Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ramazan Soruşur Yazılma Tarixi:12.06.2014 07:02:29

Salam.men herbi komissarligindan kecmiwem 3 iyulda esgerliye cagirilmiwam amma 3 gun bundan qabag baw barmagim kesilib. Ortadan yoxdu men getmeyecem esgerliye ?

Əlavə tibbi şəhadətləndirilməniz üçün Xidmətin qeydiyyatda olduöunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Logman Soruşur Yazılma Tarixi:12.06.2014 06:53:47

Salam xaiw edirem sualima cavab veresiz.menim atam 1 ci qrup elildi mendem bawqa bir bacim var o indi evdedi 10 cu sinifde oxuyur 2 bacim ailelidirler mene mohlet verecekler ?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.1 maddəsinə əsasən yalnız başqa övladı olmayan I qrup əlil atası və ya anası olan çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Huseyn Soruşur Yazılma Tarixi:11.06.2014 20:54:23

men mecidov huseyn 1996ci tevelludem 2014-02-06 herbi cacagrisimvar men bilmek isdeyirem hansi bolgeye dusmusem xais edirem menim sualimi cavablandirin herbi vaenkamadim xezer rayonudu

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Kürşad Soruşur Yazılma Tarixi:11.06.2014 19:17:33

salam menim iyulun 22 si 18 yaşımı doldururam men indi xaricdeyem ve iyulun 30 dan sonra gelecem bu her hansısa bir problem olar

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş 35 yaşınadək vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Elxan Soruşur Yazılma Tarixi:11.06.2014 06:05:12

salam men axmedov elxan nizami oglu men 03 07 2014 il tarixinde goranboy rayon herbi kamisarliqindan herbi xidmete cagriliram bilmek istiyerdim hansi herbi hisseye duwmiwem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Orxan Soruşur Yazılma Tarixi:11.06.2014 04:09:03

Salam men iyul ayinda heri xidmete cagrilmisam ve qardasim herbi xidmetdedir onun xidmet etdiyi bolgeye duse bileremmi?

Bildiririk ki, qardaşlar eyni vaxtda və eyni rayon çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə çağırılarsa, onlar bir qayda olaraq hərbi xidmət keçmək üçün bir hərbi hissəyə göndərilirlər.\nNəzərə alsaq ki, qardaşınız artıq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusudur, ona görə də Sizin həmin hərbi hissəyə göndərilməyiniz qanunvericilikdə nəzərdə tutulmamışdır.
Nicat Soruşur Yazılma Tarixi:11.06.2014 03:11:27

Salam, men evveller Ordubad rayon qeydiyyatında idim, 2il evvel qeydiyyatı Bakı şeheri Suraxanı rayonuna deyişdim, ama Suraxanı herbi kamissarlığında qeydiyyata düşmedim, indi mene Ordubad rayonundan çağırış gelib. Men Ordubada getmeliyem yoxsa Suraxanı rayonuna müraciet edib qeydiyyata düşmeliyem?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan artıq müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata durmalıdırlar. Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları Xidmətin müvafiq idar, şöbə və ya bölməsinə məlumat verməlidirlər.
azer tanriverdiyev Soruşur Yazılma Tarixi:10.06.2014 19:32:30

men gurcustan vetendashiyam azerbaycan ordusunda sekkiz il herbi qulluqda olmusam mene herbi bilet dushurmu.teshekkur edirem

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, hərbi bilet həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən yeganə sənəddir və hərbi vəzifəlilərin hərbi xidmətə münasibətini təyin edir.\nOdur ki, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildiyiniz halda, Siz hərbi biletlə təmin ediləcəksiniz.
ETIBAR MEMMEDOV Soruşur Yazılma Tarixi:10.06.2014 16:03:41

Oglum Memmedli Orxan Etibar oglu 10.02.1993-cu il Baki Nerimanov rayon 01 iyul 2014 herbi xidmete cagirilib. Bilmek isteyirem harda xidmet edecek.

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Loğman Soruşur Yazılma Tarixi:10.06.2014 14:10:14

Çağırışçıların hara düşəcəi nə vaxt saytda məlum olacaqdır.

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Cədvəldə sətir sayı :14897