Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
aydin Soruşur Yazılma Tarixi:22.08.2014 17:33:16

salam menim dostum 1992 ci ilde kelbecerde doyusub ve yaralanib. indi veteranlig almaq isdeyir. hara muraciet etmrlidir? xais edirem etrafli melumat vererdiz?

Bildiririk ki, "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, vətəndaşlara "Müharibə veteranı" adı və vəsiqəsi Azərbaycan Resöublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə Nazirlikləri, Xüsusi Dövlət Mühafizə və Dövlət Sərhəd Xidmətləri nəzdində yaradılmış veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyaların rəyi ilə verilir.\nBu səbəbdən dostunuz, ona "Müharibə veteranı" adı və vəsiqəsi verilməsi məsələsinə baxılması üçün hərbi xidmət keçdiyi qoşun növü nəzdində yaradılmış veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etməlidir.
kamran Soruşur Yazılma Tarixi:22.08.2014 08:15:34

Azərbaycanda alternativ hərbi xidmət mövcuddur?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin II hissəsinə uyğun olaraq vətəndaşların əqisədi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. Lakin, respublikamızın müharibə şəraitində olması ilə əlaqədar, alternativ xidmətin keçilməsi qaydaları müəyyən edilmədiyindən, hal-hazırda bu xidmət mövcud deyil.
Muslum Soruşur Yazılma Tarixi:21.08.2014 07:05:47

salam men muslum kovxayev ehmed oglu men balaken rayonundanam meni herbi xidmete cagiriblar 4-10-2014 ilde esgere gedecem bilmek isteyirdim hara duwmuwem

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən şəxsi məlumatları daxil etməklə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "elektron xidmətlər" bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.
Ülvi Soruşur Yazılma Tarixi:20.08.2014 21:31:40

Salam. Men 1994 cü il tevellüdlü oğlanam. Amma mene qeydiyyatda olduğum rayondan herbi xidmete çağırış vereqi gelmeyib. Bilmek isteyirem neye göre çağırmırlar?... Eger çağırsalar bu menim üçün problem olmaz ki???

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
huseyn Soruşur Yazılma Tarixi:20.08.2014 13:16:25

salam men herbi xitmeti biirmisem yeniden muudetden artiq herbi xitmetci kimi getmek isteyirem bilmek isteyirem hansi herbi hissede islemeyi ozun secisen yoxsa gonderiller

Bildiririk ki, müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyinizlə bağlı (hansı hərbi hissəni seçdiyiniz göstərilməklə) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.
irsad Soruşur Yazılma Tarixi:20.08.2014 11:54:36

4 derece varikosele herbi xidmete yararliliq kateqoriyasi nedi

"Xəstəliklərin Beynəlxalq Təsnifatı"na əsasən IV dərəcəli varikosele xəstəliyi mövcud deyil.
Faiq Soruşur Yazılma Tarixi:20.08.2014 10:46:00

Salam,təhkim olunma haqqında şəhadətnaməni almaq üçün hansı sənədləi toplamalıyam?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 6.4-cü bəndinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:\n1. doğum haqqında şəhadətnamənin surəti;\n2. ailə tərkibi haqqında arayış;\n3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);\n4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və iş yerindən arayış;\n5. tercümeyi-hal;\n6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.
Vusal Soruşur Yazılma Tarixi:19.08.2014 18:09:29

salam.menim qohumum 2013-cu ilde 3 illik olmaq yeni 2016-ci ile qeder xestelikle bagli mohlet almiwdir. hal-hazirda o ozunu saglam hiss edir. Sual: o hal-hazirda muraceyet etse bu ilin oktyabr ayinda herbi xidmete gede bilermi?

Qohumunuzun vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməsi, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyi barədə tibbi sənədlərin hərbi qeydiyyatında olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür.
konul babayeva Soruşur Yazılma Tarixi:19.08.2014 17:32:58

Salam oglum Babayev Senan Seymur oglu iyulun4 Mingecevir seher herbi xidmete cagirilmis, ve iyulun 15 yola duwmuwdur,onun haqqinda hec bir melumatimiz yoxdur.Sizden coox xaiw edirem oglum haqqinda mene melumat veresiniz Cox yere muraciet etmiwem hec bir cavab yoxdur

Qeyd etdiyiniz məsələ ilə bağlı oğlunuzun qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
Quliyev Soruşur Yazılma Tarixi:19.08.2014 17:03:33

Meni esker getmek isteyirem 12 ay meni herbiye yarasiz yaziblar Meni 12 ay ya tez apardiz ya gec ne ferqivar Men indi esker getmek isteyirem..

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrnində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatında olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və bölməsinə təqdim edildiyi halda mümkündür.
Cədvəldə sətir sayı :14897