .hansi herbi hissede qulluq edeceyimi oyrenmek isteyerdim

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Şaiq Soruşur Yazılma Tarixi:21.05.2014 19:29:44

Salam.mən Aviasiya Akademiyasını bitirəcəm,axırıncı kursdayam.və hərbi xidmətə çağırış haqqında əmr gəlib.bilmək istəyirdim leytnant olmaq üçün təlim tədris mərkəzinə nə vaxt və necə müraciət etməliyəm.bu barədə ətrafli məlumat almaq istəyirəm.

Bildiririk ki, yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təshil alması nəzərdə tutulmuşdur.
Şöhrət Soruşur Yazılma Tarixi:21.05.2014 18:32:25

Salam.Mən 4-cü kurs tələbəsiyəm və bu il universiteti bitirəcəm.Hərbi xidməti zabit kimi 1 il 6 ay xidmət şəklində keçmək istəyirəm.Ancaq məni bir məsələ maraqlandırır:Zabit kimi xidmətdən sonra xaricə getməyə məhdudiyyət qoyulmur ki?Mən xidmətdən sonra təhsilimi xaricdə davam etdirmək istəyirəm. Və birdə Zabit kimi xidmət etmək üçün necə və nə vaxt müraciyət etmək lazimdır?Təşəkkür edirəm!

Qeyd etdiyiniz məsələ ilə bağlı, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.\nBildiririk ki, həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular ehtiyata keçirilirlər və onlara məhdudiyyət qoyulması "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununda heç bir müddəa nəzərdə tutulmamışdır.
Ərəstun Soruşur Yazılma Tarixi:21.05.2014 14:18:17

Salam . Mən Azərbaycan Dövlət Dəniz Akademiyasının 4-cü kurs tələbəsiyəm.Bu il Biləsuvar rayonundan həqiqi hərbi xidmətə çağırılmışam.Göndəriş iyul ayının 3-nə təyin olunub ..Sizə sualım budur ki , hərbi xidmətə göndərişlə bağlı bitirdiyimiz ixtisas hansısa rol oynayırmı ? Mən gəmi sürücülüyü ixtisası üzrə akademiyada təhsil almışam və hərbi xidmətimi DSX-nin üzən gəmilərində xidmət etməyi istəyərdim . Bəs qanun burda nə deyir ? Yəni mənim DSX-də xidmət etməyim mümkündürmü ? Yaxud bununla bağlı hansı dövlət qurumuna müraciət etməlyəm ? Xahiş edirəm sualımı mümkün qədər tez cavablandırardınız..Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı bölgədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Elman Soruşur Yazılma Tarixi:21.05.2014 14:12:21

Salam. Herbi Akademiyaya qebul olmagin yas heddi necedir? Nece yasa qeder Herbi Akademiyaya qebul olmaq olar? Men 1991 il tevelludem. Bilmek isterdim ki, akademiyaya qebul ola bilerem?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında həqiqi hərbi xidmətlətə könüllü daxil olurlar:\nXüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə - xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildən 17 yaşı tamam olan və 19 yaş tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular.\nSiz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.
Ceyhun Soruşur Yazılma Tarixi:21.05.2014 07:32:15

Salam mən Rusiya Federasiyasinda tehsil alıram diplomu iyulda aliram iyulun evveleri ve Azerbaycan herbi komisyani keçməmişəm iyulda məni hərbi xidmətə aparacqlar ya payizda aparacaqlar ?

Siz, təhsil müəssisəsini bitirdikdən sonra çağırışdan möhlət hüququnu itirərək, ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz. Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barədə əlavə olaraq məlumatlandırılacaqsınız.
Orxan Soruşur Yazılma Tarixi:20.05.2014 20:08:38

14 b maddesine gore herbiye getmiyen sexs hansisa vezifede isleye bilermi?14 b maddesi ne demekdir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 14-cü maddəsinin "b" bəndinə "Üzvi ruhi pozuntular: mülayim dərəcədə ifadə olunmuş astenik, affektiv, dissosativ, koqnitiv, şəxsiyyət pozuntuları müşayiət olunan hallar, eləcədə xoş gedişli psixotik hallar!" aiddir.\nQeyd olunan maddəyə əsasən işə düzəlmək işə götürən dövlət orqanının səlahiyyətlərinə aiddir. Bu səbəbdən aidiyyəti üzrə müraciət etməlisiniz.
Nicat Bashirov Soruşur Yazılma Tarixi:20.05.2014 15:33:00

Salam , men ali tehsilli , herbi xidmetde olmush, uzun iller xarici neft shirketlerinde ishlemish ingiliz dilinde selist danishan vetendash olaraq silahli quvvelerde sulhmeramli veya beynelxalq elaqeler idaresinde zabit olmaq uchun kime muraciet etmeyim meqsede uyqundur????

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında aşağıdaki həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar:\n- Zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdəolan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər.\nSiz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz haıda, zabit kimi (sülhməramlı və ya beynəlxalq əlaqələr idarəsində) hərbi xidmət keçmək üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.
Bəhruz Soruşur Yazılma Tarixi:20.05.2014 11:51:10

Salam men Bəhruz Tofigli.1991 sentyabrin 20si tevelludumdu.bilmek isteyirem ki men hansi herbi hissede xidmet eliyecem.zehmet olmazsa mene melumat verersiz.ozum yaziram,ama hecne cixmir.

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14890