Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Bəhruz Soruşur Yazılma Tarixi:12.06.2014 21:29:44

Hər vaxtınız xeyir. Mən Türkiyədə təhsil alıram və bu il məzun olacağam. Magistraturaya qəbul olsam möhlət hüququndam yararlana bilərəm? \nİkinci sualım: Türkiyə ali təhsil müəssisələrində diplomu çox gec - 1 ilə yaxın müddətə- verilir. Ali təhsil almış vətəndaşlar üçün həqiqi hərbi xidmətin müddəti 1 il olduğuna görə mənim də bu hüquqdan yararlanmağım üçün diplomumu Hərbi Komissarlığa ya da aidaiyyatı orqanlara nə vaxt verməliyəm? Zəhmət olmazsa cavablandırardız. Təşəkkürlər

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilini davam etdirmək üçün çağırışçılara yalnız bir dəfə möhlət verilir.\nMüddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini (və ya təhsil haqqında arayış) xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə, onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Bextiyar Soruşur Yazılma Tarixi:12.06.2014 19:19:08

Salam. Men, Huseynov Bextiyar Fikret oglu, 16.08.1995, men hosbitalda xesteliyimle bagli\nyoxlanisdan kecdim, ama cavablar gelmedi, getdim\nqeydiyyatda oldugum herbi komisarliga ordan\ndedilerki ozumuz xeber vereciyik, xeber gelmedi. Bilmek\nisterdimki herbi xidmete yararli olub olmadigimi\nnevaxt bilecem? ozum cebrayil ray... herbi\nkomisarliqda qeydiyyatdayam

Məlum olmuşdur ki, barənizdə qəbul edilmiş qərarın təsdiq edilməsi üçün Siz, şəxsi işiniz ilə birgə 30.04.2014-cü il tarixdə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına təqdim olunmusunuz.\nMüayinənin nəticəsinə müvafiq olaraq Sizin hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Rizvan Soruşur Yazılma Tarixi:12.06.2014 13:43:57

menim herbi biletin yararsiz hala duwub,Herbi biletin deyiwdirmesi ucun ne etmeliyem?ve nece gune herbi bilet berpa oluna biler?

Bildiririk ki, hərbi biletinizin əvəzinə Sizə yeni hərbi bilet əvvəlki hərbi biletinizin korlanması səbəbləri araşdırıldıqdan sonra veriləcək.\nBu səbəbdən yeni hərbi biletlə təmin edilməniz üçün Siz sənədlərinizlə (şəxsiyyət vəsiqəsinin sürəti, 3x4 ölçüdə 2 ədəd fotoşəkil və ərizə) hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarəsinə (şöbəsinə, bölməsinə) müraciət etməlisiniz.\nBundan sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsinə əsasən barənizdə qərar qəbul ediləcəkdir, Siz qısa müddət ərzində hərbi biletlə təmin olunacaqsınız.
Nicat Soruşur Yazılma Tarixi:12.06.2014 11:53:39

Salam. Mən ayaqımın yastıpəncə olması ilə Sabunçu xəstəxanasında müayinədən və rentgendən keçdim mənə 1həftə sonra gəl və cavabl vainkamata apar dedilər. Bizim voinkamatda adama söz demirlər. Sadəcə soruşmaq istəyirəmki orada yastıpəncə neçənci dərəcə olduqda əsgərliyə yararlı və yararsız olur? yani dərəcə fərqi var? əgər varsa aşağı dərəcəli yastıayağı əsgərlikdə nəzərə alınır? ya onun heçbir önəmi yoxdu?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Mirelem Soruşur Yazılma Tarixi:12.06.2014 10:28:15

men bilmek isteyerdim aspazliqi oxuyub herbide aspaz olmaq ucun hara muraciet edim

Xüsusi hərbi ixtisaslar üzrə hazırlığın keçirilmə planına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Bakı şəhəri, Sabunçu rayon, Xaçmaz rayon və Sumqayıt şəhər 1 nömrəli filiallarında Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün aşpaz ixtisası üzrə mütəxəssislərin hazırlanması mütəmadi aparılır və Gəncə, Mingəçevir şəhər, Balakən, Yevlax, Tovuz rayon filiallarında hazırlığın təşkil edilməsi planlaşdırılır.\nMMC-nin filiallarında təşkil olunmuş xüsusi hərbi ixtisaslar üzrə hazırlıq kurslarının komplektləşdirilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli darə, şöbə və bölmələri tərəfindən həyata keçirilir. Bu səbəbdən, aşpaz ixtisası üzrə hazırlıq kurslarına cəlb edilməniz üçün Xidmətin hərbi qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Orxan Soruşur Yazılma Tarixi:12.06.2014 10:27:42

Salam mən Rzayev Orxan Faiq oğlu 11.09.1995 təvəllüddənəm Bakı şəhəri Nizami rayonu qeydiyyatındayam. 01.06.2014 Hərbi Cağırışım var.Mən bilmək istəyirəmki hansı bölgəyə düşmüşəm?. Xaiş edirəm sualıma cavab yazasınız...

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Nayka Soruşur Yazılma Tarixi:12.06.2014 08:44:47

salam. mən bilmək istərdim çağırışda tibbi məntəqədən keçmək üçün müəyyən bir miqdarda pul ödənilir ya hamısı dövlətin hesabına olunur? Əgər medkomissiyadan keçəndə bizdən pul istəsələr ki, istəyirlər(cihazları səbəb bildirərək) biz harasa müraciyyət edə bilərik?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin); müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunmuşdur.
Şövqi Soruşur Yazılma Tarixi:12.06.2014 08:09:14

salam. Mən iyul ayinda esger gedəcəm. Zəhmət olmasa sualımı cavablandırardınız...Bilmək istərdim ki,hara dücəcəyimizi nə zaman biləcəyik.

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
arif Soruşur Yazılma Tarixi:12.06.2014 07:09:56

Salam men esgerlikde kizir kimi qalmaq isteyirem bunun ucun tezeden kursu oxumaliyam yoxsa nece ?

Bildiririk ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursunda oxumaq istəyinizlə bağlı aidiyyəti üzrə Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
logman Soruşur Yazılma Tarixi:12.06.2014 07:07:07

Men xarici pasport almaq isteyirem amma 3 iyulda esgerliye gedirem indi mene mohlet verecekler ?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar rayon çağırış komissiyasının təyin etdiyi vaxtda Xidmət rəisinin müvafiq sərəncamı ilə təyin olunduqları hərbi hissələrə göndərilməlidirlər.
Cədvəldə sətir sayı :14897