Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Firəddin Soruşur Yazılma Tarixi:02.08.2014 16:05:11

Salam...\n\nMən Oktiybrda əsgərliyə getməliyəm,mən indi könüllü olarağ vaxtından əvvəl hərbi xidmətə gedə bilərəmmi? .qeyd edim ki mənim 18 yaşım iyun ayında tamam olsada hərbi xidmətə cəlb olunmadım...

Bildiririk ki, 2014-cü ilin iyul çağırışının bölgüsü başa çatdığı üçün Siz, növbəti oktyabr çağırışına cəlb ediləcəksiniz.
cəbrayil Soruşur Yazılma Tarixi:02.08.2014 12:38:07

salam mən 3 kurs tərəbəsiyəm mən sinayper tərimi almaq istiyiəm .\ntərim ala birələm .\nhara muraciyət edim

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 17 yaşına çatmış vətəndaşlar və çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş təhsil müəssisəslərində işdən ayrılmaqla xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçə bilərlər.\nQeyd etdiyiniz xüsusi hərbi ixtisas üzrə hazırlıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin filiallarında təşkil edilir və bu ixtisas üzrə hazırlığa yalnız müəyyən edilmiş tələblərə cavab verən çağırışçılar cəlb edilir.\n"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, çağırışçılar - ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlar hesab edilir.\nKursların təşkil edilməsinə dair ətraflı məlumat əldə etmək üçün "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları 99 ünvanında yerləşən İcra Orqanına müraciət etməyiniz məqsədəuyğundur.
Aqil Soruşur Yazılma Tarixi:02.08.2014 11:29:24

salam. men Memmedov Aqil Rafiq oglu may ayinin 30 da Tovuz rayonu herbi komisarliginda herbi xidmete getmek ucun hekim muayinesinden kecmisem ve herbi xidmete tam yararli olum iyul ayinin 7 ne herbi xidmete getmek ucun cagris vesiqesi almisam. ama sonradan menim sehetimde problem yaranib ve men baki seherinde 5 nomreli xestexanada muayine olundum ve mende bagirsagimda cat ve babasil xesteliyi awkar olundu ve bununla elaqedar herbi xidmete gede bilmedim ve bununla bagli biz tovuz rayon herbi komisarligina xeber verdik. onlarsa meni yeniden komisya elediler ve mene dediler ki senin adin artiq castdadir ve sen mudafie nazirliyinin merkezi qospitalinda mualice olunub sonra dusduyun casda gedib herbi xidmet edeceksen. ama sonradan meni iyul ayinin 31 de bakida alimpik starin yaninda yerlesen bir yerde yeniden hekim komisyasina gonderdiler. orada da menim 5 nomreli xestexanada verilen hekim kagizlarimi alib wexsi iwimin icerisine qoyaraq mene dediler ki ged eve sene xeber deyilecek. lakin hele de mene hec bir melumat verilmeyib. men indi bilmek isteyirem ki men indi herbi xidmete gedecem yoxsa novbeti cagrisa qalacam yoxa ne olacaq mene hec bir melumat vermirler. onu da deyim ki men mudafie nazirliyinin 109 sayli herbi casdina dusmusdum. men indi herbi xidmete gedesi olsam hemin casda gedecem yoxsa artiq basqa casta gonderecekler meni?

Siz, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təkrar şəhadətləndirildikdən sonra barənizdə qanuna müvafiq qərar qəbul ediləcəkdir. Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barədə əlavə olaraq məlumatlandırılacaqsınız.
tuncay Soruşur Yazılma Tarixi:02.08.2014 10:33:58

Salam.Menim qohumum iyul ayinin 8de herbi xidmete yollanib.DSX de herbi xidmet kececek, Tovuz rayon qeydiyatlidir.Bilmek isterdim ki, hansi bölgede rayonda xidmet edecek?

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Ferhad Soruşur Yazılma Tarixi:01.08.2014 21:42:47

salam men bu cagriw herbi xidmete getmeliydim ama 2ci siyahida adim cixmadi mene verlen melumata gore oktyabr cagrisinda gedecem ozumde universteti bu il bitirmisem men olkeni oktyabr ayina qeder terk ede bilerem xais edrem bu haqda cavab yazasiz.saqolun

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Orxan Soruşur Yazılma Tarixi:01.08.2014 19:10:44

Salam... Men Ukrainadan durub bura gelmiwdimki vetenime herbi borcumu qaytarim men kompyuter yolu ile dq duwdum ketdim iyulun 25 meni caqirdilar qetdim esgerliye kewle bazarinin yanindaki casta orda iki gun qalandan sora dedilerki sende 7 kq artiq ceki var sen dq da qulluq eliye bilmezssen bu ne demekdi bu ne oz bawinaliqdi?boyum 1.85 sportivni bedenim var sekim 105 kq di 7 kq gore dq yararsisam ki uje bilmirler nece varyant gelsinler insanlara!!!

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Ali Soruşur Yazılma Tarixi:31.07.2014 20:16:31

В военном билете мне неправильно написали отчество, ошиблись в одной букве. При получении загран паспорта возникли проблемы. Хотел бы узнать где возможно исправить эту ошибку, сколько времени это займет и есть гос пошлина на исправление ошибок

Bildiririk ki, hərbibiletinizdə atanızın adınında qeyd olunan yalnışlığın düzəldilməsi üçün yaşayış yeri üzrə hərbi qeydiiyatda olduöunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbəsinə, bölməsinə) hərbi bilet və şəxsiyyət vəsiqənizlə müraciət etməlisiniz.\nGöstərilən sənədlərlə həftənin iş günləri müraciət etdikdən sonra, qısa müddət ərzində qeyd etdiyiniz məsələ öz müsbət həllini tapacaqdır. Eyni zamanda bildiririk ki, mövcud qanunvericilikdə bu məsələ ilə bağlı hər hansı dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmamışdır.
Yusif Soruşur Yazılma Tarixi:31.07.2014 13:36:11

salam qardasim Ali tehsillidir 07.07.2014 xidmete cagirilib. hal hazirda xidmetdedir.orda qardasima leytenant zabit olmag teklif edilib.qardasim eeger leytnant olsa xidmet etdiyi yerde zabit olacaq?

Qeyd etdiyiniz məsələ ilə bağlı qardaşınızın xidmət etdiyi hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur.
Cümşüd Soruşur Yazılma Tarixi:31.07.2014 07:26:39

Salam. Bu yaxınlarda saytların birində belə bir məlumat oxudum. Esgerliye çağırış qaydaları deyişib\nÇağırışa möhlet sağlamlıq veziyyetine göre 3 il müddetinedek, her defe 1 ilden artıq olmamaq şerti ile verilecek.\nHərbi xidmətə çağırılarkən vətəndaşın hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərarın verilməsi ilə bağlı qaydalar dəyişdirildi. ANS PRESS-in Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dəyişikliyə əsasən sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə veriləcək. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılacaq, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılacaq, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçiriləcəklər.\n Xahiş edirəm deyəsiniz, əgər həqiqətən də belədirsə onda nəyə görə hərbi komisarlıqlar yenə də 3 illik möhlət verir və hərbi biletdə 2017 ildə təkrar tibbi müayinə keçiriləcəyini göstərir? Sağ olun

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmət yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
celil Soruşur Yazılma Tarixi:31.07.2014 05:37:31

salam qardasim 30,07,2014 herbiye gedib dsx ya dusub qobustannan harasa gonderibler biz hansi rayona getdiyini nece bilerik?

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyyə olunur.
Cədvəldə sətir sayı :14897