Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Yahya Soruşur Yazılma Tarixi:19.07.2014 07:23:17

salam bilmek olarki, ayin 21 heqiqi herbi xidmete cagirilanlarin hara duwmesi hakkinda ne vaxt melumat verilecek

Bildiririk ki, Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür. Sizin barənizdə hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
Oleg Soruşur Yazılma Tarixi:19.07.2014 05:02:28

Salam. Bu il bakalavr pillesini bitirmisem (Rusiyada). Bilmek isterdim hansi senedleri teqdim etmek lazim olacaq? 1 il getmek ucun.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər.\nBildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diölomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə, onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Həsənxan Soruşur Yazılma Tarixi:19.07.2014 04:45:22

Salam.Bagislayin Sizi Narahat Edirem.Men Suraxani Rayonu Herbi Komissarligdan Iyul Ayinin 1i Xidmete Cagirilmisdim.Ama Ne Sizin Saytinizda Ne De Herbi Komissarligda Adim Cixmadi.Iyul Ayinin Biri Getdim Dediler On Besi Gel,On Besi Getdim Dediler Iyirmisi Gel.Zehmet Olmasa Bu Barede Deqiq Melumat Vererdiz.

Bildiririk ki, Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür. Sizin barənizdə hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
usub Soruşur Yazılma Tarixi:18.07.2014 20:04:20

ayın 20-sinə çagrılmışam hərbi hissə haqqında məlumat hələ yerləşdirilməyib.bu nə vaxt yerləşdiriləcək

Bildiririk ki, Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür. Sizin barənizdə hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
PƏRVİN Soruşur Yazılma Tarixi:18.07.2014 15:49:45

salam bilmək olar 2ci siyahida geden çağrişcilarin hara duşmesi ne vaxt biliner bu ay ucun gedneler

Bildiririk ki, Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür. Sizin barənizdə hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
Tural Soruşur Yazılma Tarixi:18.07.2014 12:11:37

salam her iki ayaqda ikinci dereceli anadan gelme yasti pence diaqnozu qoyulmus cagirisci herbi xidmete yararlidirmi?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən II dərəcə yasıayaqlılıqda (boylama içəri tağın bucağı 141-155 dərəcə, tağım hündürlüyü 24-17 mm) çağırışçılar "Hərbi xidmətə yararlıdır. A-3" hesab edilirlər.
Cavidan Soruşur Yazılma Tarixi:18.07.2014 08:21:16

men Imanov Cavidan 07-13-2009 cu il tarixinde 006 sayli herbi hissede xidmet etmisem herbi xidmeti basa vurduqdan sonra men konullu olasraq muddetden artiq heqqiqi herbi xidmet qulluqcu islemisem muqavle esasinda 3 il qulluq etmisem ve vaxdi bitene yaxin 1 il muddet artirmisam lakin melum sebebden 1ilin 3 ayin isledim ve aylede prablemlerim olduqu ucun ve her deyqa icaze ala bilmediyim ucun men isden cixmaq mecburyetinde qaldim. SUAL indi kocurulen mezunyet pullari barede ne vayinkamad nedeki herbi hisse bu haqqda bir melumat vermir

Azərbaycan Respublikasının 1997-ci il 03 oktyabr tarixli, 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin 121-ci maddəsinə əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduöu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir.
Celil Soruşur Yazılma Tarixi:18.07.2014 08:03:58

Salam. Çağırışın axırıncı günü hansıdır? İndiyə kimi zəng vurmurlar, hətta internetdə də adım yoxdur.

Bildiririk ki, Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür. Sizin barənizdə hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.\nƏlavə olaraq qeyd edirik ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.
Oleg Soruşur Yazılma Tarixi:18.07.2014 06:28:30

Salam, \n\nBu il Moskva Dovlet Universitetini bitirmisem. Seferberlik ve herbi xidmete cagiris idaresine hansi senedler teqdim olunmalidir ki, 1 illik esgerliye getmek ucun? Cox sagolun.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər.\n Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə, onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Tariel Soruşur Yazılma Tarixi:18.07.2014 03:42:57

Salam.\n1. 1991-ci il iyul ayında (hələ Azərbaycan SSR-i dövrüdür."Səhid..." haqqında Qanun movcud deyil) kolxozun qoyun sürülərini yaylaqlara aparıblar və orda hər hansı səbəbdənsə, ermənilərlə insident yaşanıb və çoban güllə yarasından dünyasını dəyişib.Deyək ki, 7-8 ildən sonra məhkəmə qərarı ilə həmən çobana "şəhid" status verilib.\n2. 1996-97-ci illərdə "UAZ" markalı maşının sürücüsü, daha 3 nəfər mülki şəxslə "özbaşına" olaraq, boşalmış kəndlərdən müxtəlif əşyalar( soyuducu, televizor və digər pula gedən əşyalar) gətirib satmaqla məşqul olublar. Bu hadisə bir-neçə dəfə təkrar olunub. Axırıncı dəfə isə sürücü "itgin" düşüb.Dəstədən 2 nəfər girov götülübüb və 1 nəfər saq-salamat evlərinə dönüb. Girovluqda olan digər iki nəfər də girovluqdan azad olunub. Nə öldüsündən, nə qaldısından xəbər çıxmayan sürücüyə də həmçinin 12-13 ildən sonra məhkəmə qərarı ilə şəhid statusu verilib. "Şəhid..." haqqında Qanuna zidd olan bu olaylar nə qədər məntiqlidir ? Şərh vermənizi xahiş edirəm ! Əvvəlcədən Təşəkkür edirəm !

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tədbiqi qaydaları" nın tələblərinə uyğun olaraq, şəhid ailəsu statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhslükəsizlik Nazirliyinin kadlrar idarəsi, digər hərbi qulluqçulara qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur.\nBu səbəbdən (müraciətinizdə adları çəkilməyən vətəndaşların mülki şəxs olduöunu nəzərə alsaq) məsələyə baxılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə daxil deyil.\nƏlavə edirik ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsassən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.\nMəhkəmə qərarları ilə bağlı yuxarı instansiya məhkəmələrinə şikayət edə bilərsiniz.
Cədvəldə sətir sayı :14897