Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
RENAT Soruşur Yazılma Tarixi:24.06.2013 17:56:11

hara dusmusam

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə bilərsiz.
elcin Soruşur Yazılma Tarixi:24.06.2013 16:08:30

xidmətin yerli bölmələrində mülki işçilər dövlət qulluqçusu statusuna malik olacaqmı, əyər olacaqsa nə vaxta nəzərdə tutulub

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində çalışan mülki işçilərin dövlət qulluqçusu kateqoriyasına keçirilməsi nəzərdə tutulmamışdır.
orxan Soruşur Yazılma Tarixi:24.06.2013 10:36:09

salam,menim sualim herbide ttm oxumaq uzredi,bu haqda melumat verseniz shad oluram

2013-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olan sifarişə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müvafiq göstərişlər veriləcəkdir.
Kamil Soruşur Yazılma Tarixi:24.06.2013 09:46:32

Oğlumun Ali məktəbə oxuması və 2017- ciədək hərbi xidmətdən möhlət veriməsinə dair oxuduğu təhsil müəssisiəsinin müvafiq arayışını hərbi komissarlığa bu ilin may ayında təqdim etmişik.25.06.2013-cü il tarixdə 18 yaşı bitir.Xarcə kurslara getməsi ilə əlaqədar təcili pasport alınması zərurəti yaranmışdır.Sənədlər 25.06.2013-cü il tarixdə müvafiq quruma verilməlidir. Lakin hərbi komissarlıqdan \\"приписной\\" un iyulun 5-dən sonra verilə biləcəyi bildirilir.Əgər möhlət verilməsi ilə əlaqədar məktub hərbi komissarlığa may ayında təqdim olunubsa \\"приписной\\" un bu gün-iyunun 24-də verilməsi nə dərəcədə qanunaziddir?

Bildiririk ki, çağırış yaşlı vətəndaşlar barəsində rayon çağırış komissiyası tərəfindən hər çağırış ayının 1-dən 30-dək qərar qəbul edilir. Övladınız barəsində 2013-cü ilin iyul çağırışı zamanı Xidmətin qeydiyyatda olduğu idarə, şöbə və ya bölməsi tərəfindən qanunvericiliyə uyğun olaraq qərar qəbul ediləcək və "ilkin hərbi qeydiyyata alınma haqqında" vəsiqəsində müvafiq qeydlər aparılacaqdır.
Cavidan Soruşur Yazılma Tarixi:23.06.2013 20:11:26

salam.hərbi xidmətə çağırılan şəxsin tibbi yoxlanış zamanı görmə zəifliyi,eşitmə zəifliyi,boy,çəki və.s problemləri olarsa çağırılan şəxsin bu problemlərin dərəcəsinə görə hərbi ximətdən azad olunmasını təyin edən qanun varmı ? yoxdursa sadalanan problemlərin hansı dərəcələrində çağırılan şəxs hərbi xidmətdən azad olunur?

Çağırışçıların tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 1 qrafasının tələbləribə əsasən keçirilir.
Zaur Soruşur Yazılma Tarixi:23.06.2013 19:14:11

Salam.Mən 15.07.1992 təvəllüdlüyəm. Mənə tibbi komissiyadan keçmək üçün cağırış vərəqəsi gəlməyib.Bilmək istəyirəm ki,çağırış vərəqəsi olmadan könüllü olaraq tibbi komissiyadan keçə bilərəm,yoxsa bunun üçün mütləq cağırış vərəqəsi lazımdır.Yəni mən cağırış vərəqəsi olmadan tibbi komissiyadan keçsəm, iyul ayında herbi xidmətə cağirilacam yoxsa yox?

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidirlər.
Rəfayıl Soruşur Yazılma Tarixi:23.06.2013 15:01:14

Salam.mən TTM-də təlim keçməkçün ərizə yazmışam.ixtisasım mobil rabitədir.çağrış tarixi iyulun 1-dir.bilmək istərdim mənim seçilmək şansım var?

2013-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olan sifarişə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müvafiq göstərişlər veriləcəkdir.
Elmir Soruşur Yazılma Tarixi:23.06.2013 14:03:33

Salam men Huseynli Elmir Imran oglu Tovuz rayonundan. Harda xidmet edecem ?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
Elxan Soruşur Yazılma Tarixi:23.06.2013 11:03:45

iyul cagirishcilarinin hara dushmesi ne vaxt melum olacaq?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
anar Soruşur Yazılma Tarixi:23.06.2013 08:59:02

Mən SHXCDX- nə hərbi xidmmətə qəbul olmaq isteyirəm.Yaxin qohumlarin biri ise hebsdedir. Mənə deyirlər - ozunu boş yorma.Səni qəbul etməyəcəklər.Qohumun səhvinə görə mən niyə əziyyət çəkməliyəm???Bu həqiqətdir???? Yoxsa şansim var???

Bildiririk ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə müraciət etmiş vətəndaşların ərizələrinə onların təhsilindən, ixtisasından və hərbi mükəlləfiyyətindən asılı olaraq fərdi qaydada baxılır.
Cədvəldə sətir sayı :14891