Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ferhad Soruşur Yazılma Tarixi:07.06.2014 18:28:41

Salam.Men ali tehsilliyem oyrene bilerem esgerlikde zabit kimi xidmet elemek ucun neynemek hara muraciet elemek lazimdi?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
DEDEBEY Soruşur Yazılma Tarixi:07.06.2014 16:50:38

SALAM MEN HARA DUSDUYUMU BILMEK ISTEYIREM MEMMEDZADE DEDEBEY ABUBEKIR OGLU 1996 CI ILDE ANADAN OLMUSAM CAGIRIS VEREQIMDE BU TARIXE YAZILIB 03-07-2014 MEN HANSI BOLGEYE DUSDUYUMU BILMEK ISTIYIREM

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Elmir Soruşur Yazılma Tarixi:07.06.2014 15:57:32

salam men hara dusduyumu oyrenmek istiyirem Orucov Elmir Mehman oglu 1992 ci ilde anadan olmusam cagiris vereqem bu tarixe yazilib...03..07..2014. bu saitde ne vaxt bilinecek kim hara dusub xais edirem melumat veresiz!

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Shukur Soruşur Yazılma Tarixi:07.06.2014 14:40:43

Bilmek isterdim ki, Snayper kurslari hele de fealiyyetini davam etdirir mi?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-də qeyd etdiyiniz kurslar yeni formatda fəaliyyətini davam etdirir və bu kurslara yalnız çağırışçılar cəlb edilir.\n"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən çağırışçılar - ilkin hərbi qeydiyyata alınmış və alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları hesab edilir.
sahil Soruşur Yazılma Tarixi:07.06.2014 13:00:48

hara dusduyum haqda melumat almaq isteyirem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Fərrux Soruşur Yazılma Tarixi:07.06.2014 11:41:26

Hər vaxtınız xeyir, 3 il öncə ali təhsil müəssisəsini (2011)bitirdikdən sonra sağlamlığımla əlaqədar 3 illik möhlət almışam. Mən universiteti bitirməzdən 1 il öncə,2010-cu ildə maqistraturaya daxil olan gənclərin də, həqiqi hərbi xidmətə göndərilməsi barədə qanun qəbul edilmişdir (yəni həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra maqistr təhsilini almaq mümkün idi). Mən bu il maqistraturaya daxil oldum, aldığım son məlumatlara əsaən hal-hazırda bu qanuna dəyişiklik edilib və maqistraturaya daxil olan gəncləri, maqistr təhsillərini tamamlayana kimi hərbi xidmətə göndərmirlər. 2 sualım var:\n1-ci sualım odur ki, maqistraturaya daxil olmuşamsa,təhsilimi dondurub həqiqi hərbi xidmətə yollana bilərəmmi? yoxsa təhsil alacağıma görə daha 2 illik möhlət veriləcək.\n2-ci sualım odur ki, 3 illik möhlətim bitir (hərbi biletdə: "15 iyul 2014 tarixində təkrar müayinədən keçsin" yazılıb)mən 15 iyulda müayinədən keçsəm (müalicə almışam, sağlamam); iyulda həqiqi hərbi xidmətə göndərilməyəcəyəm, oktyabr ayına saxlanılacağam, oktyabr ayında xidmətə göndərildiyim təqdirdə növbəti il oktyabr ayında təxris edildikdə artıq maqistraturanın ilk 2-3 həftəsini itirmiş olacağam. \nSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölməsinə keçən ay müraciət etmişəm ki, iyulun 15-də deyil, bir qədər tez müayinədən keçim. bugünlərdə tibbi müayinədən(iyulda həqiqi hərbi xidmətə getməli olan) keçən yoldaşlarla birlikdə mən də müayinədən keçib (müsbət rəy aldığım təqdirdə)iyulda həqiqi hərbi xidmətə gedə bilərəmmi?

Çağırışçı təkrar tibbi müayinə zamanı hərbi xidmətə yararlı hesab olunarsa, müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəkdir və həmin müddət ərzində ali təhsil müəssisəsinə qəbul olunmasına dair arayış təqdim edərsə, ona müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi barədə rayon çağırış komissiyası tərəfindən qanuna mevafiq qərar qəbul ediləcəkdir.
kamran Soruşur Yazılma Tarixi:07.06.2014 06:48:02

salam, men bu il universitetden mezunam. amma mene cagiris vereqesi gonderilmeyib. ola bilermi ki meni sonraki cagirisa saxlayiblar.

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Elvin Soruşur Yazılma Tarixi:07.06.2014 04:42:03

Salam men Seferberlik ve Herbi Xidmete cagris uzre Dovlet Komitesinde Cavus ve ya Gizir kimi ise qebul ola bileremmi?\nXidmetde qebul olmaq ucun hansisa normativler qoyulubmu?\nKime muraciet olunmalidi?\nXais olunur etrafli Melumat Veresiniz.

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikasl Səfərbərlik və Hərbi\nXidmətə Çağırış üzrə Dövlət Xidmətində gizirlər (çavuşlar) üçün nəzərdə\ntutulmuş vəzifələr üzrə vakant yerlər olmadığına görə Sizin həqiqi\nhərbi xidmətə (işə) qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli\nmümkün deyil.
Amil Soruşur Yazılma Tarixi:06.06.2014 18:28:05

akademik borcu olan bakalavrlarin herbi xidmete cagirisi nece ildir?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər.\nBildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə, onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Vusal Soruşur Yazılma Tarixi:05.06.2014 19:01:56

Eskerliye gederken ozumle hansisa eşyalari aparmaq lazimdir? Birde ki menim cagiriş vereqem iyulun 3 verilib.Men hansi şeherde xidmet edecem?

Bildiririk ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət etdiyi hərbi hissə tərəfindən lazımi əşyalarla təmin olunurlar.\nÇağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14897