Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
bextiyar Soruşur Yazılma Tarixi:28.05.2014 22:48:46

salam men 2014 iyulun 1 esgerliye getmeliyem uwaq vaxti qolumu wuwe kesmiwdi ogunden beri qolumda balaca capiq qalib ve ona gore 2 sayli xesde xanaya gonderdiler ve dedlerki 1 hefdeden sonra sene cavab gelecek esas sualim budurki men iyulun1 i esger gedecem ve getmese konullu olaraq erze yaza bilerem?

Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı" Xidmətin rayon (şəhər) idarə, şöbə və ya bölməsinə təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
xeyal Soruşur Yazılma Tarixi:27.05.2014 20:30:08

salam men xeyal men hara nevaxt getdiyimi oyrenmek istiyirem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Əkbərov Elmir Soruşur Yazılma Tarixi:27.05.2014 15:46:24

Salam. Mən Əkbərov Elmir iyulda esger getmeli idim. universitet qurtarmışam herbi xidmete getmek isteyirem. böyreyimde 9 mm, böyreyime heç bir ziyani olmayan kasacığın daşı var.Kime hansı qrumlara müraciət etmek lazimdır?Mene getmeyime kömeklik etsinler. Baki şəhər Cavadzadə adına Uraloji xəstəxanın cavabı var, baxan yoxdu ki bunun mene heç bir ziyani yoxdu. 2004cü ilden indiye kimi daşın olçusu deyişmeyib qanuna esasen elimde bu senedler varsa herbi xidmete gede bilerem amma baxan yoxdu. Xahiş edirem sualimi etrafli cavablandirin. Bütun dövlet qrumlarina yazacam. Müharibe şəraitinde yaşayan bir dövlətdə niye sağlam adami esgerliye aparmırlar öz razılığı valideyinlerinin raziliğı olan teqdirde. Cavaba göre evvelceden teşəkkürler

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 72-ci maddəsinin tələblərinə əsasən böyrəklərin ifrazat funksiyasının pozulması olmadan böyrəklərin, sidik axarlarının tək-tək daşları (0.5 sm və daha iri) xəstəliyi olan çağırışçılar "Süh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.\nSiz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Sultan Soruşur Yazılma Tarixi:27.05.2014 06:06:17

Salam. Mən ali təhsilliyəm, bu il məzun olacam. Zabit ixtisas kursu keçmək üçün Təlim və Tədris Mərkəzinə qəbul olmaq istəyirəm. Nə vaxt və hara müraciət edim?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Kənan Soruşur Yazılma Tarixi:26.05.2014 15:37:52

Salam. Mənə qaraciyər xəstəliyi ilə bağlı 6 ay müddət verildi. 6 aydan tez 1 ay 3 ay sonra sağalsam, hərbi xidmətə gedə bilərəm?

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və ya bölməsinə təqdim edildiyi halda mümkündür.
Fuad Soruşur Yazılma Tarixi:26.05.2014 13:15:47

salam. bilmek isterdim niye rayonlardaki mektebler yoxlanmir?? orada tehsilin nece olduqunu melimlerin nece ders kecdiyini ve en esasi mektebin nece halda olduqu haqda maraqlanirlarmi?

Bildiririk ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən orta, ilk peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrinə nəzarət mexanizmi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.\nOdur ki, qeyd etdiyiniz məsələ ilə bağlı, Təhsil Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
IBRAHIM Soruşur Yazılma Tarixi:26.05.2014 12:30:03

salam.mene iyul ayinin 3-u ucun cagiris gelib.amma men asma xestesiyem.xesteliyimle elaqedar olaraq meni esgerliye aparmiya bilerler? xahis edirem sualimi cavablandirin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 52-ci maddəsinin tələblərinə əsasən yüngül və orta ağır dərəcəli bronxial astma xəstəliyi olan çağırışçılar "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilirlər.
Nəcəfov Samir Sənan oğlu Soruşur Yazılma Tarixi:26.05.2014 06:31:56

Salam mən ali təhsiliyəm istəyirəm və 03.07.2014 cü il tarixdən hərbi xidmətə çağrılmışam.İstəyirəm ki Leytinat kimi xidmətə getmək istəyirəm bunu üçün mən hansı sənədləri toplamalıyam?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Eli Orucbeyli Soruşur Yazılma Tarixi:25.05.2014 20:03:32

salam men Orucbeyli Eli Valeh oglu 10.06.1992-ci il bilmek isteyirem ki men hansi herbi hissede xidmet edecem .siz xayishim mene melumat veresiz.

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Sultan Soruşur Yazılma Tarixi:25.05.2014 18:49:55

Salam. Məm ali təhsilliyəm, bu il məzun olacam. Zabit ixtisas kursu keçmək üçün Təlim və Tədris Mərkəzinə qəbul olmaq istəyirəm. Nə vaxt və hara müraciət edim?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
Cədvəldə sətir sayı :14890