Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Samir Soruşur Yazılma Tarixi:27.06.2014 07:12:17

salam men ali tehsilliyem iyulun 2de herbi xidmete cagirilmisam. Sizden maraqlanmaq isteyirem men nikadr zabit kimi gede bilerem?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzindən ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.
eldeniz Soruşur Yazılma Tarixi:27.06.2014 04:29:35

salam goz ne derecede zeif olduqda getmek qanunsuzdu?

Çağırışçıların göz və onun əlavə aparatının xəsləlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyindən və funksiyalarının pozulma dərəcəsindən asılı olaraq aparılır.
Ramazanov Ramil Soruşur Yazılma Tarixi:26.06.2014 13:40:19

Salam. Men sulhmeramli quvvelerde xidemt etmey isderdim. Sulhmeramli quvvelere konullu olaraq getmey mumkundu?

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür.
Q.ARAZ Soruşur Yazılma Tarixi:26.06.2014 13:08:26

men birde tibbi muayineden kecen deyilem bileti yararsiz veziyyete salacam mennen demeh qeydiyyatim yer bineqedi rayon herbi komissarliq mene lazim deyil ruhi xesde diyaqnozu vehsellam

2 saylı Kliniki Psixiatriya Xəstəxanası Səhiyyə Nazirliyinin tabeçiliyində olduğuna görə qeyd etdiyiniz məsələ ilə bağlı müvafiq qaydada Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət etməlisiniz.\nƏlavə olaraq bildiririk ki, Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz dövlət səhiyyə sistemi müəssisələrindəvı ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya saölam hesab edildiyiniz barədə tibbi sənədlərin Xidmətin Bakı şəhəri Binəqədi rayon idarəsinə təqdim edildiyi halda mümkündür.
mesud Soruşur Yazılma Tarixi:26.06.2014 12:52:33

salam/ men ali tehsilliyem ve 1il xidmet edecem. isterdimki ISAF-da xidmet edim/ bunun ucn men ne etmeliyem?

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün istəyiniz açıq şəkildə yazmağınız tövsiyə olunur.
emin Soruşur Yazılma Tarixi:26.06.2014 11:50:04

salam mende tibbi komisyanin yoxlanisi zamani burun ceperinin eyriliyi qeyde alindi ve men A3 katiqoryasi uzre yararli yazdilar zehmet olmasa A3 katiqoryasi haqda melumat vererdiz

Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis "Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər" cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin 3 nömrəli cədvəli) "a" bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın rəqəm göstəricisi göstərilir.
Gulya Memmedova Soruşur Yazılma Tarixi:26.06.2014 09:43:42

Salam menim qardasma muaine zamani Mehdud allopesiyaatrofik capiq diaqnozu qoyulub qeyd edim ki basin tuklu hissesinde arxasinda texmini diametri 5 sm olan yerde tuk tokulmesi var zehmet olmasa mene deqiq deyerdiniz bu diqnozla herbi xidmete getmelidi ya sul dovru yararsiz muharibe dovru yararli

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 62-ci maddəsinin "d" bəndinin I qrafasına əsasən ocaqlı dazlığın məhdud formaları olan çağırışçılar "Hərbi xidmətə yararlıdır. A-3" hesab edilirlər.\nSizin qardaşınız qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsi (şöbəsi, bölməsi) tərəfindən şəhadətləndirildikdən və öyrənildikdən sonra barəsində qanuna müvafiq qərar qəbul ediləcəkdir. Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunması barədə əlavə olaraq məlumatlandırılacaqdır.
Ali Soruşur Yazılma Tarixi:26.06.2014 06:07:08

Salam .. Zehmet olmasa sualımı cavablandırardız bu yeni qerardır ki, iyul ayın 13 ü gedirem men 18 ay qulluğ edecem , yanvar ayında texris olunanda yenemi 13 trxris oluram yoxsa ferq etmir neçesi gedib neçesi texsris olunmağım .

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər.
Anar Ağakişili Soruşur Yazılma Tarixi:25.06.2014 18:44:23

Salam.Men Ağakişili Anar Elmar oğlu 2013 cü ilin iyul ayinda herbi xidmete çağirilmama ramen sağliğimda olan fiziki qüsurlar səbəbindən hərbi xidmətə aparılmamişam. Üstündən bir il keçməsinə ramən hələ də dəqiq bir cavab ala bilməmişəm. Bununla bağlı hara müraciət etməliyəm?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
letif Soruşur Yazılma Tarixi:25.06.2014 15:49:16

SALAM MENIM BIBIM OGLU NAXCIVAN DA SERUR RAYONUNDA 217 SAYLI HERBI BOLMEDE XIDMET EDIR DAGLIQ TEREFDEDIR AMA KI ONUN QRIJASINDAN CIDDI PROBLEMI VAR LAKIN ONU DAGDAN AWAXI EDIRIB YOXLAMIRLAR EMELYETA GIRMELIDIR AMA ETMILER XAYIW EDIREM BU DEDIKLERIMI NEZERE ALASIZ VE KOMEKDARILI EDESIZ 050 648 35 33 EVELCEDEN TEWWEKUR EDIREM

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə qohumunuzun adı,soyadını, atanısının adı, təvəllüdünü və qeydiyyatda olduğunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.\nƏlavə olaraq bildiririk ki, qohumunuz səhhəti ilə əlaqədar xidmət etdiyi hərbi hissə komandirinə müraciət edə bilər.
Cədvəldə sətir sayı :14897