Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Maksud Soruşur Yazılma Tarixi:26.06.2013 18:48:56

Salam! Mənim oğlum,Məmmədov Maksud Rahib oğlu 18 avqust 1992-ci ildə anadan olmuş və Gəncə Şəhəri, Nizami rayon hər komissarlığında qeydiyyatdadı. 2009-ci ildə Gəncə Dövlət Universitetinə daxil olmuşdur. Bakalavr dərəcəsi almağa görə 03.07.2013-cü ilə kimi möhlət verilmişdir. Lakin,universiteti bitirmək üçün zəruri olan kreditləri toplamağa 1 il də əlavə vaxt tələb olunur. Bu halda universiteti bitirmək üçün onun möhlət hüququ varmı? Varsa,hansı sənədlər tələb olunur? Minnətdaram!

Bildiririk ki, "Hərvi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
Tamerlan Soruşur Yazılma Tarixi:26.06.2013 18:26:19

Salam.Men alitehsilimi bu il Turkiyede bitirib geldim ama dovlet xettiyle yox oz hesabimla getmisdim ama orda dovlet universitetini bitirib gelmisem.Men diplomumu almisam indi bu diplomu tehsil nazirliyinde qeydiyata saldirmaliyam?

Qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etməyiniz tövsiyyə olunur.
Sənan Soruşur Yazılma Tarixi:26.06.2013 16:52:09

salam,mən 1995-05-27 təvəlludlu çağırışçıyam, harada xidmət edəcəyəm?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
Senan Soruşur Yazılma Tarixi:26.06.2013 16:37:42

salam, men Huseynov Senan Ilqar oglu Gence seher kepez rayonundan.harada xidmet edeceyimi oyrenmek isteyirem.

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
Ceyhun Soruşur Yazılma Tarixi:26.06.2013 13:19:26

Salam mən Bəxtiyarov Ceyhun onu bilmək istəyirəm ki, Magistraturaya əyani girən şəxs əsgərliyə aparılır yoxsa 2 il yenidən möhlət verilir oxumasına ?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir.
zahir Soruşur Yazılma Tarixi:26.06.2013 11:59:58

salam.meni herbi xidemete caqiriblar ve men harda xidmet edeceyimi nece oyrene bilerem?

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
Cahandar Soruşur Yazılma Tarixi:26.06.2013 11:40:31

salam mən hara düdyümü bilmək isteyirem bunu ne vaxt oyrene bilerem yevlax rayonunda herbi xidmete cagrilmisam

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
Rauf Soruşur Yazılma Tarixi:26.06.2013 10:42:24

salam. mən bu ayın əvvəli tibbi komissiyadan yoxlanışdan keçdim.. gözumdə problem çıxdıgı üçün Bakıya göndərdilər yoxlanışdan keçib aktı komissiyaya təqdim etdim. mene çagırış vərəqəsi vermədilər ancaq Universitet üçün arayış verdilər və dedilər hələlik gedə bilərsən. bilmək istirəm mənə hərbi bilet nə vaxt veriləcık və mən hərbi xidmətə gedə bilməsəm gələcəkdə dövlət işində problem çıxmayacaq ki?çünki cox adam deyirki herbi xidmətə dovlət işinə girmək olmur.

Bildiririk ki, barənizdə Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və bölməsinin çağırış komissiyası tərəfindən qanunamüvafiq qərar qəbul ediləcək və 2013-cü ilin iyul çağırışı ərzində Sizə elan olunacaqdır.
KAMIL Soruşur Yazılma Tarixi:26.06.2013 09:47:13

MEN MEMMEDOV KAMIL MUSLUM OQLU XIZI SEHERININ GILEZI KENDINDEN HERBI XIDMETE CAQIRILMISAM BILMEK ISTEYIREM HARA DUSMUSEM

Siz təyin olduğunuz hərbi hissə haqqında məlumatları 30 iyun 2013-cü il tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının "Hərbi Xidmət" bölümündən əldə edə biləcəksiz.
Ilqar Soruşur Yazılma Tarixi:26.06.2013 09:20:53

Salam. Men hansi herbi hissede xidmet eleyeceyimi bilmek istiyirem. Bunu nee bilerem?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 30 iyun tarixdən etibarən şəxsi məlumatları daxil etməklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytının “Hərbi xidmət” bölümündən əldə edə biləcəklər
Cədvəldə sətir sayı :14910