Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rufet Soruşur Yazılma Tarixi:25.05.2014 10:58:03

Salam. Mən bilmək istərdimki mədə və 12 barmaq bağırsağın xorası xəstəliyi olan çağırışçılar əsgər aparılır, ya hər hansı kateqoriya üzrə şəhadətləndirirlər?

tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 57-ci maddəsinintələblərinə əsasən onikibarmaq bağırsağın xora xəstəliyi olan çağırışçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Asim Soruşur Yazılma Tarixi:24.05.2014 18:10:20

Salam.Mən iyul ayinda Əsgərə gedəcəm mən hara düşmüşəm necə öyrənə bilərəm

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Murad Soruşur Yazılma Tarixi:24.05.2014 10:50:29

sualim budu ki mene cagiriw vereqesi verilib 01.06.2014 tarixine men bilmey isdyirem ki hansi bolkeye ve nece nomreli casda duwmuwem burda onu oyrenmeycun sehifeni acmisiz ancag nedense iwdemir xaiw eliyirem birinci bu meseleni hell eliyesiz sorada menim sualima cavab veresiz ...

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Talib Quliyev Soruşur Yazılma Tarixi:23.05.2014 20:14:43

Salam men nece ede bilerem ki Esker getmeyim Ozum isteyirdim Meni esker aparidiz Indi de men esker getmeyecem

Bildiririk ki, 05.03.2014-cü il tarixdə Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən "Yüngül ifadə olunmuş, nevrosteniya, səthi özünükəsmələrlə" diaqnoza əsasən şəhadətləndirilmisiniz.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 17 "d" maddəsi ilə "12 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız" hesab edilmisiniz.\nQedy edirik ki, 2014-ci ilin aprel çağırışı zamanı təkrar tibbi şəhadətləndirildikdən sonra, Sizin barənizdə qanuna müvafiq qərar qəbul ediləcəkdir.
nicad Soruşur Yazılma Tarixi:23.05.2014 16:12:11

men 2014 iyulunda esgerliye gedecem.teyinati komisarliga gore hesabliyib gonderirler yoxsa yasadigin unvana gore.cebrayil RHK qeydiyatdiyam. ama bakida yasayiram.menim teyinatimi verende hansina gore hesabliyib verecekler.onceden tesekkurler.

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı bölgədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
Sadiq Soruşur Yazılma Tarixi:23.05.2014 14:35:35

Salam. Men 11 ci sinifi bitirib 9 wadetnamesi ile Kollece daxil olmuwam menim 18 yawim iyulun 1 tamam olur esgeri aparilar. Kollecden arayiw alsam versem esgeri aparaldiqim kamisarliqa saxlayar meni esgerlikden oxuyub bitirenenden sora gedim??

Sizin oxuduğunuz təhsil müəssisəsindən təhsilinizi başa vurma müddəti göstərilməklə verilən yeni arayışı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinə təqdim etməyiniz təklif olunur.\nHəmin arayış təqdim edildikdə, Sizə çağırışdan möhlət veriləcəkdir. Əks haıda 2014-cü ilin iyul çağırışında qanunvericiliyə müvafiq olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
ibrahim Soruşur Yazılma Tarixi:23.05.2014 10:48:02

Salam.Mənə iyul ayı ücün cagırış gelib.Amma men asma xestesiyem.oyrenmek isteyirem ki,xesdeliyim hansi derecede olsa meni aparmiyacaqlar?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 52-ci maddəsinin tələblərinə əsasən yüngül və orta ağır dərəcəli bronxial astma xəstəliyi olan çağırışçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Rafael Soruşur Yazılma Tarixi:23.05.2014 09:31:03

Salam!Xahiş edirəm ki ehtiyatda olan kiçik zabit heyətinin təlim toplantılarına çağırilmasının son yaş həddi və təlim toplantılarının müddəti barəsində məlumat verəsiniz.

Bildiririk ki, ehtiyatda olan hərbi vəzifəlilərin toplanışlara cəlb olunması "Hərbi vəzifə və hərbi xidmət hqqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən həyata keçirilir.\nQanunun 45-ci maddəsində nəzərdə tutulmuş hallarda keçiriləcək toplanışların müddətləri və vaxtı məlum olduqdan sonra, toplanışlara cəlb olunacaq ehtiyatda olan hərbi vəzifəlilər (ehtiyatda olan kiçik zabit heyəti) məlumatlandırılacaqlar.
Cavid Soruşur Yazılma Tarixi:23.05.2014 09:17:21

Salam, mən Məmmədzadə Cavid Qərəman oğlu (təvəllüdüm 1991/08/13) 2013-сi ildə ali təhsilimi başa vurduğdan sonra hərbi xidmətə getmək üçün həkimlər komissiyasından keçərkən xəstəliylərim aşkar olunub, bu səbəbdən məni gələn çağrışa saxladılar, və o müddətdən oktyabr, dekabr ve fevral aylarında yenidən həkim komissiyasınnan keçsəmdə, mənə indiyədək təhsilimi davam eləmək üçün hərbidən azad olduğum barəsində sənəd verilmesinə görə, nə xaricdə təhsilimi davam edə bilirəm nədəki işə gəbul ola bilmirəm, xaiş edirəm bununla əlagədər mənə köməklik edəsiniz vəya hara müraciyət etmeli olduğumu mənə deyəsiniz. Təşəkkür edirəm.

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
Rövşən Axundov Soruşur Yazılma Tarixi:22.05.2014 14:48:40

Rövşən\nOglum hərbi tibbi komisiasin muaniya nəticəsini görə bir gözu 90% və ikinci\ngözu 30% görur(ambliopia).Geid olunan həstəliklə hərbidə hidməd etmək olarmi.

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyindən və funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır.\nSiz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda dövlət səhiyyə müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.\n
Cədvəldə sətir sayı :14890