Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
zamin Soruşur Yazılma Tarixi:09.08.2014 14:50:52

salam bilmek istyrdim magstraturaya gebul olmuw oglan telebelerin hegiqi herbi xidmet muddetinin 6 ay olmasi haqda ganun layihesi gebul edildi?yoxsa onlar yene evelki kimi 1 il herbi xidmet edecey?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər.\nBildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə, onlar 1 ildın sonra ordu sıralarından tərxis olunurlar.
Talib Soruşur Yazılma Tarixi:09.08.2014 12:51:34

Men Indi Istesem Konulu Esger Gede bilerem

Bildiririk ki, Siz, 05.03.2014-cü il tarixdə Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən "Yüngül ifadə olunmuş nevrosteniya, səthi özünükəsmələrlə" diaqnoza əsasən şəhadətləndirilmisiniz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 17 "d" maddəsi ilə "12 ay müddətinə hərbi xidmətə yararsız" hesab edilmisiniz.\nƏlavə olaraq qeyd edirik ki, 2015-ci ilin aprel çağırışı zamanı təkrar tibbi şəhadətləndirildikdən sonra, Sizin barənizdə qanuna müvafiq qərar qəbul ediləcəkdir.
Pervane Soruşur Yazılma Tarixi:08.08.2014 21:16:01

ailenin yegane evladl,(ata dunyasln deyisib, himayesinde anasl var) herbi xidmete getmelidirmi, getdiyinde cebhe bolgesine gonderile bilermi?

Qeyd etdiyiniz məsələ ilə bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununda heç bir müddəa nəzərdə tutulmamışdır.\nƏlavə olaraq qeyd edirik ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinə (başqa övladı olmayan I qrup əlil olan ata yaxud ana) əsasən ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.\n
Fuad Soruşur Yazılma Tarixi:08.08.2014 08:09:51

Salam. Herbi xidmetden xidmete uygunsuzluq maddesile ehtiyyata buraxilan zabit, yeniden herbi xidmete qayida bilermi ? Evvelceden teshekkurumu bildirirem.

Bildiririk ki, yenidən hərbi xidmətə qayıtmaq istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Leman Soruşur Yazılma Tarixi:08.08.2014 05:54:58

mudettden artig herbi xidmetde qalmag ucun leytinant kimi nece ay kurs kecmek lazimdi?

Bildiririk ki, zabit hazırlığı kursu keçmək istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Qaçay Mirzəyev Soruşur Yazılma Tarixi:08.08.2014 04:57:12

Salam! Hal-hazırda bildiyiniz kimi informasiya müharibəsi də gedir. Azərbaycanda İnformasiya müharibəsinə hazırlıqla kim və necə məşğul olur? Bizim kiber ordumuz var? Mən İnformasiya Təhlükəsizliyi üzrə biliklərimi həm artırmaq həm də bölüşmək üçün kiber ordunuza qatılmaq istərdim. Xahiş edirəm, mənə bir məlumat verəsiniz.

Bildiririk ki, müraciətinizdə qeyd olunan məsələ Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid deyil.
kenan Soruşur Yazılma Tarixi:07.08.2014 09:02:57

salam men Rzayev Xaliq Guloglan oglu 15 10 1994cu il lacin rayon herbi kommisarligi esger getmeyimle bagli melumat vermeyinizi xahis edirem chunki meni 3 ayliq hosbotala gondermeliydiler ama hec bir xeber yoxdu

Bildiririk ki, Rzayev Xaliq Güloğlan oğlu 2014-cü ilin iyuı çağırışında Xidmətin Laçın rayon bölməsinin çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 72 "c" və 58 "b" maddəsi ilə "dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab edilib.\nƏlavə olaraq qeyd edirik ki, 2017-ci il tarixdə təkrar tibbi şəhadətləndirildikdən sonra, barəsində qanuna müvafiq qərar qəbul ediləcəkdir.
Fazil Soruşur Yazılma Tarixi:07.08.2014 07:29:28

" Bundan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən səfərbərtliyə cəlb olunacaq ehtiyatda olan hərbi vəzifəlilər (yaş həddi və zamanı barədə) məlumatlandırılacaqlar. "\n\nMen hal hazirda Rusiyada ali tehsil aliram.\nbele olan halda Veteni mudafiye etmekcun, men universitetden necur icaze ala bilerem. Umumiyyetle, xaricde olan vetendashlarin muharibeye cagrilmasi hansi qaydada olur?

Müraciətinizə konkret cavab verilməsi üçün soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) adını bildirməyiniz vacibdir.
Ülviyye Soruşur Yazılma Tarixi:06.08.2014 15:27:40

Salam 2014— cu ilin ıyul ayinda herbi xidmete geden esgerlerin andicme merasimi ne vaxt kecirilecek?

Qeyd etdiyiniz məsələ ilə bağlı əsgərlərin xidmət etdiyi hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.
Emin Soruşur Yazılma Tarixi:06.08.2014 12:22:40

SALAM MEN TOPCUYAM BAS TUSLAYICI INDI GEDEN DOYUSLERE QATILA BILEREM. KONULLU OLARAQ.

Bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.
Cədvəldə sətir sayı :14890