Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Sabit Soruşur Yazılma Tarixi:03.07.2013 07:03:50

Salam, Mən 2004-2005 ci illərdə Mülki müdafiə qoşunlarının N saylı hərbi hissəsində hərbi xidmet keçmişəm.İndi mən hər hansı bir xarici ölkəyə səfərə getdikdə, Hava limanında komendant məndən hərbi bileti tələb edirsə bu doğrudurmu?Əyər bu qanuna uyğundursa və mənim hərbi biletim üzərimdə deyilsə onda mən nə etməliyəm?Hansı vasitə ilə mən hərbi mükəlləfiyətçi olduğumu təstiq edə bilərəm?Öncədən təşəkkür edirəm.

Bildiririk ki, Hərbi bilet - Hərbi vəzifəlilərin ehtiyatda xidmətə və hərbi vəzifəyə menasibətini müəyyən edir. Hərbi bilet Azərbaycan Respublikası vətəndaşlarına müddətsiz verilir. "Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı və hərbi bilet haqqında qaydaları"na əsasən, həqiqi hərbi xidmətdə və ehtiyatda olan əsgər, matroslar və çavuşlar, eləcə də ehtiyatda olan gizirlər və mişmanlar hərbi bileti qoruyub saxlamağa və özləri ilə gəzdirməyə , mütəmadi olaraq hərbi biletdə müvafiq qeydlərin aparılmasına nəzarət etməyə və Azərbaycan Respublikasının Qanunlarına riayət etməyə borcludurlar. Eyni zamanda nəzərinizə çatdırırıq ki, hər hansı xarici ölkəyə gedərkən Hava Limanında Sizdən hərbi biletin tələb olunmasının qanunauyğun olması barədə aidiyyəti üzrə müraciət etməlisiniz.
mushfiq Soruşur Yazılma Tarixi:03.07.2013 06:51:53

men ayin 8 i hebi xidmete cagirilmisam.bilmey isteyiremki gec getmek haqqim var ? varsa ayin necesine qeder?

Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar rayon çağırış komissiyasının təyin etdiyi vaxtda Xidmət rəisinin müvafiq sərəncamı ilə təyin olunduqları hərbi hissələrə göndərilməlidirlər.
Özal Bababəyli Nazim oğlu Soruşur Yazılma Tarixi:03.07.2013 06:29:23

Çağırışçıyam hara düşəcəyimi öyrənmək istəyirəm

Çağırışçının təyin olduğunuz hərbi hissə haqqında məlumatları şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
Samir Soruşur Yazılma Tarixi:03.07.2013 04:38:39

salam . Men herbi komissiyadan kecmisem , amma internetde adim cixmir . Bu ne ile elaqeli ola biler xahis edirem cavablandirin. yazilir ki bu adda insan tapilmadi . 1991. noyabr 10. Şahbazov Samir Əlibala oglu Celilabad rayonu.

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Cavid Soruşur Yazılma Tarixi:02.07.2013 22:41:31

Mən iyulun 4-ünə çağırılmışam. Getməsəm nə olacaq?

Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar rayon çağırış komissiyasının tıyin etdiyi vaxtda xidmət yerlərinə göndərilirlər.
kamran Soruşur Yazılma Tarixi:02.07.2013 22:24:34

harbiyr cagris ucun melumati nece orgene bilerem

Çağırışçının təyin olduğunuz hərbi hissə haqqında məlumatları şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
tanyar Soruşur Yazılma Tarixi:02.07.2013 22:18:12

men semkir rayon 193 sayli herbi hisse korpusuna dusmusem.ordan hara boluneceyimi bilmirem.bu haqda nece oyrene bilerem,

Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında bölünür. Çağırışçılar hansı hərbi hissədə xidmət keçməsi məsələsinə yuxarıda göstərilmiş qurumlarda baxılır.
elmar Soruşur Yazılma Tarixi:02.07.2013 21:34:20

705 nomreli herbi hisse barede

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
QEDIR Soruşur Yazılma Tarixi:02.07.2013 21:25:26

hara dusub? Rustemli ismet Sukur oglu. semkir rayonu.

Çağırışçının təyin olduğunuz hərbi hissə haqqında məlumatları şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
Sənan Soruşur Yazılma Tarixi:02.07.2013 21:05:07

Hazırki dövrdə hərbi xidmətdə TTM oxumaq mövcuddur mu ?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyyə olunur.
Cədvəldə sətir sayı :13933