Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nizami Soruşur Yazılma Tarixi:30.07.2014 19:23:36

Salam mən daxili qosunlarda müddətdən artıq xidmət keçmək istəyirəm. Mənə hansı sənədlər lazımdır. Və haray müraciət etməliyəm.

Bildiririk ki, daxili qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olmağınızla bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının DİN-nin Daxili Qoşunlarının Komandanlığına müraciət etməlisiniz.
Vahab Soruşur Yazılma Tarixi:29.07.2014 16:12:43

SALAM mən əsgərlik vaxdında "Aşbaz"vəzifəsində olmuşam.Bildiyimə görə artıq aşbazlar mülki səxslərdi.İndi mən Hərbi Biletlə Hər hansısa Hərbi Hisslələrin birində Aşbaz vəzifəsində işləyə bilərəm?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar.\nBu səbəbdən Siz, "Aşbaz" vəzifəsində hərbi xidmətə qəbul edilməyinizlə bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
qasimov.araz Soruşur Yazılma Tarixi:29.07.2014 08:21:05

salam sizi birde narahat edirem.kecen hefde sualimi gonderim cavabim ise bele oldu adimi familiyyami yazdiqim ucun tam cavab gelmedi ona gorede tezeden vermeli olacam. SIZDEN XAIS EDIREM KI MENI TIBBI MUAYYINEDEN KECIRIN 3-IL MOHLET VERILIBDI AMMA BU IL MENI CAGIRMAYIBLAR NIYE QEYDIYYATIM BINEQEDI RAYON HERBI KOMISSARLIQ MENI BASDAN GELDI EYLEYIRLER NOLSUN KI MENE SAXDA DIAQNOZ QOYULUBDU DEYE CAGIRMAQ OLMAZ GELEN AY MEN GEBIB 5-N-LI XESDEXANADAN KEÇƏCƏYƏM VƏ SAĞLAM OLDUQUMU İSBAT EDECEYEM SUBUT EDECEYEM Kİ MENDE RUHİ XESDELİK YOXDU. SEHİYYƏ NAZİRLİYYİNNEN SORUDUM Kİ SUDURQANNAN RUHİ XESDELK EYNİDİ CAVABİMDA BELE OLDU XEYİR BELE ÇIXIR Kİ 2-NOMRELİ PSİXİATR XESDEXANA SAXDA DİYAQNOZ QOYUBDU\nQASIMOV.ARAZ ATA ADI IMANI TEVVELUDUM 1995.01.26 XAIS EDIREM CIDDI ARASDIRMA APARILSIN NE DEYIR DEYSIN INAMMAYIN BINDEQEDI RAYON HERBI KOMISSARLIQ YALAN DEYIRLER HEMDEKI MENIM SENETLERIM DE BELE DUZGUN DEYIL

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatında olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinə təqdim edildiyi halda mümkündür.
Aqşin Soruşur Yazılma Tarixi:28.07.2014 06:18:14

Salam.Hərbi xidmətə 03.07.2014 tarixində gedəcəyim bildirilsə də , hələ aparılmamışam.Səbəbini bilmək istəyirəm.

Bildiririk ki, 2014-cü ilin iyul çağırışının bölgüsü başa çatdığı üçün Siz, növbəti oktyabr çağırışına cəlb ediləcəksiniz.
Elnur Soruşur Yazılma Tarixi:27.07.2014 16:02:18

Salam, men telebeyem. Rassiyada oxuyuram. ve men mart ayinda geldim azerbaycana ve herbi xidmetden mohlet aldim sentyabr ayinin 1 kimi (iyulun 23 de 20 yasim tamam oldu) ve avqustun 20si rassiyaya getmek isteyirem, bilmek isteyirem meni serhedden buraxacaqlar ya yox.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Mahir Soruşur Yazılma Tarixi:26.07.2014 10:04:36

Salam.SHXÇDX də işləyən mülki işçilerin xarici ölkəyə getməsinə icazə varmı? xaiş edirəm ətraflı məlumat verərdiniz.

Həmin şəxslərin müraciətlərinə əsasən səbəbindən asılı olaraq fərdi qaydada baxılır.
QASIMO_ARAZ Soruşur Yazılma Tarixi:26.07.2014 08:10:04

men sehiyye nazirliyyine muraciyyet edem tezeden tibbi muayyineden kecmek ucun bineqedi rayon herbi komissarliq tefinden gonderis kagiz verilmelidir onuda vermirler xais edirem siz basci kimi olaraq tapsinir ki versinler mende gedim kecim 3-il muddetine qeder hekimnnen kecmek haqqim var

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatında olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinə təqdim edildiyi halda mümkündür.
Şaiq Soruşur Yazılma Tarixi:26.07.2014 07:00:36

Salam meni herbi çagrişa qebul ederken hekimler ayagimin duz oldugunu soylediler, sonra bakiya gonderdiler, getdim kamissiyadan kecdim ve yararli oldugunu dediler. sonradan Herbi kamisarliqdan oz rayonumuza hekimlerden keçmeyi teklif etdiler bu defe hekimler dedi ki senin hec bir problemin yoxdur niye bakiya gonderibler xahiş edirem bu barəde mene melumat veresiz.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Tural Soruşur Yazılma Tarixi:26.07.2014 04:56:08

Salam-Aleykum.. Məni iyun ayının 24 Daxili Qoşunların axırıncı çağırış Günüdür deyə çağırırdılar... Amma Şəxsi Xüsusi Problemlərlə Bağlı Gedə bilmədim.. Adım da çıxıb saytda.. İndi Çağırış Ev Günləri ilə əlaqədar dayandırılıb... Sualım Budur ki, 30-u çağırış ola - ola məni aparmaya bilərlərmi?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
vvusal Soruşur Yazılma Tarixi:25.07.2014 14:20:28

necenci defedi sualimi yaziram cavab vermirsiz. men bu il 2 defe hekim yoxlanisindan kecmisem.ayagimin alti ucuncu derece duzdu.ama helede hekimin yekun cavabi cixmiyib.adim vusal soyadim vahidov atamin adi etibar dogum tarixi 19.09.1992 qeydiyat yeri sumqayit

Məlum olmuşdur ki, Siz, şəxsi işiniz ilə birgə 11.06.2014-cü il tarixdə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına təqdim olunmusunuz.\nMüayinənin nəticəsinə müvafiq olaraq Sizin hərbi xidmətə yararlı olun-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən qərar qəbul olunacaqdır.
Cədvəldə sətir sayı :14897