Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Teymur Soruşur Yazılma Tarixi:29.06.2014 13:15:45

salam bilmek istiyirem nazirler kabinetinin qerarina esasen vaynkomatin sorgusu esasinda olan arayiwa vaynkomat baxmir.ali tehsilliyem. 1fenden kredit borcuma gore 3ayliq mohlet vermelidi vaynkomat arayishima baxmir. hara muraciet edim? qanuni yolu necedi?

Siz, ali təhsil müəssisəsini bitirdikdən sonra çağırışdan möhlət hüququnu itirərək, ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.\nQeydiyyatda olduğunuz yerli idarə, şöbə və bölmə tərəfindən iyul çağırışına cəlb edilməniz barədə verilmiş müvafiq sənədi ali təhsil müəssisəsinə təqdim etməlisiniz.
Elmir Soruşur Yazılma Tarixi:29.06.2014 11:23:33

Salam mənə aprel ayında çağrış vərəqi vermişdilər sonra yenidən yoxlamaya göndərdilər və bugünə kimi sənədlərimin gəlnədiyini deyirlər bu necə ola bilər və mən bu halda nə etməliyəm

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Mexanik Soruşur Yazılma Tarixi:29.06.2014 09:38:47

salam, mem herbi xidmetin muddetinin artilirmasi barede birwey ewitdim, dogrudurmu?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər.
Logman Soruşur Yazılma Tarixi:29.06.2014 08:47:55

Selam herbi cagriwcinin iki diwi cekilib diwinin yeri sagalmamiw herbi xidmete gede biler?

Xəstəliklərin dərəcəsindən, yayılmasından, yaratdığı fəsadlardan, orqanların funksiyaların pozulmasından və davamlılığından asılı olaraq çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin tələblərinə əsasən şəhadətləndirilirlər.
ANAR Soruşur Yazılma Tarixi:29.06.2014 08:34:36

Salam mənim sürücülük vesiqəm var özümdə avtomabil maliyari ishləmishəm hərbi xidmətdə olan dövrü sənətimi davam edə bilərəm?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında bölgüsü zamanı xüsusi hərbi ixtisaslar üzrə hazırlanmış mütəxəssislərdən istifadə olunması nəzərdə tutulur.
Polad Soruşur Yazılma Tarixi:28.06.2014 23:01:58

salam bagiwlayin narahat edirem menim ayagimda 2dereceli duzluk var bilmek isderdim men herbiye yararliyam .onceden tewekkur edirem

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən II dərəcə yastıayaqlıqla: boylama içəri tağım bucağı 141-155 dərəcə, tağın hündürlüyü 24-17 mm olan çağırışçılar "Hərbi xidmətə yararlıdır. A-3" hesab edilirlər.
Ehtiram Soruşur Yazılma Tarixi:28.06.2014 21:30:41

Salam. Menim bele bir sualim var. Men BDU universitetinin telebesiyem. 4 kursu qutariram, amma bir kesirim var.Bu kesirim men avgust ayinda duzelde bilerem. Mene BDU universitetinden arayiw verdiler, ki bu sexsin heqiqeten kesri var. Men bu arayiwnan Oktyabr ayina kimi tehsilimi bawa 4atdira bilerem?

Siz, ali təhsil müəssisəsini bitirdikdən sonra çağırışdan möhlət hüququnu itirərək, ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcksiniz. Qeydiyyatda olduğunuz yerli idarə, şöbə və bölmə tərəfindən iyul çağırışına cəlb edilməniz barədə verilmiş müvafiq sənədi ali təhsil müəssisəsinə təqdim etməlisiniz.
Nəsrəddinov Telman Soruşur Yazılma Tarixi:28.06.2014 08:17:18

Salam. Mən iyul ayının 2-si 2014-ci ildə hərbi xidmətə cağırılmışam, əsgərliyə bir necə günüm qalıb, xaiş edirəm bildirəsiz SNAYPERƏ necə düşə bilərəm ? Snayperden tam anlayışım var amma hec zaman atəş acmamişam...

Bildiririk ki, Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür.\nƏlavə olaraq qeyd edirik ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında bölgüsü zamanı xüsusi hərbi ixtisaslar üzrə hazırlanmış mütəxəssislərdən istifadə olunması nəzərdə tutulur.
Mehdi Soruşur Yazılma Tarixi:27.06.2014 20:06:00

rayonda xidmet edeceyimiz yer ile bagli melumat ayin 28de bilinir,eger herbi kamisarliq sizden tez bu melumati cagirisciya ve ya yaxinlarina sizden tez melumat vere bilirse bu elektron sistemi yaratmaginizin menasi nedir?

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün soyadınızı, adınızı, atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduöunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
babek Soruşur Yazılma Tarixi:27.06.2014 19:57:10

salam men Huseynli babek Vidadi oglu ayagimin alti 2ci dereceynen duzdu ve belimde 1ci dereceynen skarlioz S vari eyriliy vaar. 01.07.2014 tarixinde de herbi xidemete cagiriblar ve Nizami rayon vaynkamatina bu haqda melumatlari ,arayislari vermiwem . Menim sualim odurki men bu veziyyet herbi xidmete yaraliyam yoxsa yararsiz ?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 68-ci maddəsinin "ç" bəndinin I qrafasına əsasən II dərəcə yastıayaqlılıqda : boylama içəri tağın bucağı 141-155 dərəcə, tağın hündürlüyü 24-14 mm və 66-cı maddəsinin "ç" bəndinin I qrafasına əsasən onurğanın I mərhələ skolioz olan çağırışçılar "Hərbi xidmətə yararlıdır. A-3" hesab edilirlər.
Cədvəldə sətir sayı :14890