Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rauf Soruşur Yazılma Tarixi:03.09.2014 09:44:41

salam men ehtiyyatda olan zabitem Seferberlik ve herbi xidmete cagris uzre dovlet xidmetinde calismaq isteyirem hansi senedler lazimdi?

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazirliği İdarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir.\nÜnvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi-30
Ruslan Soruşur Yazılma Tarixi:03.09.2014 08:05:50

Salam. Size sualim odurki maraqlanmaq isteyirem oktyabr aynda ehtiyyata buraxilacaq esgerlerin emri nevaxt verilecek? Mumkunse sualimi cavablandirardiz.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı əsasında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.
Nurlan Veliyev Soruşur Yazılma Tarixi:02.09.2014 20:33:56

salam.men Mingecevir herbi komissarligin yoxlanisindan kecmisem.Daha sonra Travmatologiya Instutuna gonderilmis orada verilmis reyi komissarliga teqdim etmisem.Avqusta meni cagirasiydilar ancaq indide oktyabrda deyilir.Yeqinki resmi bir qurumun resmide bir yoxlanis vaxtlari olur xahis olunur bu haqda melumatlandirasiniz

Bildiririk ki, müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı və təvəllüdünüz göstərilməlidir.
turan Soruşur Yazılma Tarixi:02.09.2014 18:53:27

salam, men bu ilin aprel priziv cagiriscisi olmusam , hekim komissiyasindan kecdim bagirsaq xesteliyine birde qanimda sindirom askarlandigina gore herbiye yararsiz oldum . 5 aydie ki yararsizda olsa herbi biletimi ala bilmemisem, qeydiyyatda oldugum komisaarliq senedimin gelmediyini deyir , men hara muraciet etmeliyem? xahis edirem komeklik edin. chox sag olun

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə soyadınız, atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Ferid Soruşur Yazılma Tarixi:02.09.2014 11:23:11

xais edirem mene diyesiz sefer berlik ve heqiqi herbi xidmete dovlet xidmetine ise qebul cun hara muraciet edim

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazirliği İdarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir.\nÜnvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi-30
yasar Soruşur Yazılma Tarixi:01.09.2014 20:14:25

Salam mende gözümde miyopiya var esgerliye gede bilerem?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyindən və funksiyalarının pozulma dərəcəsindən asılı olaraq aparılır.
Elvin Soruşur Yazılma Tarixi:01.09.2014 14:44:32

Salam. Oktyabr ayinda texris olacaq esgerlerin pirkazi nevaxt cixacaq? Xahis edirem cavab yazin

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin müvafiq aktı əsasında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.
İlham Soruşur Yazılma Tarixi:01.09.2014 12:02:01

Salam, idarələrdə işçilər üçün açılan HƏRBİ UÇOT VƏRƏQƏLƏRİ-ndə "Hərbi vəzifəli olması barədə qeyd" yerində hərbi biletin hansı hissəsindən məlumat götürülməlidir?

Bildiririk ki, təşkilatlarda işçilər üçün tərtib olunan hərbi uçot vərəqələrinin "Hərbi vəzifəli olması barədə qeyd" bölməsi - vətəndaşın hərbi mükəlləfiyyətli olub-olmaması haqqında məlumatı bildirir.\nBelə ki, çağırış yaşlı vətəndaşlar, ehtiyatda (istefada) olan hərbi vəzifəlilər (vətəndaşlığı olmayan şəxslər, hərbi uçotdan silinməklə çıxarılmış çağırış yaşlı vətəndaşlar, ehtiyatda (istefada) olan hərbi vəzifəlilər istisna olmaqla) hərbi mükəlləfiyyətli sayılırlar.
Kənan Soruşur Yazılma Tarixi:31.08.2014 11:17:12

Salam. Mən iyun çağırışçısı idim. Bəzi tibbi normalara görə gecikdim və ikinci bölgüyə də adım çatmadı. Dedilər avqusta yoxlanışa yenidən çağırılacam və oktyabrda gedəcəm. Amma avqustda cagirmadılar. Niyə?

Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Samir Soruşur Yazılma Tarixi:31.08.2014 10:57:52

Herbi Xidmet barede esasli mellumatlarin hamisini mailime gonder bilersiz bir esgerin gundelik edeceyi isler telimler ve.ss

Qeyd etdiyiniz məsələ ilə bağlı hərbi hissələrə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897