Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nazim Soruşur Yazılma Tarixi:02.07.2013 09:52:02

Dostum 28.05.1995-ci il təvəllüdlü Zakirli Elməddin Şövqi oğlu iyul ayının 20 hərbi xidmətə çağrılıb. Hansı hərbi hissədə qulluq edəcəyini bilmək istəyirikş

Çağırışçının təyin olduğunuz hərbi hissə haqqında məlumatları şəxsi məlumatlarını daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.\n
Nicat Soruşur Yazılma Tarixi:02.07.2013 09:41:02

men sual verirem niye cavablandirmirsuz? men 2 gune esger gedirem cagriwida gelib amma adim hec bir siyahida yoxdu. voenkamatda divardada adim yoxdu. saydada axtariü verirem deyir cagriüci haqda melumat yoxdu. Şirinli Nicat Tofiq oğlu 23.01.1992 Yasamak voenkamati zeehmeyt olmasa cavablandirin bilim mende işimi

Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin komplektləşdirilməsi planlı şəkildə aparılır.Hər hansı qərar qəbul edildikdən sonra hərbi xidmətə cəlb olunmağınız barəqə əlavə olaraq məlumatlandırılacaqsınız.
talib Soruşur Yazılma Tarixi:02.07.2013 09:39:41

Salam.Men bir valideyn kimi bilmek isteyirem ki.oğlum 2009 cu ilde bel nayihesinden onurğa stunundan əməliyyat olunub.onun herbi xidmetden möhlet huququ var ya yox.Əvvəlcədən teşşəkkür edirem.

Çağırışçıların tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələblərinə əsasən aparılır.
REDFEF Soruşur Yazılma Tarixi:02.07.2013 09:14:24

950 nomreli herbi hissenin yerlesdiyi erazi

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
sadman Soruşur Yazılma Tarixi:02.07.2013 09:09:37

950 nomreli herbi hissenin yerlesdiyi erazi

Xidmət edəcəyiniz hərbi hissə barədə ətraflı məlumatı qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədən əldə edə bilərsiz.
şahin Soruşur Yazılma Tarixi:02.07.2013 08:52:02

Salam.Mən bilmək isteyirem hansi herbi hisseye duşmuşem.Şəxsi məlumatları daxil edirəm ama, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən hec bir məlumat verilmir bu mumkunmu?

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Cevahirat Soruşur Yazılma Tarixi:02.07.2013 08:50:02

Salam.Qardaşim herbi xidmete gedecek lakin hara dusduyunu oyrenmek ucun sizin verdiyiniz cedveli dolduranda hec bir netice cixmir

Çağırışçı haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğu idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Nicat Soruşur Yazılma Tarixi:02.07.2013 08:32:58

Salam.men universitetin 4cu kursunda oxuyuram ve kredit borclarim qalib.Universitet mene arayish verib ki,herbi hisseye teqdim edim ki,mene bir il mohlet versinler kretin sisteminin esasnamesine esasen.Bu haqda mene melumat vere bilersinizmi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
Orxan Soruşur Yazılma Tarixi:02.07.2013 08:30:34

Salam, eyani magistrlara mohlet huququ varmi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
Ferid Soruşur Yazılma Tarixi:02.07.2013 07:27:28

salam .men melumatlarimi daxil edirem burda deyirki bele bir insan axtarisda tapilmadi sebeb?

Özünüz haqda məlumatları dəqiq, Azərbaycan dilində sayta daxil edib cavab ala bilərsiz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyyə olunur.
Cədvəldə sətir sayı :13933